Bu il turizm daha da inkişaf etdiriləcək

 

Tezliklə işçi qrup əməli işə keçəcək

 

Dünya iqtisadiyyatında ən gəlirli sahələrdən biri turizm sayılır. Aparılan hesablamalara görə, bu sahədə inkişaf etmiş ölkələr turizmdən il ərzində 735 milyard dollar gəlir əldə edir. Azərbaycanda da turizmin inkişafı üçün böyük potensial var. Artıq bir neçə ildir hökumət qeyri-neft sektorunun inkişafı üçün turizmi prioritet sahə seçib. Bu sahədə görülən işlərə daha da təkan vermək üçün prezident 2011-ci ili "Turizm ili" elan etdi. Ölkə başçısı son illərdə turizm sahəsində əldə olunan uğurlar gözlənilən mühüm hadisələrdən danışarkən bildirdi ki, 2011-ci ildə Bakıda 5 ədəd beşulduzlu mehmanxana açılacaq ki, bu da dünyada analoqu olmayan bir hadisə olacaq: "Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər tikilməkdədir. Bölgələrdə çox böyük işlər görülür. Şahdağ qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır. Əminəm ki, özəl sektor da bu təşəbbüsə qoşulacaq mehmanxanaların tikintilərinə başlayacaq. Görülən işlər nəticəsində Azərbaycana gələn turistlərin sayı daha artaraq turizm üçün çox cəlbedici ölkəyə çevriləcək. 2011-ci ildə turizmin inkişafına böyük təkan verilməlidir".

 

"Turizm ili" ilə bağlı tədbirlər planı hazırlanır

 

Artıq "Turizm ili" elan olunmasıyla bağlı real işlərin görülməsinə başlanılıb. Belə ki, Mədəniyyət Turizm Nazirliyində işçi qrup yaradılıb "Turizm ili" ərzində həyata keçiriləcək işlərlə bağlı tədbirlər planı hazırlanır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın "Həftə içi"nə verdiyi məlumata görə, işçi qrupuna Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri daxil edilib: "Qrupa təhsil ocaqlarının nümayəndələri daxil ediləcək. Bu işin koordinasiyası tək nazirliyin üzərinə düşməyəcək. Nazirlər Kabineti digər qurumlar bu işə cəlb olunacaq. Yanvar ayının sonuna qədər "Turizm ili" ilə bağlı ilkin layihə hazırlanacaq fevral ayının əvvəlində tədbirlər planı respublikanın rəhbərliyinə təqdim olunacaq. Bundan sonra isə sənədin icrasına başlanılacaq. Proqramın icrası üçün isə xüsusi bir işçi qrupu da yaradılacaq".

Z.Əliyeva turizmlə bağlı görülən işlər haqda da məlumat verdi: "Mart ayında ilk pilot layihə olan dağ-xizək yolu istismara veriləcək. Bununla belə, dünya telekanallarının efirində Azərbaycanda istirahətə həsr edilmiş reklam rolikləri yerləşdiriləcək. Ölkə başçısı da vurğuladı ki, tikintisi davam edən "Şahdağ" kurort mərkəzi dünyasəviyyəli mərkəzə çevriləcək. Bu mərkəzin istifadəsi ölkəyə həm yeni investisiya gətirəcək, həm şimal zonasında yaşayan əhali üçün əlavə yerlərinin açılmasına şərait yaradacaq. Ümumiyyətlə qeyd edim ki, ölkədə yüksək tələblərə cavab verən obyektlərin yaradılması istiqamətində son illər xeyli görülüb. Yolların təmiri, ölkədə beynəlxalq tədbirlərin təşkili turistlərin sayının artmasına səbəb olub".

 

İki üçulduzlu hotellərə ehtiyac var

 

"Turizm ili"nin elan edilməsi bu sahədə işləyənlərin ürəyindən olub. Bakı Səyahət Ekspedisiya Bürosunun rəhbəri Ağalar Hacıyev 2011-ci ilin turizm elan edilməsinin bu sahənin inkişafına böyük təkan verəcəyini deyir: "Ölkə başçısı qeyd etdiyi kimi, ölkədə az ulduzlu hotellərin tikintisi çox vacibdir. Bütün turizm ölkələrində bu hal geniş yayılıb. Məsələn, Dubayda onlarla 3 ulduzlu hotellərə rast gəlmək olur. Bu otellərdə qiymətlər ucuz olduğundan turistlər oraya daha çox üstünlük verir. Sözsüz ki, bu işdə özəl sektor maraqlı olmalıdır. Ancaq təəssüf ki, 4-5 ulduzlu hotellərdə qiymət baha olduğundan üstünlük onlara verirlir. 2-3 ulduzlu hotellərin tikintisi rayonlardan paytaxta gələn aztəminatlı insanların da ehtiyacını ödəyə bilər. Estoniyada qəbul edilən qərara əsasən, respublikaya gələn qonaqlar ancaq mehmanxanada qalmalıdır. Bu həm dövlətə, həm sahibkara, həm turistin özünə xeyirlidir. Bizdə isə gələn turistlərin çoxu evlərdə qalır".

Turizm Baş İdarəsinin rəhbəri Aydın İsmayılov isə bildirdi ki, "Turizm ili" ilə bağlı hazırlanan tədbirlər planının hazırlanmasında iştirak edir: "Hazırlanma mərhələsində olan tədbirlər planında turizm sahəsi ilə bağlı bütün məqamlar yer alacaq. Burada 2-3 ulduzlu hotellərin tikintisi, işçi personalın hazırlanması, bölgələrdə turizmin inkişafı istiqamətində görülməsi vacib olan işlər s. layihələr öz əksini tapacaq".

 

Qiymətlər ucuzlaşsa, yaxşı olar

 

Turizm sahəsində olan problemlərdən biri Azərbaycanın turizm üçün bahalı ölkə sayılmasıdır. Apardığımız qısa araşdırma zamanı bəlli oldu ki, hazırda ölkəmizdəki, hotellərin qiyməti digər turizm ölkələri ilə müqayisədə xeyli bahadır. Məsələn, "Səyahət" turizm şirkətindən bildirildi ki, qış aylarında istirahət edənlər olmasa da, dəniz kənarında yerləşən üçulduzlu, hər bir şəraiti olan hotellərdə bir sutka qalmağın qiyməti 70-90 manatdır. Hoteldəki lüks otağın bir sutkalıq qiyməti 110 manatdır. Bir həftə istirahət 1500-1700 manata başa gəlir. "Avro-Turizm" şirkətindən isə bildirildi ki, "Kiçik qala" hotelində bir günün qiyməti 125, "Delfin" hotelində-115, "Həyat" hoteldə - 465 dollar, "Həyat Regensu" hotelində - 405 dollar, "Park İnn" hotelində - 275 dollardır. Qiymətlər regionlardakı trubazalarda da yüksəkdir. Ancaq Türkiyə, Yunanıstan, hətta məşhur Maldiv adalarındakı analoji hoteldə bir həftəlik istirahət bizdəkinə nisbətən xeyli ucuzdur.

"Azərbaycan mehmanxana kompleksləri assosiasiyası" İctimai Birliyinin hotel meneceri Müzəffər Ağakərimov qiymətlərin bu qədər baha olmasına rəğmən bəzi hotellərdə xidmətlərin tələblərə cavab vermədiyini dedi: "Bu gün hotellərdə çalışan ofisiant, aşpaz, xidmətçilərin qulluqetmə qabiliyyəti ilə bağlı problemlər var. "Turizm ili" çərçivəsində bu problemlərin həllinə ümid edirik. Həmçinin yaxşı olar ki, Türkiyə, Kipr, Bolqariya, İtaliya, Yunanıstan, İspaniya, İsrail və bir çox digər ölkələrdə olduğu kimi, Azərbaycan da dəniz ətrafı turizmin inkişafına diqqət yetirilsin. Çünki bu gün Nabran istisna olunmaqla dənizətrafı turizmin inkişafı yox dərəcəsindədir. Ancaq Xəzər dənizi ətrafındakı 850-kilometrlik xətt şimaldan Rusiya sərhədinədək, cənubdan isə İraqa kimi olan ərazidə çimərlik, istirahət mərkəzlərinin yaradılması və burada turizmin inkişaf etdirilməsi üçün əlverişli şərait var. Əgər sözügedən ərazinin yalnız 70-80 faizini bu məqsədlər üçün yararlı hesab etsək, 80 million kvadratmetr ərazidə turizm üçün əlverişli şərait yarana bilər".

  

  

Mirvari

 

Həftə içi.- 2011.- 25 yanvar.- S. 1, 5.