Orta məktəblərdə hüquq dərslərinin tədrisinə başlanılıb 

 

Pilot olaraq həyata keçirilən bu layihəyə Bakının 5 təhsil müəssisəsi cəlb olunub

 

Son illər Azərbaycanda vətəndaşların hüquqi biliklərinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, əhalinin hüquqi savadının istənilən səviyyədə olmadığı hər kəsə bəllidir. Ekspertlər isə hesab edirlər ki, vətəndaşların hüquqi savadının artırılması üçün, ilk növbədə, ümumtəhsil müəssisələrində bu sahənin tədrisi genişləndirilməlidir.

“Həftə içinin məlumatına görə, Azərbaycanın Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin dəstəyi ilə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin "Hüquq və mən" adlı layihəsi çərçivəsində Bakının 5 məktəbində şagirdlərə hüquq dərslərinin keçirilməsinə başlanılıb. Layihənin əsas məqsədi 10-cu və 11-ci sinif şagirdlərinin hüquqi biliklərinin inkişaf etdirilməsi və onlara gələcəkdə üzləşə biləcəkləri hüquqi vəziyyətlərdə etməli olduqları davranışların öyrədilməsidir.

Bəs, görəsən, layihənin müddəti nə qədər nəzərdə tutulub? Bu davamlı ola bilərmi?

Azərbaycan Hüquq İslahatları Mərkəziİctimai Birliyinin sədri, layihənin rəhbəri Anar BağırovHəftə içi”nə deyib ki, layihə sözügedən təşkilatın Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə həyata keçirdiyi əməkdaşlıq nəticəsində baş tutub. Onun sözlərinə görə, dərslər peşəkar hüquqşünaslar tərəfindən 5 həftə ərzində keçiriləcəkLayihə pilot olaraq Bakının 5 orta məktəbində keçirilir. 10-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan layihənin məqsədi onların hüquqi biliklərinin inkişaf etdirilməsi gələcəkdə üzləşə biləcəkləri hüquqi vəziyyətlərdə etməli olduqları davranışların öyrədilməsidir. Onu da deyim ki, pilot layihə ilkin olaraq Bakının 18, 236, 240 276 nömrəli tam orta məktəblərində Bağça-Məktəb Lisey kompleksində keçirilir».

Anar Bağırov bildirib ki, bu layihə indiyə kimi buna oxşar tədbirlərdən öz unikallığı ilə seçilir. Belə ki, dərslərdə istifadə olunması üçün ilk dəfə Azərbaycan dilində ayrıca dərs vəsaitləri hazırlanıb. Dərslikdən işçi dəftərindən ibarət olan bu vəsaitlər həm məzmun etibarilə, həm dizayn baxımından şagirdlərin böyük marağına səbəb olub. Vəsaitlərin dizayn tərtibatı isə Almaniya Rəssamlıq Akademiyasının keçirdiyi müsabiqədə qalib olan tələbələrin rəsmləri əsasında qurulub: «Düzdür, indiyədək həm yerli, həm xarici təşkilatlar tərəfindən bu tipli layihələr reallaşdırılıb. Amma bizim layihə indiyə kimi həyata keçirilmiş analoji tədbirlər arasında öz unikallığı ilə seçilir. Məsələn, məşğələlərdə istifadə olunması üçün ilk dəfə Azərbaycan dilində ayrıca vəsaitlər hazırlanıb. Məşğələlərin keçirilməsi üçün hazırlanmış dərs vəsaitində Azərbaycanın hüquq sistemi hüquq tarixi, əsas insan hüquq azadlıqları, ölkəmizin məhkəmə sistemi, Avropa İnsan Hüquqları Məhkəməsi barədə məlumatlar yer alıb. İşçi dəftərdə isə qeyd olunmuş hüquqi məlumatlara həsr olunmuş illüstrativ-praktiki tədris tapşırıqları krossvord, test, sual-cavab formasında əks olunub».

 

Dərslər praktiki təlimçilər tərəfidən tədris olunur

 

Mərkəz rəhbəri öz açıqlamasında dərsliklərin şagirdlər üçün pulsuz paylandığını da söyləyib. Anar Bağırovun dediyinə görə, nəfis tərtibatda hazırlanmış dərsliklər şagirdlərə hədiyyə edilib: «Həm dərslik, həm «İşçi dəftəri» pulsuzdur. 5 məktəb üçün nəzərdə tutduğumuz vəsaitlərdən, yəqin ki, şagirdlər razı qalacaqlar».

Təlimlərdə iştirak edən təlimçilərə gəlincə, Anar Bağırov deyir ki, dərslər peşəkar hüquqşünaslar tərəfindən tədris olunur: «Açığı, bizim təlimləri mərkəzimizin əməkdaşları aparırlar. Çünki bizdə kifayət qədər savadlı, peşəkar hüquqşünaslar var. Amma biz seçim zamanı daha çox hüquqşünasların praktikliyinə pedaqoji qabiliyyətinə üstünlük vermişik. Yəni düşünürük ki, bu prosesdə iştirak edən təlimçilər qədər praktiki, qədər yüksək pedaqoji qabiliyyətə malik olarlarsa, məşğələlər bir o qədər uğurlu alınar».

Artıq dərslərin 3 həftəsinin geridə qaldığını bildirən vəkil söyləyib ki, 2 həftədən sonra təlimlər yekunlaşacaq. Onun sözlərinə görə, pilot olaraq həyata keçirilən bu layihənin məqsədi həm şagirdlərin hüquqi biliklərə marağını öyrənməkdir. Anar Bağırov qeyd edir ki, təlimçilərimizin bu layihədən ilkin təəssüratları müsbətdir: “Onlar bildirirlər ki, şagirdlər hüquq elminə böyük maraq göstərirlər. Daha çox suallar isə cinayət uşaq hüququ ilə bağlı olur. Sözsüz ki, bu da təbiidir. Yəni, uşaqlar öz hüquqlarının nədən ibarət olduğunu öyrənmək bu sahədə daha çox məlumat almaq istəyirlər».

 

Məktəbliləri ekskursiya gözləyir

 

Anar Bağırov həmçinin bildirib ki, təlimlərin yekununda şagirdlərin məhkəmələrə növbəli şəkildə ekskursiyası da nəzərdə tutulur. Onun sözlərinə görə, hələlik ekskursiyanın hansı məhkəmələrə təşkil olunacağı dəqiqləşdirilməyib. Amma layihə çərçivəsində belə bir məsələ planlaşdırılır: “Bu ekskursiya ya Ali Məhkəməyə, ya da Yasamal Rayon Məhkəməsinə gözlənilir. Ekskursiyanın nəzərdə tutulmasında əsas məqsəd isə şagirdlərin məhkəmə strukturu ilə daha ətraflı tanışlığına nail olmaqdır. Yəni şagirdlər hakimlərin, prokurorların funksiyası ilə yaxından tanış olsunlar. Hətta ola bilsin ki, biz şagirdlərin hansısa məhkəmə prosesində iştirakına da nail olaq. Bu həm gələcəkdə hüquqşünas olmaq istəyən gənclərə, bir növ, stimul da ola bilər. Çünki hüquqşünas peşəsinə yiyələnmək istəyən gənclər bu peşənin bəzi incəliklərinin şahidi olmalıdırlar».

Bu layihənin davamlı həyata keçirilib-keçirilməyəcəyinə gəlincə, mərkəz rəhbəri deyib ki, məsələ nəzərdə tutulan planların hansı səviyyədən reallaşmasından asılı olacaq. Anar Bağırovun fikrincə, belə bir layihə həyata keçirmək üçün vəsait lazımdır: “Biz bu layihəni Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə həyata keçiririk.

Layihənin gələcəkdə digər tam orta məktəblərdə keçirilməsi nəzərdə tutulur».

 

«Şagirdlərin hüquqi savadı artacaq»

 

Pilot layihə çərçivəsində hüquq dərslərinin tədris olunduğu təhsil müəssisələrindən olan Bakının 18 saylı orta məktəbinin direktoru Vaqif Hüseynov da sözügedən layihəni yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu layihənin reallaşdırılması məktəblilərin hüquqi savadının artırılmasında mühim rol oynayacaq: «Əslində hər bir insan öz hüquq vəzifələrini bilməlidir. Çünki insanlar öz hüquqları barədə qədər məlumatlı olarlarsa, bu onların həyatda daha inamla addımlamasına səbəb ola bilər. Məhz buna görə bu layihə çərçivəsində 10-cu 11-ci siniflərə hüquq dərslərinin tədris olunması çox müsbət haldır. Məlumdur ki, 10-cu 11-ci sinif şagirdləri müstəqil həyatın astanasındadırlar. Məşğələlərin keçirilməsi üçün hazırlanmış dərs vəsaitində isə Azərbaycanın hüquq sistemi hüquq tarixi, əsas insan hüquq azadlıqları, ölkəmizin məhkəmə sistemi,Avropa İnsan Hüquqları Məhkəməsi barədə məlumatlar yer alıb. Eyni zamanda, bununla bağlı hazırlanan işçi dəftərdə qeyd olunmuş hüquqi məlumatlara həsr olunmuş illüstrativ-praktiki tədris tapşırıqları krossvord, test, sual-cavab formasında əks olunub. Bunlar uşaqların hüquqi biliklərə daha yaxşı yiyələnməsi üçün zəruri vasitələrdir. Güman edirik ki, bu layihədən əldə etdikləri biliklər gələcəkdə şagirdlərə həyat yolunda yaxından kömək edəcək onlara öz hüquqlarını qorumaq üçün geniş imkanlar açacaq».

Vaqif Hüseynov həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi məktəbdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir: «Artıq uzun illərdir ki, bizim məktəbdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər reallaşdırılır. Düşünürük ki, bu tədbirlər gələcəkdə uşaqların şəxsiyyət kimi formalaşmasına kömək edəcək».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2013.- 17 dekabr.- S.6.