Lift probleminin həllinə 7 milyon manat 

 

Bakıda lift təsərrüfatının işlək hala gətirilməsi üçün tədbirlər planı hazırlanır

 

İstər Bakı şəhərindəki, istərsə bölgələrdəki çoxmərtəbəli binalarda yaşayan sakinləri qayğılandıran ən çox narahat edən məsələlərdən biri lift problemi ilə bağlıdır. Aparılan təhlillər göstərir ki, regionlarla yanaşı, Bakıdakı çoxmənzilli sovet binalarının əksəriyyətində lift ya ümumiyyətlə fəaliyyətdə deyil, ya da müəyyən qrafik əsasında işləyir. Təkcə Nəsimi rayonunun Rəşid Məmmədov, Alı Mustafayev, Cavadxan, Hüseynbala Əliyev, Abdulvahab Salamzadə Ceyhun Əliyev küçələrində, eləcə Tbilisi prospektinin bir hissəsində yerləşən 1964-65-ci illərdə tikilmiş 57 ədəd beşmərtəbəli bina lift üzünə həsrətdir. Liftin yoxluğu üzündən çoxmənzilli binaların sakinləri daha çox qızmar yay günlərində 1-ci mərtəbəyə pilləkənlə düşə həyətə çıxaraq təmiz hava qəbul edə bilmirlər.

Hesablamalara görə, Bakı Şəhər Dövlət Mənzil Fondunun binalarındakı hər 5 liftdən 3-nün istifadə müddəti başa çatıb. Bu səbəbdən həmin liftlər öz funksiyalarını yerinə yetirə bilmirlər. Məsələn, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsi 11 b ünvanında yerləşən 9 mərtəbəli binanın 2-ci blokunda lift tez-tez sıradan çıxır. Əsasən 5-ci mərtəbədən yuxarı mərtəbələr üçün nəzərdə tutulmuş bu liftin daxilindəki lift qurğusu yararsız hala düşüb, oradakı düymələrdən bəziləri sındırılıb. Lift kabinəsindəki işıqlandırılma sistemi normal işləmir. Plasmast şüşənin arxasındakı lampanın işığı zəif olduğu üçün kabinənin içi həmişə yarımqaranlıq olur.

Xatırladaq ki, aprelin 3-də ölkə prezidenti İlham Əliyev «Bakı, Gəncə Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında» yeni bir sərəncam imzalayıb. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan ilkin olaraq BŞİH-ə 5, Gəncə Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1 milyon manat ayrılıb.

 

Bir problemə 10,6 milyon manat

 

Bakıda ilk lift 1905-ci ildə indiki Filarmoniya ilə üzbəüz binada quraşdırılıb. 1967-ci ildə «Azərlift» adlı idarə fəaliyyətə başlayıb həmin dövrdə Bakıda 80 lift olub. 2001-ci ildə Bakı Şəhər Dövlət Mənzil Fondundakı 4130 liftdən 3254-ü işləyən, 876-i isə işləməyən liftlər idi. Sonradan ayrı-ayrı dövlət komitələrinin, nazirliklərin digər qurumların balansında olan uzun müddət baxımsız qalan yaşayış binaları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansına qəbul edilib. Bundan sonra 876 işləməyən liftlə yanaşı, bərbad durumda olan binaların liftləri Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin «Lifttəmir» istehsalat birliyinə verilib.

2005-ci ildə BŞİH-ə ayrılan 600 min manatın texniki xidmət hesabına toplanmış maliyyə vəsaiti hesabına həmin il Bakıda 197 liftdən 162-i əsaslı təmir, 35-i isə yenisi ilə əvəz edilib. 23 dekabr 2008-ci ildə dövlət başçısının imzaladığı «Şəhər rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında» sərəncama əsasən, 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb. Həmin vəsaitin hesabına Bakıda 424 liftdən 295-də əsaslı təmir aparılıb, 129 lift yenilənib. Gəncədə 58 lift əsaslı təmir edilib, 10 lift yenilənib. Sumqayıtda 85 lift əsaslı təmir edilib, 31 lift yenilənib. Mingəçevirdə 20, Şirvanda isə 6 lift əsaslı təmir olunub.

 

3500-dən çox lift ömrünü başa vurub

 

«Lift-təmir» İB-nin sabiq baş mühəndisi, lift təsərrüfatı üzrə mütəxəssis İqbal Səfiyev bildirir ki, liftlərin istismar müddəti 25 ildir. Həmin müddət başa çatdıqdan sonra liftlər dəyişdirilməli yeniləri ilə əvəz edilməlidir. Amma 25 illik müddət başa çatan liftlər yoxlanılır: «Əgər onlar işlək saz vəziyyətdədirsə, insanların həyatına təhlükə yaratmırsa, onda onların istismar müddəti daha bir il artırılır. Ancaq belə bir addım liftlə bağlı problemləri çözə bilməz. Çünki 3500-dən artıq lift 25 illik istismar müddətini başa vurub. Onların yeniləri ilə əvəzlənməsi vacibdir».

Onun sözlərinə görə, keçmiş sovet dövrünün məhsulları olan liftlərin müxtəlif kabelləri, kanatları, yəni trossları digər ehtiyat hissələri Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya Belarusiyadan alınır. Ona görə lift təsərrüfatının inkişaf etdirilməsinə ayrılan maliyyə vəsaiti yetərli olmadığından problemlərin tam həlli mümkünləşmir: «Yeni liftlərin köhnələrindən fərqli olması da problem yaradır. Ümumi liftlərin təxminən 15 faizini təşkil edən proqramlaşdırılmış elekton liftlər çox böyük qayğı diqqət, həmçinin stabil elektrik enerjisi tələb edir. Məsələn, yeni liftlərin elektrik gərginliyi sabit, yəni 220-380 volt olmalıdır. Əgər bu normadan artıq, yaxud az gərginlik olarsa, insan müdaxiləsi olmadıqda liftlər avtomatik olaraq sönür».

 

Nazirlər Kabinetinə müraciət olunub

 

«Lifttəmir» İB-dən bildirirlər ki, hazırda 5100-dən artıq lift istismardadır. Ötən il 140-dək yeni lift quraşdırılıb. Ölkə başçısının aprelin 3-də imzaladığı sərəncam əsasında ayrılacaq 5 milyon manat isəLifttəmir” İB-nin balansına köçürülməyib. Bununla belə, lift təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər planı hazırlanır 5 milyon manat həmin planının icrasına xərclənəcək.

Qeyd edək ki, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (GMKTİB) balansında təxminən 190 lift var. Araşdırmalarımız zamanı öyrəndik ki, liftlərin cari təmirinə il ərzində GMKTİB tərəfindən cəmi 40 min manat pul ayrılır. Amma bu məbləğ qədim paytaxtda yerləşən binaların liftlərinin bəzilərinin təmir, bəzilərinin isə yeniləri ilə əvəz olunmasına yetmir. Məhz vəsait çatışmazlığı üzündən sözügedən təmir əvəzləmə işləri dəfələrlə təxirə salınıb. Ona görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi ilə son zamanlar 10-dan artıq yeni liftin quraşdırılıb, 20 lift isə Qəbələ şəhərində fəaliyyət göstərən lift zavodunda əsaslı təmir edildikdən sonra yenidən quraşdırılıb. Gəncə ŞİH-dən bildirilir ki, bir müddət əvvəl Gəncə ŞİH maliyyə vəsaitinin ayrılması üçün Nazirlər Kabinetinə müraciət edib.

Sumqayıt şəhərində isə lift təsərrüfatı ilə Sumqayıt Şəhər Lift-Servis Birliyi məşğul olur. Bu şəhərdə mövcud olan 586 liftdən təxminən 562-si istismardadır. Sumqayıt ŞİH-ə ayrılan 1 milyon manat pul hesabına yaşayış binalarında yeni liftlər quraşdırmağı istismar müddəti ötmüş bir neçə lifti yenisi ilə əvəz etməyi istismarda olan liftlərdən bəzilərini əsaslı ya cari təmirini planlaşdırır.

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2013.- 16 aprel.- S.8.