Yeni folklor teatrı yaradılır 

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Azərbaycan folklor nümunələrini və adət-ənənələrini geniş tamaşaçı auditoriyasına çatdırmaq və beynəlxalq səviyyədə layiqincə təbliğ etmək məqsədilə yeni folklor teatrın yaradılmasını qərara alıb.

 

Bu qərara əsasən, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni yaradılan teatra üzv olmaq istəyən istedadlı və yaradıcı gəncləri seçimlərə dəvət edir.

İdarədən “Həftə içi”nə bildiriblər ki, folklor teatrına seçimlər yanvarın 31-də saat 11:00-da İçərişəhər, Mirzə Şəfi küç, 4 ünvanında keçiriləcək.

 

 

Nigar 

 

Həftə içi.- 2013.- 24 yanvar.- S.8.