İnternet reklamının gələcək perspektivləri 

 

Ekspertlər yaxın gələcəkdə bu növ reklamın bazarda

payının xeyli artacağını proqnozlaşdırırlar

 

Beynəlxalq ekspertlərin qiymətləndirməsinə əsasən, bu il qlobal internet reklamı bazarının həcmi 537 milyard dollara çatacaq. Bu proqnoz özünü doğrultsa, 2013-cü illə müqayisədə artım 5,5 faiz təşkil edəcək. Eyni zamanda, analitiklərinin proqnozlarına görə, bu il avrozonada reklam xərcləri 69 milyard dollardan 70 milyard dollaradək yüksələcək. Qeyd edildiyinə görə, bu regionda yüksəliş 2010-cu ildən müşahidə olunmayıb. ABŞ-da bazarın həcminin 167 milyard dollardan 176 milyard dollaradək artacağı gözlənilir.

Ümumilikdə isə bu il internet reklamının bazar payının 22 faizə - 121 milyard dollara bərabər olacağı proqnozlaşdırılır. 2016-cı ilədək internet reklamının payı 27,1 faizədək artacaq. Bu, mobil qurğuların artmaqda olan nüfuzetməsi sayəsində mümkün olacaq: 2016-cı ildə müvafiq seqmentdə reklam xərcləri 2013-cü ildəki 2, 7 faizdən 7,6 faizədək ya 13,4 milyard dollardan 45 milyard dollaradək artacaq.

Proqnozlara görə, 2016-cı ildə ilk beşlikdə ABŞ (191,4 milyard dollar), Çin (57,4 milyard dollar), Yaponiya (56,3 milyard dollar), Almaniya (24,1 milyard dollar) Böyük Britaniya (23,9 milyard dollar) yer alacaq.

Xatırladaq ki, ötən il müxtəlif növ reklama ümumilikdə 509 milyard dollar xərclənib. 2013-cü ildə ən böyük reklam seqmenti 40,1 faizlik payla televiziya olaraq qalıb. Qlobal bazarda internet reklamının (mobil seqment nəzərə alınmaqla) payı 20,8 faiz təşkil edib. Sonrakı yerdə 16,9 faizlə qəzetlər qərarlaşıb.

2013-cü ildə ən böyük reklam bazarı ölkələri ABŞ (167,3 milyard dollar), Yaponiya (53,0 milyard dollar), Çin (41,0 milyard dollar), Almaniya (23,2 milyard dollar) Böyük Britaniya (20,4 milyard dollar) olub.

Bəs, görəsən, internet reklamının hansı xüsusiyyətləri var? Azərbaycanda bu bazar necə inkişaf edib?

Məsələyə münasibət açıqlayan AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Kəmalə Haşımova deyib ki, Azərbaycanda informasiya texnologiyalarının inkişafı hər sahədə olduğu kimi internetdə reklam marketinqin inkişafında da öz müsbət nəticələrini göstərir. Onun sözlərinə görə, hazırda reklam bazarında canlanma inkişaf meylləri hiss olunmaqdadır: «Bu da əsasən ölkədə siyasi sabitliyin bərqərar olunması, ölkə iqtisadiyyatının sürətli inkişafı, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində müvafiq dövlət siyasətinin həyata keçirilməsi nəticəsində mümkün olur».

O, həmçinin bildirib ki, internet reklamı bu gün üçün real reklam daşıyıcısıdır. Onun sözlərinə görə, internetdə olan reklam sosial fəaliyyətlə məşğul olan bütün müəssisələrin marketinq güclərinin əsas hissəsinə çevrilib: «Hazırda yeni nəslin axtarış sistemi Google, Yandex, Vikipediya s. reklamçıların şəbəkə reklamı sahəsində bütün ümüdlərini doğruldur. Bu imkanların köməyi ilə internet reklam kontekst reklamı daha sürətlə inkişaf edir. Nəticədə internet reklamı sürətlə inkişaf edən seqmentə çevrilir ona öz marketinqi kimi baxan şirkətlərin sayı artır. Eyni zamanda bir çox insanlar reklam yerləşdirməklə yeni qazanc əldə edir».

 

Bannerlərdən geniş istifadə olunur

 

Reklam məlumatlarının internetdə yerləşdirilməsi növlərinə toxunan mütəxəssis deyib ki, əsas reklam daşıyıcısına banner, rich – media, mətn bloqlar, yəni ekranda çıxan əlavə pəncərələr, reklam qoyuluşları, kiçik saytlar aiddir: «Bannerlər internetdə web – sayt tərəfdarları üçün əsas məlumat daşıyıcısıdır. Onlar əsasən reklamvericinin saytına birbaşa hiperbağlantı vasitəsi ilə keçid imkanına malikdirlər. Bannerlər kadr şəklində dəyişikləri ilə animasiya şəklində çatdırılır. Bu gün bannerlərin müxtəlif formatlarında geniş istifadə olunur. İstifadəçilər bannerin yeni formatına çox tez alışdıqları üçün bu növ reklam daşıyıcılarının effektliyi daima aşağı düşür. Nəticədə reklam agentliklərinə reklam məlumatlarını ötürmək üçün daim yeni formatlar haqqında düşünməli olurlar. Banner formatlarının sayı nəzərə çarpmaq dərəcədə artmaqdadır. Bannerin ölçüsü qədər böyük olarsa internet istifadəçisinin ona baxma ehtimalı çox olur, nəticə etibarı ilə eyni şəraitdə onun effektivlik dərəcəsi yüksəlir. Digər tərəfdən istifadəçi web – səhifəyə baxana qədər, ölçüsü böyük olan bannerlər tamamilə yüklənməyə bilər. İnternet texnologiyanın daima inkişafı rich – media bannerlərinin yaranmasına gətirib çıxartdı. Ənənəvi bannerlərdən fərqli olaraq rich – media bannerləri keyfiyyətli animasiya effekti ilə bərabər səsli, mousun hərəkətinə reaksiya verən, interaktiv elementlərlə zəngin bannerdir».

O, həmçinin deyib ki,bəzən səriştəsiz reklamvericilər öz reklam məlumatlarını göndəriş şəklində internet istifadəçisinin razılığı olmadan birbaşa göndərirlər. Nəticədə istifadəçi vaxtını lazımsız məlumatların təmizləməyə sərf edir: «İnternetdə reklamın bu növü “spam” adlandırılır. Spam internet istifadəçiləri tərəfindən yaxşı qarşılanmadığı üçün reklamın belə bir yayım növündən istifadə edən şirkətin adına xələl gələrək xeyli ziyanla nəticələnir. Spamın alternativi olan «opt– in marketinq» internet istifadəçisi hər hansı reklam məhsulları ya xidmətlər almaq istəyinə əsasən məlumat göndərilir. Reklamın bu növü əks tərəfin maraq dairəsinə uyğun gəldiyi üçün effektivdir. Elektron poçt vasitəsi ilə reklam yerləşdirməyin daha bir növü-reklam qoyuluşlarda, elektron jurnallarda yerləşdirilmiş banner, mətn mətn-qrafiki məlumatların elektron poçtla göndərilməsidir. İnternet istifadəçilərin istifadə etdiyi xüsusi mövzuları işıqlandıran göndərişlər mövcuddur. İstifadəçilər onları maraqlandıran məlumatları e-mail poçtla almaq üçün qeydiyyatdan keçirlər. Belə göndərişlər adətən elektron jurnal adlandırılır reklam məlumatlarının yerləşdirilməsi üçün xüsusi yer ayrılır».

 

Əgər bazarda inhisarçılıq olmasa

 

Məsələyə münasibət bildirən Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev deyib ki, ilk internet reklamları satışa məhsul çıxaran müəssisələr ya şəbəkə xidmətini təşkil edən kompaniyalar tərəfindən həyata keçirilib: «İndi isə internet reklam işi ilə məhz reklam şirkətləri məşğul olur. Reklam şirkətləri digər internet xidmətləri kimi öz məhsullarının reklam bazarında təkrarolunmamazlığına, üstün fəqləndirici keyfiyyətlərə malik olmasına, xüsusi internet istifadəçiləri bazasına malik olmağa çalışırlar. Adətən müasir reklam şirkətləri, məhsul reklamı saytlarında müxtəlif gündəlik məlumatları, maraqlı xəbər əyləncə hissələrini yerləşdirməklə geniş istifadəçi kütləsinin cəlb edilməsinə nail olurlar».

Mütəxəssis həmçinin vurğulayıb ki, reklam növündən asılı olmayaraq insanlarda qıcıq yaratdığından bu işə bir qədər kreativ yanaşmaq lazımdır: «Bu səbəbdən bannerlərin kreativliyi böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, heç bütün reklamçılar bu faktı etiraf etməyə hazır deyillər buna görə , reklamlar o qədər uğurlu olmur».

Azərbaycanda internet reklamı ilə bağlı vəziyyəti dəyərləndirən Hacıəmi Atakişiyev deyib ki, bazarın inkişafı üçün kifayət qədər potensial var: «Bu gün Azərbaycanda da İKT sektoru sürətlə inkişaf edir demək olar ki, bütün sahələr bu sektora inteqrasiya edirlər. Artıq reklamçılar da internetlə reklam verməyə meyl edirlər. Bunun üçün kifayət qədər potensial var. Amma bazarda inhisarçılıq olduğundan bazarın inkişafı əngəllənir. Halbuki bu bazarda ildə neçə milyon manat vəsait qazanmaq olar. Lakin bütün bunlara baxmayaraq yaxın gələcəkdə internet reklamının bazarda payını xeyli yüksələcək».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 19-21 aprel.- S.6.