Dövlət qurumları üçün CİS təminatı 

 

Bu sistem ölkənin sürətli inkişafı üçün müasir

texnologiyalardan istifadədə geniş imkanlar yaradır

 

Son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı ayrı-ayrı sahələr üzrə infformasiya məlumat bazasının yaradılması, eləcə də həmin bazalardakı məlumatların təhlükəsizliyinin təmin edilməsi zərurətini meydana çıxarıb. Bu baxımdan müxtəlif sahələr üzrə tətbiqinə ehtiyac yaranmış sistemlər arasında Coğrafi İnformasiya Sistemləri (Georaphical Information Systems - GIS) özünəməxsus yer tutur.

Xatırladaq ki, bu sistem daha çox böyük həcmli coğrafi məlumatların toplanması, depolanması, işlənməsi, analizi, sorğulaması və təqdim edilməsi funksiyalarını yerinə yetirir. Azərbaycanda 10-dək CİS şirkəti mövcuddurbu qurumlar respublikanın sürətli inkişafı üçün müasir üsultexnologiyalardan istifadə edirlər. Təsadüfi deyil ki, artiq ölkəmizdə bir neçə dövlət strukturları və idarələrində CİS tətbiq edilir. Onların arasında «Azərsu» ASC və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) də var.

Səhmdar Cəmiyyətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı «Həftə içi»nə bildirir ki, hələ bir müddət əvvəl adıçəkilən qurumda su təchizatı üzrə CİS yaradılıb. «AzərsuCİS» adlanan layihə çərçivəsində lazımi texniki avadanlıqlar alınaraq yeni yaradılan «Coğrafi informasiya» və «SCADA» sistemləri şöbəsinə mütəxəssislər cəlb edilib. Bundan sonra lazımi xəritə məlumatlarının və digər informasiyaların yüklənməsi həyata keçirilib. Sistemin idarəolunması üçün təlim-tədris işləri reallaşdırılıb: «Bu məqsədlə keçirilən treninqlərdə sistemin yaradılması və idarəolunması ilə bağlı məsələlər ətraflı izah olunub. Hətta bu layihə çərçivəsində istifadə olunann «Bentley Microstation V8i» proqramının tədrisi də gerçəkləşdirilib».

 

Texniki qəzalar GİS-də qeydiyyata alınacaq

 

“Azərsu” rəsmisi deyib ki, su təsərrüfatı üzrə GİS-in yaradılması praktikası Azərbaycanda yenidir. Bununla belə, həmin layihənin həyata keçirilməsi bir çox uğurların əldə olunması ilə nəticələnəcək. Onun sözlərinə görə, əvvəlcədən bəyan edildiyi kimi, «Azərsu»da GİS-in yaradılması su təchizatı və kanalizasiya sistemlərinin idarə olunması prosesini asanlaşdıracaq. Burada bütün yeraltı və yerüstü infrastruktur obyektləri barədə məlumatlar yerləşdirilərək sistemin elektron xəritəsi yaradılacaq. Bu sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatının və kanalizasiya sisteminin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək. Belə ki, şəbəkələrdə hər hansı qəza halları baş verdikdə bu barədə məlumat sistemdə dərhal qeydiyyata düşəcək: “Gələcəkdə abonent bazasının da CİS-ə inteqrasiya edilməsi nəzərdə tutulur. İlkin mərhələdə layihə Bakı şəhərində həyata keçiriləcək, gələcəkdə isə bütün ölkəni əhatə edəcək».

Şöbə müdiri qeyd edir ki, ölkə üzrə içməli və çirkab suların, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemi olan «AzərsuCİS» layihəsi Azərbaycan üçün çox önəm daşıyır: «Çünki bu sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq. Eyni zamanda həm içməli su, həm çirkab suları, həm də yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikintiistismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq. «Azərsu» bu layihəni ilkin mərhələdə Bakı şəhərində, sonra isə bütün ölkə ərazisində tətbiq etməyi planlaşdırıb. Bütün bu işlər Azərbaycanda informasiya texnologiyaları sahəsində genişmiqyaslı işlərin həyata keçirilməsindən xəbər verir».

 

60 rayonu əhatə edən xüsusi interaktiv xəritə yaradılıb

 

Səhmdar Cəmiyyətin rəsmisi qeyd edir ki, «Azərsu» Bakı şəhərində hər binaya dəyişməz bir nömrə verir, binanın şəkli çəkilir, binadakı abonentin sayı qeyd olunurbu məlumatlar «AzərsuCİS»-də yerləşdirilir. Onun dediyinə görə, bu sistem su itkilərinin qarşısını almağa imkan verir: «Bu sistem növbəti illərdə su itkisinin daha effektiv qarşısını almağa kömək edəcək. Bu, inşşat işləri aparan podratçılara da yardımçı olur. Tutaq ki, bu yerdə su qaynayır, oradan da 3 kəmər keçir, biri daha köhnədir. Əvvəllər su qaynağı tapmaq üçün böyük bir yeri qazmaq lazım gəlirdi. Lakin indi «Azərsu»yun işçisi mobil şəkildə sistemə baxacaqçox kiçik bir yeri qazmaqla bu problem həllini tapacaq. Hər hansı qurum bir yerdə qazıntı aparanda «AzərsuCİS»-ə daxil olaraq bizim oradakı infrastrukturu millimetr dəqiqliyi ilə müəyyənləşdirə biləcək».

Anar Cəbrayıllı vurğulayır ki, Səhmdar Cəmiyyətin rəsmi internet saytında xüsusi interaktiv xəritə yerləşdirilib. Xəritədə Azərbaycanın 60 inzibati rayonu üzrə ASC tərəfindən xidmət göstərilən abonentlərlə bağlı məlumatlar yer alıb: «Xəritədə hər bir rayon üzrə xidmət olunan yaşayış məntəqələrinin sayı, xidmət göstərilən abonentlərin sayı, su anbarları, su xətləri, o cümlədən magistral və məhəllədaxili xətlərlə bağlı məlumatlar, eləcə də kanalizasiya şəbəkəsi barəinformasiyalar yerləşdirilib. İnteraktiv xəritə su mənbələrini də əks etdirir ki, buradan istənilən əraziyə suyun hansı mənbələrdən daxil olduğunu da müəyyənləşdirmək olar. 49498 nəfər abonentə xidmət göstərilən Abşeron rayonu üzrə əsas su mənbələri Ceyranbatan, I və II Bakı su kəmərləridir».

 

Coğrafi adlar «Eurogeographics»də yerləşdiriləcək

 

DTXK sədri Qərib Məmmədov isə deyir ki, Bakıda nəqliyyatın intellektual idarəolunması layihəsi üzrə paytaxtın 2200 kvadrat kilometr ərazisində komitə tərəfindən rəqəmsal xəritələr hazırlanıb. Onun sözlərinə görə, həmin xəritələrdə 57 növdə «3D» formatında məlumatlar həm mətn, həm də qrafik formada hazırlanaraq aidiyyəti üzrə təhvil verilib: «Bu işin əsas sifarişçisi Nəqliyyat Nazirliyidir. İşin əsas hissəsi olan rəqəmsal xəritələr DTXK tərəfindən hazırlanıb. Xəritələr əsasında Bakı şəhərinin ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqamətləri, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklars. barədə vizual görüntü yaranır, eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir».

Qərib Məmmədov qeyd edir ki, müxtəlif kütləvi informasiya vasitələrində, ayrı-ayrı tədbirlərdə Ermənistan tərəfindən coğrafi adlar sahəsində mütəmadi olaraq təxribat xarakterli hərəkətlərə yol verilməsinin, o cümlədən Azərbaycanın coğrafi adlarının əsassız şəkildə dəyişdirilməsinin qarşısını almaq üçün Prezidentin «Cənubi Qafqaz. 1903-cü il xəritəsinin nəşri haqqında» 18 aprel 2012-ci il tarixli sərəncamı əsasında komitədə «Cənubi Qafqaz. 1903-cü il» xəritəsi hazırlanaraq nəşr edilib: «Bununla yanaşı, Azərbaycandakı coğrafi adların xarici ölkələrdə nəşr edilən xəritələrdə olduğu kimi əks etdirilməsi məqsədilə hazırda respublikanın coğrafi adlarının «Eurogeographics» portalında yerləşdirilməsi üçün müvafiq işlər görülür. Xəritənin məzmunu 1903-cü ildə çar Rusiyası dövründə Rusiya hərbçiləri tərəfindən rus dilində nəşr edilmiş «Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda» xəritəsinə əsaslanır. Xəritə üç dildə - Azərbaycan, rusingilis dillərində nəşr edilib. Bu xəritə keçmiş dövrdəki coğrafi adları olduğu kimi əks etdirməklə Ermənistanın coğrafi adlar sahəsində olan təxribatlarına tutarlı cavabdır».

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 16 aprel.- S.6.