Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi

inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır 

 

“Məqsədimiz Azərbaycanın hər bir bölgəsini inkişaf etdirməkdir”

Heydər Əliyev, ümummilli lider

 

Keçmiş SSRİ dövründə Azərbaycan özünün zəngin yeraltı və yerüstü sərvətləri ilə təkcə Sovetlər İttifaqında deyil, onun hüdudlarından kənarda da kifayət qədər tanınmışdı. Üstəlik, Azərbaycanın iqtisadi potensialının 50 faizdən çoxu regionlarda yerləşdiyindən və ölkə əhalisinin 50 faizə qədəri bölgələrdə yaşadığından regionların və rayonların sosial-iqtisadi potensialının dövriyyəyə cəlb edilməsi yolu ilə inkişaf etdirilməsi üçün bir sıra məqsədli proqramlar hazırlanmışdı. Məsələn, «Dağ rayonlarının inkişafı», «Azərbaycan kəndinin inkişafı və onun şəhərlə müqayisədə inkişafının sürətləndirilməsi» və digər proqramlar sosial problemlərin həllində, əhalinin dağ rayonlarında və sərhədyanı ərazilərdə məskunlaşmasında, yaşayışın təmin olunmasında mühüm rol oynayırdı. Ancaq sovetlər dönəmində digər sovet respublikalarında olduğu kimi, Azərbaycanda da dövlət əhəmiyyətli tədbirlərin əksəriyyəti mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi və mərkəzləşdirilmə sistemi üzündən ölkəmiz öz sərvətlərindən yetərincə faydalana bilmirdi. Düzdür, SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmiz öz sərvətlərinin yeganə sahibi oldu. Amma müstəqilliyin ilkin dövrlərində iqtisadisiyasi gərginlik və elan olunmamış Qarabağ müharibəsi davam etdiyindən, həmçinin müəssisələr arasında mövcud əlaqələr pozulduğundan Azərbaycan özünün zəngin iqtisadi potensialından, xüsusilə də bölgələrdəki sosial-iqtisadi potensialdan yetərincə faydalanainkişaf edə bilmədi. Bölgə sakinləri üçün lazımi sosial-iqtisadi şəraitin və mühitin yaradılmaması, yeni yerlərinin açılmaması və digər vacib məsələlərin həll olunmaması ucbatından regionlardakı işçi qüvvəsi öz əmək qabiliyyətindən maksimum faydalanmaq və işlə təmin olunmaq üçün Azərbaycanın müxtəlif bölgələrinə, hətta Bakı şəhərinə və xarici ölkələrə üz tutmağa başladı. Nəticədə bölgələrdə istehsal azaldı, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına süni maneələr yarandı, regionların sosial-iqtisadi inkişafında tarazlıq pozuldu. Ona görə də regionların inkişaf etdirilməsi, bölgələrdə yeni istehsal və sənaye müəssisələrinin yaradılması, iqtisadi inkişafın əsas meyarlarından biri olan yoxsulluğun, həmçinin işsizliyin səviyyəsinin azaldılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin inkişafının daha da sürətləndirilməsi, bazarların və yarmarkaların bol və keyfiyyətli məhsullarla təminatı, bolluğunucuzluğun yaradılması, eləcə də digər önəmli işlərin görülməsi üçün yeni tədbirlər planının hazırlanması və həyata keçirilməsi hökmən vacib idi. Amma bunun üçün siyasiiqtisadi sabitlik, həmçinin kifayət qədər maliyyə vəsaiti tələb olunurdu. Ancaq acınacaqlı durum uzun sürmədi. Xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderimizulu öndərimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində atəşkəs elan edildi, 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş - «Əsrin müqaviləsi» imzalandı. Bundan sonra Azərbaycan neftqaz, həmçinin digər mədən sənayesi sahələri üzrə bir sıra xarici şirkətlərlə müqavilələrə imza atdı. Bununla da həmin sahələrin inkişafına investisiyaların yatırılmasına və ölkəmizə kapital axının sürətlənməsinə start verildi. Nəticədə əldə edilən gəlirlərin həcmi ilbəil artdı. Həmin gəlirlərin iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilməsinə və həmin sahələrin inkişaf etdirilməsinə başlanıldı. Lakin neft-qaz sektorundan asılılıqdan qurtulmaq, ölkənin gələcək və davamlı inkişafını təmin etmək üçün regionların tarazlı və davamlı inkişafının təmin edilməsi və bölgələrdəki potensialdan səmərəli istifadə olunması həmin dövrün əsas tələblərindən biri idi. Bu səbəbdən də ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulmasına, aqrar islahatların həyata keçirilməsinə, sovxozkolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanmasına, qiymətlərin sərbəstləşdirilməsinə və sair məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. Nəticədə kənd təsərrüfatının 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas olması, özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borclarının silinməsi, onlara uzunmüddətli vergi tətillərinin verilməsi regionların inkişafında yeni mərhələnin əsasını qoydu.

Həmin dövrlərdə Heydər Əliyevin müəyyən etdiyionun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası və qəbul olunmuş dövlət proqramları çərçivəsində sahibkarlıq infrastrukturunun formalaşdırılması, sahibkarlara maliyyə dəstəyinin, məsləhət, informasiya və digər zəruri texniki yardımların göstərilməsi, sahibkarların vergi yükünün azaldılması üçün mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması, kiçik sahibkarlıq subyektlərinə vahid vergi sisteminin tətbiqi də regionların inkişafında, həmçinin bölgələrdə kiçikorta sahibkarlığın inkişafının təmin edilməsində mühüm rol oynadı. Bu baxımdan da 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi qəbul etmək olar. Ancaq həmin illərdə çoxsaylı uğurların qazanılmasına baxmayaraq, müharibə şəraitində olan, 20 faizdən artıq torpaqları zəbt edilən, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanda qeyri-neft sektoru, xüsusilə də regionlar ləng inkişaf edirdi. Üstəlik, bölgələrin inkişafını əngəlləyən və çözülməsi gərəkən xeyli problem mövcud idi. Ona görə də regionlara münasibəti dəyişdirmək zamanın tələbi idi. Başqa sözlə, regionların davamlı inkişafı təşkilati problemlərin həllindən, investisiyanın cəlbindən, regionlarda kiçikorta sahibkarlığın inkişafının sürətləndirilməsindən, bölgələrdəki əmək ehtiyatlarından, həmçinin regionlardakı təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsindən, bölgələrdə yeni yerlərinin yaradılması yolu ilə əhalinin məşğulluğunun artırılmasından, ölkədə işsizliyinyoxsulluğun səviyyəsinin azaldılmasından və digər məsələlərdən asılı olduğundan sadalanan məsələlərin həlli üçün elmi əsaslandırılmış dövlət proqramlarının hazırlanması və həmin proqramların icrası mütləq vacib idi.

Bütün bunları nəzərə alan ölkə prezidenti İlham Əliyev 11 fevral 2004-cü ildə 2004-2008-ci illəri əhatə edən «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nı təsdiq etdi. İcrasına 16 milyard manat vəsait yönəldilmiş birinci proqramın əhatə etdiyi 2004-2008-ci illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 27,5 mindən çox yeni müəssisə yaradıldı, 547,5 min daimi yeni yeri açıldı. Yoxsulluğun səviyyəsi 13,2 faizədək azaldı. Ümumi Daxili Məhsulun (ÜDM) real həcmi 2,6, əhalinin gəlirləri isə 4 dəfə artdı.

Unutmayaq ki, güclü region güclü iqtisadiyyat, ölkə iqtisadiyyatının dayağı və inkişafı deməkdir. Bu baxımdan 2004-2008-ci illərdə həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatının yüksələn templə inkişafını, eləcə də potensialından səmərəli istifadə etməklə regionların dirçəlməsi və güclənməsi üçün kifayət etmədi. Ona görə də dövlət başçısı 14 aprel 2009-cu ildə «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nı təsdiq etdi. Üstəlik, ikinci proqramın icrasına birinci proqramdakından 18,7 milyard manat çox, yəni 34,7 milyard manat vəsait yönəldildi. İkinci proqramın uğurlu icrası nəticəsində də ölkənin makroiqtisadi göstəricilərinin səviyyəsində yüksək artım əldə edildi. Sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynadı. Hər iki dövlət proqramının əhatə etdiyi 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb oldu. 2004-2013-cu illər üzrə ÜDM 3,2, adambaşına ÜDM-in həcmi 2,8, qeyri-neft sektoru isə 2,6 dəfə artdı. Azərbaycanda orta illik iqtisadi artım 12,9 faiz təşkil etdi. Son 10 ildə strateji valyuta ehtiyatları 31, xarici ticarət dövriyyəsi 6,6, ixrac 9,3, idxal 4,1, qeyri-neft ixracı 4,7, dövlət büdcəsinin gəlirləri 16, orta aylıq əməkhaqqı 5,5, pensiyalar 9,6, əhalinin əmanətləri isə 27 dəfə artdı. Son 10 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə artdı, 2013-cü ildə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 5,3 faizə düşdü. Ötən 10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən, 900 min daimi yeri açıldı. Yeni açılmış yerlərinin 80 faizə yaxını regionların payına düşdü. Bundan əlavə, son 10 ildə regionlarda 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başladı. 2004-2013-cü illərdə ölkə üzrə 55 min 615 yeni müəssisə yaradıldı və onun 22 min 159-u bölgələrdədir.

Qeyd etmək yerinə düşər ki, son 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib. Bu layihələrin icrası nəticəsində 110 minədək yeni yeri yaradılıb. Regionlarda isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 18 minə yaxın sahibkara 945,9 milyon manat verilib. Güzəştli kreditlər hesabına yaradılmış 110 minədək yeni yerinin 94 minə qədəri məhz bölgələrin payına düşüb. Son 10 ildə regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, vergi ödənişləri isə 14,2 dəfə artıb. Hətta 5 şəhər və rayonda xərclərin yerli gəlirlər hesabına maliyyələşdirilməsi də sözügedən dövlət proqramlarının icrası nəticəsində mümkünləşib.

Yuxarıda sadaladığımız faktlar göstərir ki, əvvəlki dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər qarşıdakı illərdə də regionların inkişafı üçün möhkəm zəmin yaradıb. Bu baxımdan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından bir çox nəticələr gözləmək mümkündür. Məsələn, bu proqram bölgələrdə qeyri-neft sektorunun, xüsusilə də aqrarturizm sektorlarının inkişafına, kənd təsərrüfatının, aqrar-sənaye və emal komplekslərinin müasir istehsal prosesinin tələblərinə uyğun yenidən qurulmasına və genişləndirilməsinə, yeni istehsal sahələrinin yaranmasına, yenidaimi yerlərinin açılmasına, yüksək təminatlı peşələrin və ixtisasların hazırlamasına, yeni və yüksək texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsinə, rəqabət qabiliyyətli və ixracyönümlü ekoloji təmiz məhsulların istehsal olunmasına, qablaşdırılmasına, emal edilməsinə və onların Azərbaycan brendi altında xarici bazarlara çıxarılmasına, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsinə, həmçinin ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə təkan verəcək. Həmin proqram şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də sosial iqtisadi infrastrukturunu tamamilə yeniləşdirəcək. Bunlardan əlavə, üçüncü proqramın icrası çərçivəsində əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması üçün regionlarda iri sənaye mərkəzlərinin yaradılması və regiondakı şəhərlərin və şəhərətrafı bölgələrdə böyüktutumlu yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafının sürətləndirilməsi, kəndlərdə mədəniyyət mərkəzlərinin və istirahət yerlərinin yaradılması, kəndlərdə müasir kompüter şəbəkəsinin tətbiqi üçün hər cür şəraitin yaradılması bölgələrdən, xüsusilə də kəndlərdən insanların Bakıya axınının qarşısını alacaq. Bir sözlə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirilməsi, əhalinin yaşayış və rifah halının yüksəlməsi və bütövlükdə ölkə əhalisinin illik gəlirlərinin orta göstəricilərinin Avropa dövlətləri səviyyəsinə qaldırılması ilə nəticələnəcək.

 

Təbriz VƏFALI

 

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

 

Həftə içi.- 2014.- 16 aprel.- S.7.