Tayfun və tornadoların qarşısını almaq mümkün deyil 

 

Məhərrəm Həsənov: «Hökumətlər tayfunun gücünü nəzərə alaraq ən azından əhalini evakuasiya etməlidir»

 

Son bir həftədir Filippini, müəyyən mənada VyetnamÇini viran edən Hayyan tayfunu dünya ictimaiyyətinin gündəmindən düşmür. Dünən isə BMT rəsmən açıqladı ki, təkcə Filippində 5 minə yaxın insan həlak olub, ölkəyə milyardlarla dollar ziyan dəyib. Maraqlıdır, tayfun nədir və onun yaranması, eləcə də hansı ərazilərdən keçəcəyinə dair əvvəlcədən xəbər tutmaqla insan itkisinin qarşısını almaq olmazmı? Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun iqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi Məhərrəm Həsənov «Həftə içi»nə müsahibəsində bu təbiət hadisəsinin mahiyyətini açmağa çalışdı.

 

- Tayfuntornadolar yüksək təzyiq fərqi olan ərazilər arasında müşahidə edilən əsas atmosfer hadisələrindədir. Bunların ikisi də əslində eyni proses olub tropik qurşaqda yaranır. Sadəcə, Şimali Amerikada bunlara tornado, Asiyada isə tayfun deyirlər. Özübu hadisələr ən çox tropik tsiklonların yarandığı ərazilərdə baş verir.

- Tsiklonların yaranma səbəbi və ümumiyyətlə, xarakteristikasını açarsınızmı?

- Tayfunlar konkret olaraq 5 dərəcə şimal en dairəsi ilə 20 dərəcə şimal en dairəsi arasında yaranır. Bu hadisənin yaranmasına səbəb olan tsiklonlar nədir? Mərkəzində alçaq, kənarlarında isə yüksək təzyiq sahələri yaranır. Bu vaxt isə kənarlardan mərkəzə doğru güclü hava axınları istiqamət alır. Burada ən təhlükəli cəhət budur ki, istər tayfunlarda, istərsə də tornadolarda külək kənardan mərkəzə axdıqca sürətini artırır. Onu da deyim ki, şimal yarımkürəsində tayfunlar saat əqrəbinin əks istiqamətində böyük sürətlə fırlanır. Həmişə də bu hadisə zamanı hava axını okeandan materikə doğru irəliləyir. Tayfunların bir maraqlı xüsusiyyəti də ki, hadisə zamanı hava axınları materikə çatınca sürətini maksimum həddədək artırır.

- Yeri gəlmişkən, hava axınlarının sürəti nə qədər olur?

- Bəzən tsiklonun mərkəzində küləyin sürəti saniyədə 60-75 metrə çatır. Hansı ki, saniyədə 15 metrdən artıq sürətə malik axınlar çox güclü külək sayılır. Ölçmələrə əsasən saniyədə 25 metr əsən külək çox güclü fəlakətə səbəb olur. Burada ən pis hal odur ki, külək axınları kənardan mərkəzə doğru əsdiyindən fırlanaraq hərəkət edir. Elə buna görə də qarşısına nə çıxırsa məhv edir və hətta çox ağır avtomobilləri və sair havaya qaldırır.

- Tayfuların konkret yaranış ocaqları varmı və axım istiqamətləri həmişə eyni səmtə olurmu?

- Tayfunlar əsasən Sakit okean üzərində yaranır və Hind-Çin yarımadasına, şərqi Asiyaya doğru hərəkət edir. Eləcə də tornadolar şəklində Atlantik okeanın şimal yarımkürəsində yaranır və Şimali Amerikanın şərq və cənub-şərqini vurur. Ümumiyyətlə, tayfuntornadolar okeanlarda yaranır. Bunun da səbəbi odur ki, okean səthi quru ilə müqayisədə gec qızır, materik hissə isə əksinə, qızır və yaranan kəskin təzyiq güclü külək axınını özünə çəkməyə başlayır. Burada tayfunun dağıdıcılıq gücünə təsir edən amillərdən biriqurunun relyefidir. Yəni quru düzənlik ərazi olanda külək geniş sahəyə yayılır və dağıdıcılıq qüvvəsi artır. Dağ olanda isə axınların qarşısı kəsilir və hərəkətinə maneə yaranır. Məsələn, Şimali Amerikada Kordilyer dağları okeandan gələn hava axınlarının qarşısını kəsir və tornadoların materikin mərkəzinə irəliləmisinə imkan vermir.

- Bir halda ki, bu hadisələr 5-20 dərəcə şimal en dairələri arasında yaranır, o zaman niyə Hind okeanında belə bir hala rast gəlinmir?

- Niyə Hind okeanında da olur. Amma burada qeyd edilən en dairələrində məsafə azdır deyə Sakit okeandakı kimi hiss olunmur. Hind okeanında yaranan tayfun quruya məsafə az olduğundan sürət toplaya dağıdıcı təsir göstərə bilmir.

- Bu fəlakətlərdən insanları qorumaq üçün etmək mümkündür?

- Tayfun tornadolar təbii hadisələr olduğundan onlara qarşı heç bir tədbir görmək mümkün deyil. Sadəcə, fırtınalar barədə əhalini məlumatlandırmaq axınların keçəcəyi ərazilərdən təxliyyə etmək lazımdır.

- Maraqlıdır ki, ekvatordan cənubda bu cür fəlakətlərin baş verməsinə heç rast gəlinmir. Bunun səbəbi nədir?

- Çünki şimal yarımkürəsində cənubla müqayisədə quru ərazilər daha böyükdür. Bu da okeanla quru arasında təzyiq fərqinin böyük olması deməkdir. Son tayunlar çox güclü olduğundan böyük fəlakət törətdi. Rəsmi Manilanın təxminən 2 min insanın həlak olduğunu deməsinə baxmayaraq, bir sıra mənbələr 10 mindən artıq filippinlinin tayfunun qurbanı olduğunu bildirməkdədir.

- Necə bilirsiniz, qlobal iqlim dəyişikliyinin bu cür tayfunların baş verməsinə təsiri varmı?

- Ötən əsrin 90-cı illərindən üzü bəri dünyada tayfunların, tornadoların, daşqınların sair təbiət hadisələrinin sayının xeyli artdığını görürük. Konkret dəlil göstərsək, 90-cı illərlə müqayisədə tayfunların sayı təxminən 50-100 dəfə artıb. Bu halda isə təbii ki, cəmiyyətə böyük iqtisadi ziyanlar dəyir. Yəni tayfunun dağıdıcı təsiri ilə dövlətlərə dəyən milyardlarla dollar zərəri aradan qaldırmaq üçün böyük vəsaitlər xərclənir. Hansı ki, bu qədər pula iqtisadiyyatın müəyyən sahələrini inkişaf etdirmək olardı. Sualınıza cavab olaraq bildirim ki, bəli, qlobal iqlim dəyişikliyi nəticəsində dünyanın müxtəlif guşələri arasında temperatur fərqi artır. Çünki temperatur dəyişməsi təzyiq dəyişməsinə səbəb olur. Onlar arasında fərq qədər böyük olarsa, tayfun tornadoların dağıdıcılıq gücü artır.

- Ekoloji vəziyyətin kəskinləşməsinin tayfunlara təsir var

- Son 30-40 ilin təcrübəsinə əsasən deyə bilərik ki, atmosferdə karbonun miqdar kəskin yüksəlib. Bu halda Yer aldığı istiliyi özündən uzaqlaşdıra bilmir ki, bu da traposferdə temperaturun yüksəlməsinə səbəb olur.

- Tayfunların yağışla ya yağmursuz olması ilə bağlıdır fərqini necə izah edərdiniz? Məsələn, Amerikada yaranan tornadolar bir çox halda quru keçir

- İstənilən tayfun ya tornado yağmurla müşayiət olunur. Onların gücü-qüvvəsi məhz o vaxt çox olur ki, özü ilə leysan gətirir. Yeri gəlmişkən, tayfun tornadolar okean səthində yarandığından 98 faiz özü ilə rütubət daşıyır. Çox təsadüf ola bilər ki, bu axınlar yağmursuz keçsin. Amma leysanla gələn tayfun tornadolar zamanı həm hər yer viran qalır, həm yerə tökən leysan güclü daşqınlar yaradır beləliklə, fəlakət baş verən ərazilər iki tərəfdən zərbəyə məruz qalır.

- Tarixdə daha əvvəllər belə güclü tayfunlar baş veribmi?

- Tayfunlar gücünə görə 5 qrupa bölünür. Dərəcələrinə görə ən güclü 5-ci qrupdur. Məsələn, bir neçə il əvvəl Meksika körfəzinin şimalında baş verən Katrin tornadosu 5 bal gücündə qiymətləndirilir. Bu hadisə zamanı tornado Yeni Orlean şəhərinin təxminən 60 faizi dağıtmışdı.

- Dediyiniz kimi, tayfun tornadolar havada burulğan yaradaraq hərəkət edir. Maraqlıdır, həmin burulğanın radiusunu ölçmək mümkün olubmu?

- Tayfunun burulğanının eni təxminən 100 kilometrə çatır. Bütövlükdə tsiklonlardan söhbət gedirsə, onların radiusu 1000 kilometrə qədər olur. Dağıntılar isə daha çox burulğanın 50 kilometr radiosunda olur, kənara getdikcə dağıdıcı qüvvə zəifləyir. Səbəb odur ki, mərkəzdən kənara doğru küləyin əsmə sürəti azalır.

- Filippini dağıdan Hayyan tayfununun keçdiyi ərazidən üzüşimala Kuro Sivo isti okean cərəyanı hərəkət edir. Sizcə onun təsiri varmı qasırğaların yaranmasına?

- Okean cərəyanlarının bu kimi təbiət hadisələrinə təsiri yoxdur. Siz deyən cərəyanlar, sadəcə, okeanda suyun bir istiqamətdən digər yerə axınıdır ki, burada da axın sürəti saatda cəmi 3-4 metr təşkil edir. Ona görə belə ciddi təbiət hadisələrinin yaranmasında rol oynamır. Buna baxmayaraq, həmin okean cərəyanlarının əslində xeyirli tərəfləri var. Məsələn, tropik qurşaqlardan isti suyu mülayim enliklərə aparan cərəyanlar həmin regionlarda havanın temperaturunu qaldırır

- Musson yağışları da var

- Musson yağışları əsasən yay fəslində olur. Yəni quru tez qızır bu halda təzyiq aşağı düşür. Okean isə gec qızdığından, əksinə, temperatur aşağı, təzyiq isə yuxarı olur. Mussonlar Amerikada çox da diqqət çəkmir, amma Hindistanda, Pakistanda, Hind-Çin yarımadasında, şərqi Asiyada özünü çox ciddi göstərir. Mussonların güclü olmasında relyefin dağlıq olmasının mühüm rolu var. Məsələn, Hindistana il ərzində daha çox yağış yağır. Çünki Himalay dağları hava axınlarının qarşısını kəsir deyə kondensasiya prosesi baş verir. Amma Çində dağlar sahildən çox uzaqdadır. Ona görə Musson küləkləri şərqi Çin üzərində çox geniş əraziyə yayılır ona görə təsiri Hindistandakı kimi hiss olunmur. Onu da deyim ki, Mussonların tayfunlarla əlaqəsi yoxdur. Çünki bu təbiət hadisələri şimal yarımkürəsində əsasən yayda olur sentyabrda başa çatır

- Amma tayfunlar istənilən vaxt baş verə bilər

- Bəli, tayfun tornadoların ilin bütün fəsillərində yaranması mümkündür. Amma ən çox olur keçid fəsillərindəyazda payızda.

- Ekvatordan cənubda niyə olmur tayfunlar?

- Burada qurunun suya nisbətini nəzərə almaq lazımdır. Yəni şimal yarımkürəsində quru 61, su isə 39 faiz təşkil edir. Cənub yarımkürəsində isə əksinə, suyun həcmi 81, qurunun isə cəmi 19 faizdir.

- Son olaraq soruşmaq istərdim: zəlzələdən fərqli olaraq tayfunların vaxt baş verəcəyini əvvəlcədən xəbər vermək mümkündür. O zaman, sizcə, niyə Filippinə bu qədər zərər dəydi?

- Tayfun tornadoların yaranması hansı istiqamətə hərəkət etməsi, hətta orada küləyin sürəti, məsələn, Filippinə neçə saat ərzində çatacağı haqda məlumat verilir. Amma dövlətin həmin xəbərə reaksiyası çox mühümdür. Yəni tayfunun qüvvəsini vuracağı ziyanları nəzərə alan hökumət ən azındanı canlı itkinin qarşısını almaq üçün əhalini daha təhlükəsiz yerlərə köçürməyə başlamalıdır. Görünür, Filippində bu məlumatlara ciddi əhəmiyyət verməyiblər

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2013.- 16-18 noyabr.- S.4.