Elektron universitetsistemi reallaşır 

 

Azərbaycanın bəzi ali məktəblərində bu tip təhsil sisteminin qurulması yekunlaşmaq üzrədir

 

Hazırda dünyanın əksər ölkələrində təhsilin müxtəlif pillələri üzrə müasir texnologiyalar tətbiq olunur. Dünya təhsil sisteminə inteqrasiya edən Azərbaycan da "Boloniya bəyannaməsi"ni imzaladıqdan sonra təhsil sistemini Avropa standartlarına uyğunlaşdırmaq üçün sistemli aparır. Artıq Azərbaycanda da İKT yeniliklərindən geniş istifadə edilməklə universitetlərdə elektron təhsilə keçid istiqamətində müvafiq addımlar atılır.

Həftə içi”nin məlumatına görə, Azərbaycan Texniki Universitetində (AzTU) qabaqcıl texnologiyaların idarəetmə üsullarının tətbiqi ilə bağlı ilkin işlərə bir neçə il bundan əvvəl başlanıb. Ali təhsil müəssisəsinin rektoru Havar Məmmədovun sözlərinə görə, bu işin əsas məqsədi şəffaf səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi universitetin idarə olunmasının müasir tələblər səviyyəsində qurulması olub: «Bunun tərkib hissəsi olaraq E-universitet konsepsiyası hazırlanıb bütün universiteti əhatə edən dairəvi fibrooptik kabel çəkilib”.

Xatırladaq ki, həyata keçirilmiş işlərin bazasında AzTU-da Elektron Təhsil Sisteminin yaradılması layihəsi hazırlanaraq 2010-cu ilin sonlarında Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ("KOICA") tərəfindən elan edilən beynəlxalq müsabiqəyə təqdim edilib. Müsabiqədə qalib gələn "Azərbaycan Texniki Universiteti Elektron Təhsil Sisteminin yaradılması" layihəsi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyini qazanıb. Layihənin əsas məqsədi Azərbaycan Texniki Universiteti üçün Koreya Respublikasının ali təhsil müəssisələrində istifadə olunan ən son informasiya kommunikasiya texnologiyaları əsasında müasir təhsil-idarəetmə sisteminin yaradılmasına dəstək verməkdir.

 

İKT-nin tətbiqinə dair 3 istiqamətdə aparılıb

 

Artıq "Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sisteminin yaradılması" layihəsinin tətbiqinə start verilib. Havar Məmmədov bildirir ki, universitetdə informasiya kommunikasiya texnologiyaları bazasında təhsilin keyfiyyətini cəmiyyətə açıqlığını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən yeni metodlar yaradılıb: «Universitetimizdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə dair işlər üç istiqamətdə aparılıb. Təlim metodologiyaları tədris resursları yaradılıb, yeni texnika əməliyyat imkanları araşdırılıb, İKT texnologiyalarını tətbiq edə biləcək mütəxəssislər hazırlanıb. Bundan əlavə, universitetimizdə informasiya kommunikasiya texnologiyalarının elmi tədqiqat işlərində, o cümlədən, virtual laboratoriya, multimedia, modelləşdirmə başqa əyani vasitələr kimi istifadə olunması təmin edilib. Digər tərəfdən, informasiya kommunikasiya texnologiyalarının tətbiqi təhsil müəssisələrinin kompüterləşdirilməsini maddi-texniki bazasının müasirləşdirilməsini tələb etdiyindən, bu sahədə əməli işlər universitetimizdə fasiləsiz həyata keçirilir”.

Rektor deyib ki, AzTU-nun kompüter şəbəkəsi təhsil-idarəetmə sisteminin yaradılmasına tam şərait yaratmaqla yanaşı, yaxın perspektivə hesablanaraq yenidən, ən müasir tələblərə cavab verəcək səviyyədə qurulub. Universitetin 9 korpusu optik rabitə xətti ilə dairəvi birləşdirildikdən sonra İnternetə 100 mb/san sürətlə çıxış təmin edilib. Bu internet şəbəkəsinə 600-dən artıq müasir tipli kompüter qoşulub. Həmçinin universitetin bütün əməkdaşları tələbələri internet şəbəkəsinə sərbəst məhdudiyyətsiz çıxış imkanı əldə ediblər.

AzTU-nun rektoru vurğulayıb ki, rəhbərlik etdiyi təhsil müəssisəsində yeni informasiya texnikası quraşdırılıb. Havar Məmmədovun sözlərinə görə, layihə üzrə ilkin işlərə başlayarkənElektron universitetkonsepsiyasının ən son informasiya texnikası texnologiyaları bazasında işlənib hazırlanmasını qarşımızda əsas hədəf kimi qoyulub. Bunun üçün müasir texniki imkanlarına görə gələcəyə hesablanmış IBM serverləri avadanlıqları, şəbəkə avadanlıqları alınıb. Belə texnikanın gətirilməsi, nizamlanması, yeni proqram təminatı ilə təchiz olunması qurulması bu sahədə böyük beynəlxalq təcrübəyə malik olan NongShim Data System (NDS) şirkəti tərəfindən həyata keçirilib. Bundan əlavə, bir neçə istiqamət üzrə universitetimizin əməkdaşlarından ibarət işçi qruplar yaradılıb, onlara Cənubi Koreyanın NDS şirkətinin Seul şəhərindəki tədris mərkəzində yüksək səviyyəli treninq kurslar keçirilib. Kurslara cəlb edilən əməkdaşlarımıza nəzəri biliklər aşılanmaqla yanaşı, Seulun aparıcı universitetlərində müvafiq sistemlərin prinsipləri praktik cəhətdən əyani şəkildə göstərilib.

 

Növbəti dərs ili üçün yenilik

 

Havar Məmmədov AzTU-nun rəsmi portalının da yenidən qurulduğunu söyləyib. Onun sözlərinə görə, portalın ana səhifəsində xəbərlər, universitetin bütövlükdə vacib, aktual informasiyaları, sosial fəaliyyəti, xarici əlaqələri gündəlik işıqlandırılır: ”Universitetimizin portalını fərqləndirən ən üstün cəhətlərdən hər bir professor-müəllimin məxsusi Web-səhifəyə malik olması özləri tərəfindən idarə edilməsidir. Bu səhifənin bölmələrində müəllimin ümumi, elmi-nəzəri, praktiki, pedaqoji fəaliyyəti elmi əsərləri haqqında məlumatlar materiallar yerləşdirilir. Bu isə müəllimin elmi-pedaqoji fəaliyyətinin tamlılığı haqqında rəhbərliyin, tələbə ümumilikdə ictimaiyyətin informasiya əldə etməsinə imkan yaradır. AzTU-nun rəsmi portalının ana səhifəsindən elektron universitet sistemin əsas müxtəlif servislərinə giriş asanlaşır».

Qeyd edək ki, həyata keçirilən layihə çərçivəsində ən vacib məqamlardan biri Azərbaycanda ilk dəfə olaraq Distant Təhsil Sisteminin yaradılması olub. Müxtəlif proqramları özündə birləşdirən yeni təhsil kontentləri isə 2014-2015-ci tədris ilindən tələbələrin istifadəsinə veriləcək. Bu kontentlər Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərənTeleviziya studiyası”nda koreyalı mütəxəssislərin iştirakı ilə, universitetin mütəxəssisləri tərəfindən hazırlanıb.

Akademik Təhsil Sistemi isə 2013-2014-cü tədris ilində AzTU-ya qəbul olunmuş tələbələrə tətbiq olunaraq test kimi idarə edilir. Yeni qurulmuş Akademik Təhsil Sistemi vasitəsilə universitetin əməkdaşları avtomatik idarəetməyə keçiblər. Akademik təhsilin əsas komponentlərindən biri Web-auditoriya sistemidir. Onun əsasında təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili, müəllimin pedaqoji fəaliyyətinin tamlığı təmin edilir. Web-auditoriya sistemində tələbələrin dərsə davamiyyəti tədris növləri üzrə müvəffəqiyyəti gündəlik qeyd olunur. Bu göstəricilərə heç bir müdaxilənin mümkün olmaması, onların əsasında toplanan imtahanqabağı balların obyektivliyini təmin edir. İmtahanların elektron test sistemi ilə keçirilməsi, yekun ballar qazanılmış kreditlərin obyektivliyini tam təmin edir. Tələbələr, həmçinin valideynlər, istənilən vaxt istənilən yerdən fərdi idendifikator parolları ilə akademik təhsil sisteminə daxil olub nailiyyətləri haqqında məlumat əldə edə bilərlər.

 

Elektron təhsillə bağlı işlər yekunlaşır

 

Texniki Universitetdə həmçinin elektron sənəd dövriyyəsinin təmin olunması istiqamətində də işlər başa çatıb. İT-sistemlərinin təhsil sahəsində tətbiq olunmasının əsas məqsədlərindən biri isə ənənəvi kağız sənədləşmələrinin elektron sənəd dövriyyəsi ilə əvəz olunması, zəruri sənədlərin səlahiyyətli istifadəçilərə operativ çatdırılmasının və universitet xidmətlərinin asanlaşdırılmasıdır.

Hazırda "Azərbaycan Texniki Universiteti Elektron Təhsil Sisteminin yaradılması" layihəsi üzrə işlər tamamlanmaq üzrədir. Universitetin 10 fakültəsinin, 45 kafedrasının və bütün şöbələrinin yüzdən artıq əməkdaşı treninqlərdən keçərək sistemin istifadəsinə dair sınaqlardan uğurlu nəticələr əldə ediblər. Sistemin test sınaqları 2013/2014-cü tədris ilinin payız semestrində 1-ci kursda təhsil alan bir neçə qrupunda mənimsəmələrin qeydiyyatı və qiymətləndirmənin hesablanması üzrə keçirilib və qarşıdan gələn yaz semestri üçün universitetimizdə təhsil alan bütün 1-ci kurs tələbələrinin tədris prosesinə tətbiq edilməsi üçün tövsiyə olunub.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 25 fevral.- S.6.