Əmircanda infrastruktur yenidən qurulur

 

Dövlət proqramlarının icrası istiqamətindəki tədbirlər

qəsəbədəki sosial problemləri minimum endirib

 

Suraxanı rayonunun digər yaşayış sahələrində olduğu kimi, Əmircan qəsəbəsində də abadlıq, quruculuqtikinti işləri uğurla həyata keçirilir. Payonun mərkəzi sayılan Əmircan gün-gündən böyüyür, abadlaşır və tikilən yeni sosial binalar, müasir tələblərə uyğun infrastruktur qəsəbənin simasını tamamilə dəyişib. Belə ki, qəsəbədə tarixi abidələr, təhsil müəssisələri müasir tələblər səviyyəsində əsaslı təmir edilib, yollar tamamilə asfaltlanıb.

Rayon icra hakimiyyəti başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəsi Hacıbala Eyvazov “Həftə içi”nə bildirib ki, son illər rayonun mütün yaşayış məntəqələrində irimiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Onun sözlərinə görə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində qəsəbədə su, kanalizasiya xətləri çəkilir, yollar salınır, enerjiqaz təminatı yaxşılaşır və digər irimiqyaslı işlər aparılır: Bu gün ölkəmizdə gedən sosial-iqtisadi inkişaf Əmircan qəsəbəsində kommunal xidmətin səviyyəsinin yüksəldilməsinə, əhaliyə verilən suyun, təbii qazın, elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması və fasiləsizliyinin təmin edilməsinə birbaşa təsir göstərir”.

 

Tarixi abidə turizm kompleksinə çevrilib

 

Əmircanda kompleks abadlaşma və yenidənqurma işlərinin həyata keçirdiyi ünvanlardan biri də “Atəşgah” tarixi-memarlıq abidəsinin ətrafıdır. Belə ki, ölkə başçısı Suraxanı rayonunda “Atəşgah məbədi” ərazisinin “Atəşgah məbədi” Dövlət Qoruğu elan edilməsi haqqında 18.12.2007-ci il tarixli sərəncamın icrası nəticəsində bu ərazisi turizm kompleksinə çevrilib. YUNESKO-nun dünya irsinin ilkin siyahısına daxil edilən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və muzey mərkəzinin yaradılması istiqamətində işlər başa çatdırılıb. Adıçəkilən abidə və onun ətraf əraziləri abadlaşdırılıb. Həmçinin Heydər Əliyev prospektini məbədlə birləşdirən Səttar Bəhlulzadə, Vladimir Balandin küçələri yenidən qurulub. Bu məqsədlə Qoruğa yaxın məsafədə yerləşən bəzi fərdi yaşayış evləri köçürülüb, fasadlarda isə təmir işləri aparılıb.

İcra nümayəndəsi deyir ki, Suraxanı Rayon Polis İdarəsinin yeni inzibati binasının və Gənclər Mərkəzinin də tikintisi artıq başa çatmaq üzrədir. Həmçinin Mirmehdi Seyidzadə küçəsində tutumu 2000 nömrə olan ATS, Cəfər Cabbarlı küçəsində tikilən mini- futbol meydançası da artıq sakinlərin istifadəsindədir. Bundan əlavə, qəsəbə ərazisində fəaliyət göstərən114 saylı orta məktəb təmir olunub və 40 əlavə sinif otağı tikilib, həyətdə və ətraf ərazidə böyük abadlıq işləri aparılıb. 84 saylı məktəbin isə tədris korpusunun yenidən inşasına başlanıb. Eləcə də 19 və 324 saylı uşağ bağçası və körpələr evi, əsaslı təmir olunubyeni avadanlıqlarla təchiz olunub: “Dövlət Proqramı çərçivəsində 8 saylı Birləşmiş Uşaq Xəstəxanası və 3 saylı Doğum Evi, o cümlədən 4 saylı Tibb Sanitat Hissəsi binalarında da əsaslı təmir işləri aparılıb və yeni avadanlıqlarla təmin edilib. Hazırda Q.Qasımov adına körpələr evi-uşaq bağçası da əsaslı təmir olunur”.

 

Qaz, suenerji təchizatı yaxşılaşır

 

Hacıbala Eyvazov qəsəbədə qazelektrik enerjisi təzhizatının yaxşılaşdırılması məqsədilə görülən işlərdən də danışıb. Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində Əmircanda müxtəlif diametrli borularla 9250 p/metr qaz xətti çəkilib. Qəsəbə ərazisində 8 ədəd Qaz Tənzimləyici Məntəqə quraşdırılıb, mexaniki sayğaclarsmart-kart tipli elektron qaz sayğacları ilə əvəz olunub və hazırda bu davam etdirilir. Eləcə də qaz xəttinin əsaslı təmiri, korroziyaya uğramış xətlərin dəyişdirilməsi və yenilərinin quraşdırılması da həyata keçirilir. Qəsəbədə elektrik enerjisinin yaxşılaşdırılması məqsəsilə şəbəkənin balansında olan yararsız 101 saylı Transformator Məntəqəsi sökülərək, yerində ikimərtəbəli məntəqə inşa edilib. Məntəqənin binasının fasadı aqlay daşla üzlənib, müasir standartlara cavab verən”eleqaz”açarlarla bütün avadanlıqlar yenidən qurulub, 2 ədəd yeni trasnsformator quraşdırılıb.

Həmsöhbətim qəsəbənin Ə.Sumbatzadə və E. Həsənov küçələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni su xəttinin çəkildiyini vurğulayıb. Onun sözlərinə görə, Dövlət Proqramına əsasən, “Atəşgah məbədi”nin ətrafında müxtəlif diametrli borularla yeni kanalizasiya şəbəkəsi quraşdırılıb və bu işlər qəsəbə üzrə davam etdirilir. İl ərzində magistral xətt üzərində 46 quyu, ev birləşmələri üçün 57 ədəd quyu quraşdırılıb, 44 mənzilə kanalizasiyaya birləşmə xətti verilib. Həmçinin N.Tusi küçəsində sel sularının axması üçün 50 metr kanalizasiya boruları quraşdırılıb.

 

Qaranlıq küçələr işıqlandırılır

 

Məhəllədaxili yollarda aparılan abadlıq işlərindən danışan Hacıbala Eyvazovun sözlərinə görə A.Rzayev və Bəhlulzadə küçələri boyunca hasarlar, fasadlar ağardılıb, həmin əraziyə yaxın yerlərdə divarlar suvanıb, pəncərə və qapılar yenisi ilə əvəzlənib. Həmçinin ötən il E.Həsənov və M.Mustafayev küçələrində yerləşən çoxmərtəbəli binaların həyətlərinə 110 min kvadratmetr asfalt örtüyü salınıb: “Sukanalizasiya xətlərinin çəkilişi tam başa çatdıqdan sonra qəsəbə ərazisində maqistral yolların bərpası və yenidən salınması, eləcə də məhəllədaxili yolların asfaltlanması işlərinə başlanacaq. Qəsəbədə uzun illər sakinlərin narahastlığına səbəb olan problemlərdən biri də küçələrin işıqlandırılması idi. Hazırda küşələrin işqlandırılması işinə başlanıb. Bu məqsədlə Vaqif, Cabir Əliyev, Zahid Əliyev, Hasil Bayramov küçələrində 50 ədəd yeni dirək basdırılıb və çil-şçıraqlar quraşdırılıb. Elxan Həsənov, Zülal Tağıyev, Mirmehdi Seyidzadə, Zakir, Neftçi, Park küçələrinə , eləcə də İlham Şükürov küçəsindən “Şəhidlər xiyabanına” gedən yola da küçə işıqları quraşdırılacaq”.

Yeni parkların, yaşılıq zolaqlarının salınması, mövcud parkların bərpası və qorunması istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı problem yaradan səbəblərin aradan qaldırılması da xüsusi önəm kəsb edir. Bu baxımdan ekologiya proqramında sahəsi 120 hektar olan Əmircan və Bülbülə qəsəbələrini əhatə edən Şor gölünün yaratdığı problem və fasadların da tez bir zamanda aradan qaldırması da nəzərdə tutulub. Hacıbala Eyvazov deyir ki, aparılan araşdırmalıardan sonra bu gölə 189 mənbədən çirkli su axıdıldığı müəyyən edilib. Onun sözlərinə görə, göldə suyun səviyyəsini aşağı salınması, suyun ekoloji cəhətdən təmizlənməsi, bütün sahil boyu istirahət zonasının yaradılması, müxtəlif idman komplekslərinin tikilməsi üçün kompleks layihələşdirmə işlərinə artıq başlanıb:Bizim tərəfimizdən Şor gölü ətraf gölməçələrə 3000 maşın torpaq tökülüb”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2014.- 7 fevral.- S.7.