Qlobal istiləşmə Azərbaycana mənfi təsir göstərəcək 

 

Gülmalı Süleymanov: «Malyariya, ürək-damar, mədə-bağırsaq və sair xəstəliklərin kəskinləşəcəyi gözlənilir»

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ictimaiyyətində iqlimdə köklü dəyişikliklərin başlaması barədə xəbərdarlıq edib. Adıçəkilən qurumun Yaponiyanın Yokohama şəhərində keçirilən elmi iclasından və bir həftə davam edən qızğın müzakirələrdən sonra tərtib olunan hesabatında qeyd edilib ki, qlobal istiləşmə insanları yeni təhlükələrə doğru aparacaq.

Bəs görəsən, iqlimdəki köklü dəyişikliklərin Azərbaycana hansı mənfi təsirləri olacaq? Ölkəmiz qlobal istiləşmənin fəsadlarından sığortalana biləcəkmi? İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov «Həftə içi»nə müsabihəsində gözlənilən təhlükələr və onların aradan qaldırılması üçün görülən işlər və həyata keçiriləcək tədbirlər barədə danışıb.

- Gözlənilən qlobal istiləşmənin kökündə hansı səbəblər dayanır?

- Əsas səbəb Yer kürəsindəki enerji balansının pozulması ilə əlaqədardır. Söhbət Günəşdən Yer kürəsinə gələn istilik enerjisi ilə Yer kürəsindən qayıdan istilik enerjisinin həcmi arasındakı müqayisənin kəskin şəkildə fərqlənməsindən gedir. Əvvəllər Yer kürəsində bir kvadratmetr əraziəyə daxil olan istilik enerjisinin həcmi oradan qayıdan istilik enerjisinin həcmindən 1,6 meqavatt çox olub. Amma hazırda bu göstərici 2,23 meqavatt təşkil edir. Əvvəlki dövrlə müqayisədə hazırkı vəziyyətdə istilik enerjisi 0,63 meqavatt artıb. Bu da o deməkdir ki, istilik enejisi Yer kürəsində qeyri-bərabər paylanacaq. Digər tərəfdən, belə bir amil istiliyin çoxalacağını, yəni iqlimdə daha kəskin dəyişikliklərin baş verəcəyini göstərir. Xüsusilə də atmosferdə zərərli qazların, məsələn, karbon qazının miqdarı artacaq. Nəticədə Avropanın şimal-qərb hissəsində yerləşən ölkələrdə, Amerika qitəsinin Atlantik okean sahillərindəki dövlətlərdə, Cənubi Amerikanın bəzi ərazilərində qlobal istiləşmənin ciddi təsirləri özünü büruzə verəcək.

- İqlimdə köklü dəyişikliklərinin başlaması Azərbaycanda hansı neqativ hallarla müşahidə oluna bilər?

- Ümumiyyətlə, dünyada baş verən təhlükələr, iqlim dəyişmələri, qlobal istiləşmə və sair ölkəmizə müəyyən qədər təsir göstərir. Sadəcə, sözügedən hadisələrin təsirinin hansı formada olacağı, yəni təsirlərin az, yaxud çox olacağı məsələsinə diqqət yetirmək lazımdır. Şübhəsiz ki, Azərbaycanın okeanlardan kənarda yerləşməsi, ölkə ərazisində mövcud olan iqlim şəraiti, torpaq örtüyü, coğrafi relyef və sair haqqında danışılan iqlim dəyişikliklərinin respublikamıza ciddi mənfi təsir göstərməyəcəyinə dəlalət edir.

- BMT-nin hesabatına görə, qlobal istiləşmə yoxsulluq, xəstəlik, ərzaq təhlükəsizliyi, qaçqınlıq kimi problemləri daha da pisləşdirəcək.

- Doğrudur. İlkin mərhələdə kəskin iqlim dəyişikliklərinin insanların sağlamlığına ciddi zərbə vuracağı qaçınılmazdır. Söhbət əksər insanların qlobal istiləşmə dövründə mövcud olacaq iqlim şəraitinə, isti və qızmar hava uyğunlaşması prosesinin həddən artıq çətin olacağından gedir. Xüsusilə də kəskin iqlim dəyişiklikləri nəticəsində malyariya, ürək-damar, mədə-bağırsaq və sair xəstəliklərin kəskinləşəcəyi gözlənilir. Digər məsələlərə gəlincə, təbii ki, kəskin istilər nəticəsində quraqlığın yaranması mümkünləşəcək ki, nəticədə məhsuldarlığın aşağı düşəcək. Bu da ərzaq qıtlığı yaradacaq, yoxsulluğu artıracaq. Üstəlik, özlərinə tapmaq, ruzi qazanmaq, qızmar istilərdən qorunmaqsair məqsədlər üçün başqa ərazilərə, yaxud ölkələrə gedən vətəndaşların sayının çoxalacağı da verilən proqnozlar sırasındadır.

- Hesabatda kəskin iqlim dəyişikliklərinin zorakılıq hallarının çoxalmasına ciddi təsir göstərəcəyi də vurğulanıb. Bu, nə ilə əlaqədardır?

- Ərzaq təhlükəsizliyinin təmin olunmadığı və ərzaq çatışmazlığının daha ciddi xarakter alacağı məkanlarda şübhəsiz ki, zorakılıq, cinayət hadisələri, xüsusən də oğurluq hallarının artacağı gözlənilir. Konfliktlərin daha çox ərzaqla təminat məsələsi ucbatından baş verəcəyi ehtimal olunur.

- Kəskin iqlim dəyişiklikləri nəticəsində məhsul istehsalında geriləmə müşahidə olunacağı da bildirilib. Bu baxımdan Azərbaycanda vəziyyət necə olacaq?

- Qlobal istiləşmə nəticəsində quraqlıq, səhralaşma və şoranlaşma gözlənildiyindən məhsul istehsalı, eləcə də əkin-biçin sahələrində məhsuldarlığın xeyli azalacağı gözlənilir. Təbii ki, belə bir neqativ hal kənd təsərrüfatının inkişafına, iqtisadiyyatın digər sahələrinin inkişafına ciddi mənfi təsirini göstərəcək. Azərbaycanda durumun necə olacağına gəlincə, ölkəmizdə bu cür təhlükələrdən sığortalanmaq üçün dövlət proqramları qəbul edilib. Məsələn, «Azərbaycan Respublikasında Ərzaq Təhlükəsizliyi Proqramı» və digər proqramlar kəskin iqlim dəyişikliklərinin gözlənildiyi məqamlarda ölkə əhalisinin ərzaqla təminatında yaşa biləcək problemlərin qarşısının alınmasında mühüm rol oynayır. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə prezidentinin «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında» sərəncamının icrası ilə əlaqədar olaraq Kürsahili boyunca yerləşən qəsəbə və kəndlərin əhalinin içməli su ilə təmin etmək üçün modul tipli sutəmizləyici qurğular quraşdırıb. Müxtəlif illəri əhatə edən «Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqram»ları da qlobal istiləşmə dövründə gözləniləcək bir çox problemlərin, o cümlədən, ərzaq çatışmazlığının qarşısının alınmasında əhəmiyyətli rola malikdir.

- Adətən, yay aylarında ölkə ərazisindəki 450-yə yaxın göldən 200-ə yaxını quruyur, ölkənin yer su ehtiyatları 30-31 kubkilometrdən 20,3 kubkilometrə qədər azalır. Qlobal istiləşmə dövründə su qıtlığının daha da güclənməsi ölkəmiz hansı fəsadları törədəcək?

- Qeyd etdiyiniz amil Azərbaycanda müəyyən problemlərin yaranacağını göstərir. Məsələn, 1998-2000-ci illərdə su çatışmazlığı ucbatından məhsul istehsalı və məhsuldarlıq azaldı, ərzaq çatışmazlığı yarandı, iqtisadiyyatın bir çox sahələrində tənəzzül özünü büruzə verdi. Amma baş vermiş hadisələrdən nəticə çıxaran ölkə rəhbərliyi və aidiyyəti qurumlar su qıtlığının aradan qaldırılması istiqamətində müəyyən işlər gördülər. Dövlət səviyyəsində lazımi tədbirlər həyata keçirildi. Xüsusilə də ölkəmizdə yeni meşələrin salınması, meşələrin sahəsinin artırılması, yaşıllıqların salınmasına marağın çoxaldılması daha təqdirəlayiq hallardır. Ona görə də dünyanın digər ölkələrinə nisbətən respublikamızda məhsul istehsalının və məhsuldarlığın azalması, ərzaq çatışmazlığı və digər neqativ hallar ciddi xarakter almayacaq.

- Hesabatda qeyd olunub ki, qlobal istiləşmə quruda və sudakı heyvanbitki təbəqəsinə zərər verəcək. Ölkəmizdə hansı heyvanbitki növləri ciddi təhlükələrlə üzləşəcək?

- Ümumiyyətlə, iqlim dəyişiklikləri nəticəsində heyvanbitki təbəqəsində müəyyən dəyişikliklərin baş verməsi əvvəllər də müşahidə olunub, indivar, gələcəkdə də olacaq. Düzdür, əvvəllər Azərbaycanda bu baxımdan vəziyyət bir qədər kritik idi. Amma sonradan qoruqların, xüsusi mühafizə olunan parkların yaradılması, balıqartırma zavodlarının tikilməsi və digər tədbirlərin həyata keçirilməsi nəticəsində bitkiheyvan təbəqəsinə mənfi təsir azaldı. Ancaq qeyd etmək istəyirəm ki, qlobal istiləşmə heyvanlar arasında müəyyən xəstəliklərin yaranmasına və yayılmasına təsirini göstərəcək. Bəzi bitkilərdə müəyyən proseslər gedəcək ki, bu da onların inkişafını ləngidəcək, qurumasair hallar baş verəcək. Yaxud susuzluq və çirklənmə ucbatından meyvəçilik ciddi ziyana düşəcək və sair. Lakin bütün bunlara baxmayaraq, ehtiyatların kifayət qədər olması, qabaqlayıcı profilaktiki tədbirlərin görülməsi onu göstərir ki, ciddi problemlər qlobal istiləşmə ölkəmizdə bitkiheyvan təbəqəsinə ciddi mənfi təsir göstərə bilməyəcək.

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2014.- 5-7 aprel.- S.6.