«Marqaret Tetçer əslən türk olub» 

 

«Azərbaycanın müstəqilliyinə qovuşması Reyqan - Tetçer siyasətinin nəticəsidir»

 

Dünya siyasətinin «balinası», siyasət aləmində «Dəmir Ledi» kimi ad çıxarmış Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer dünyasını dəyişdi. Bununla da bugünkü Tetçersiz dünyada yeni «Tetçer müzakirələri» başlayıb. Hər bir kəs onun insanlığını, işini araşdırır, fikirlər ortaya atılır. Bir çox ölkələrdə isə hətta «Dəmir ledi»nin xatirəsi əbədiləşdirilir. Belə ölkələrdən biri Azərbaycandır. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis etdiyi Beynəlxalq Mükafatın sonuncu sahibi olan Böyük Britaniyanın sabiq baş naziri Tetçerin vəfatı ilə bağlı idarə heyətinin üzvləri tərəfindən başsağlığı göndərilib. Diasporla İş üzrə Dövlət Komitəsinin başsağlığında Marqaret Tetçerin həm ölkəsinin inkişafı xalqının rifahının yüksəlməsi, həm dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər gördüyü qeyd edilib. "İnanırıq ki, onun əziz xatirəsi Böyük Britaniya xalqının yaddaşında bəşər tarixində əbədi qalacaq. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə bütün Böyük Britaniya xalqına dərin hüznlə başsağlığı veririk". Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının may ayında Azərbaycanda keçiriləcək ali toplantısı zamanı Marqaret Tetçerin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi tədbirin keçirilməsi qərara alınıb.

Maraqlıdır, Marqaret Tetçer Azərbaycana, ümumiyyətlə, türk millətinə verib? Yeri gəlmişkən, bu yerdə bir maraqlı məqamı xatırladım ki, 1990-cı ildə sovet ordusu Bakıda qətliam törədəndə Mixail Qorbaçovun qanlı əməllərini dəstəkləyənlərdən biri məhz o illərdə dünya siyasətini müəyyənləşdirən liderlərdən biri sayılan Tetçer olub. Əlbəttə, biz müəllif olaraq ona şərh vermək istəmirik bu missiyanı türk dünyasının tanınmışlarının üzərinə yükləyirik. Baxaq, görək onlar deyirlər:

Türkiyəli doktor Əşrəf Vaiz Marqaret Tetçeri antidemokratiyanın tərəfdarlarından biri adlandırır. Onun fikrincə, İngiltərədə mövcud olmuş 200 illik demokratiya ab-havasını məhz bu qadın hakimiyyəti illərində dəyişməyə çalışıb: «Britaniya krallıq olsa da, məlumdur ki, sosial demokratiya sosial haqlar baxımından dünyaya həmişə örnək göstərilib. Bu ölkədə təhsil səhiyyə tamamilə pulsuzdur. Britaniya bəlkə dünyada yeganə ölkədir ki, burada vətəndaşların mənzil problemi həll olunub. Amma Tetçer hakimiyyəti illərində var qüvvəsiylə bütün bunları dəyişməyə səy göstərib. Onun öz ölkəsinə, öz xalqına xeyri dəymədiyini nəzərə alsaq, deyə bilərəm ki, Tetçer heç vaxt türk xalqlarına isti münasibət bəsləməyib».

Türkiyə Qida, Kənd Təsərrüfatı Heyvandarlıq Nazirliyinin Antalya laboratoriyasının rəhbəri Necati Polat isə bildirdi ki, Tetçerin kimliyini üzə çıxarmaq üçün onun hakimiyyətə gəldiyi ilk vaxtları xatırlamaq lazımdır. Müsahibimiz dedi ki, o, hökumət başçısı seçilən kimi Folklent adaları uğrunda Argentina ilə müharibəyə başladı: «Əlbəttə, bizim riyakar mətbuat davamlı olaraq Britaniyanı dəstəkləyən xəbərlər yayırlar, ingilislərin türklərə sadiq dost olduqlarını bildirirlər. Amma mən şəxsən bunun tam əksini deyirəm: dünyanın hər yerində yalnız öz mənfəətlərini güdən bir xalq onun sabiq rəhbəri olan Tetçer digər millətləri, o cümlədən, türkləri sevə bilməzdi».

Afrika-Avrasimya Strateji Araşdırmalar Mərkəzinin (AFROSAM) eksperti Çağatay Balcı isə bu qənaətdədir ki, Marqaret Tetçer dünyanın iqtisadi siyasətinə yenilik gətirib. Onun sözlərinə görə, məhz bu xanım dünyaya «sərbəst bazar» ya liberal iqtisadiyyat terminlərini daxil etdi: «Hətta onun fəaliyyəti Turqut Özala da təsir göstərib. Yeri gəlmişkən, Turqut Özalla Marqaret Tetçer zamanlarında çox yaxın münasibətlərə malik olublar. O vaxt Turqut Özal Türkiyə iqtisadiyyatında neo-liberal siyasət yürüdürdü, Tetçer isə bu siyasəti bütün dünyaya yaymaqdaydı. Bu mənada Özalla Tetçer bir-birini tamamlayırdılar».

Hazırda Londonda yaşayan, Fransa mətbuatının müasir dövrün Marko Polosu adlandırdığı kiprli türk səyyah Ümit Silman isə bu siyasətçi haqda daha kəskin fikirlər söylədi. Bildirdi ki, müsəlman xalqlara münasibətdə Tetçer digər xristian liderlərdən qətiyyən fərqlənməyib: «Bunların hamısı türk millətinə yuxarıdan aşağı baxıblar. Məhz Marqaret Tetçer Folklend adaları uğrunda müharibəyə başlamaqla, müasir dünyamıza yeni formada irqçilik gətirib. O, eyni zamanda, Kipr adasında türk xalqının varlığını qəti qəbul etmirdi. Ümumiyyətlə, Tetçer hamıdan çox sizli-bizli türk millətinin düşməni idi».

«Ərbil» qəzetinin tanınmış yazarı Sadun Köprülü isə tamam fərqli düşünür: «Uzun illər Birləşmiş Ştatlarda yaşamışam. Mən orada bir çox hindularla söhbət etmişəm, onlar deyirdilər ki, Marqaret Tetçer xalis türkdür. Hətta onlar dediklərini isbatlayan dəlillər göstərirdilər. Marqaret Tetçerin türk dünyasına xidmətləri böyük olub. Xüsusilə Azərbaycana yaxından kömək göstərib. Onun Azərbaycan iqtisadiyyatının inkişafına, müstəqilliyinin möhkəmlənməsinə verdiyi dəstək, xüsusilə gizli yardımları bu gün hamıya bəllidir».

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Birləşmiş Ərəb Əmirliklərindəki təmsilçisi Hasiba Şahoğlu isə düşünür ki, Marqaret Tetçer konkret olaraq Azərbaycan bütövlükdə türk dünyası üçün önəmli şəxs olmayıb: «Tetçer daha çox Böyük Britaniyanın maraqlarına xidmət göstərib, amma «Dəmir ledi» titulunu öz əməyi sayəsində, halallıqla alıb. Məncə Tetçer müasir Britaniya iqtisadiyyatının sabit inkişafını təmin edib. O olduqca ciddi, qərarında inadcıl öz işini bilən xanım olub buna görə onu hər zaman alqışlamışam. Allah rəhmət eləsin».

«Türkməneli TV»nin rəsmisi Ersan Sarıkahya isə bildirdi ki, «Dəmir Ledi» ləqəbli bu qadın 80-ci illərdə hakimiyyətə gələn kimi Britaniyanın Qərb ölkələrinə sərmayə yatırmasını dayandırdı, özəlləşdirmə, sərbəst bazar iqtisadiyyatını keçid siyasəti yürütdü, işçilərin hüquqlarını tapdadı ölkədə neoliberal siyasət həyata keçirdi: «Tetçer Britaniyanın daxilində sol müxalifətlə, beynəlxalq arenada isə sosialist bloku ilə «Soyuq müharibə»yə girdi. O dövr üçün mümkünsüz olan güzəştə getməməklə özünü diqqətə çatdırdı «Dəmir ledi» titulunu qazandı. Sonradan təmsil etdiyi partiya parçalandığı üçün aktiv siyasətdən getməli oldu. Amma onun ölkənin dövlət üzərində təsiri o qədər güclü idi ki, hakimiyyətdən gedəndən uzun illər sonra da rəsmi Londonun mövqeyini dəyişə bilirdi. 6-8 aprel 1988-ci il tarixində Tetçerin Türkiyəyə rəsmi səfəri zamanı Türkiyənin Avropa Birliyinə üzvlüyü, ölkədə iqtisadi islahatlar Britaniyadan sərmayə yatırılması tələbi, eləcə Kipr problemi, İran-İraq müharibəsi Fələstin münaqişəsi başlıca danışıqlar mövzusu idi».

Türkiyə Liberal Demokrat Partiyasının sədri Cem Toker isə bu qənaətdədir ki, Marqaret Tetçerin necə adam olduğunu bilmək üçün onun fəaliyyətini ABŞ-ın o dövrdə prezidenti olmuş Roland Reyqanın fəaliyyəti ilə birlikdə analiz etmək lazımdır: «Bu siyasətçilərin o həyata keçirdikləri iqtisadiyyatda liberallaşdırma siyasəti dövrün bütün inkişaf etməkdə olan ölkələrinin liderlərini, o cümlədən, Turqut Özalı təsir altına salmışdı. Kommunizmin çökməsi, SSRİ-nin dağılması digər türkdilli ölkələrlə birlikdə Azərbaycanın müstəqilliyinə qovuşması Reyqan-Tetçer siyasətinin nəticəsidir. Ən əsası budur ki, Tetçer «Britaniyanı «mənə sən ver»dən «qalx özün qazan» cəmiyyətinə dəyişmək üçün baş nazir oldum bunu etdim», - deyirdi. Ona Allahdan rəhmət diləyirəm».

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2013.- 10 aprel.- S.1; 4.