Onlayn fikir bankı 

 

Osman Gündüz: «Azərbaycanda belə layihələrin həyata keçirilməsi gənclərin innovativ düşüncəsini inkişaf etdirməyə təkan verir»

 

Hazırda İKT sahəsində inkişafın dövlətin əsas prioritetlərindən olması gənclərin də bu sahəyə marağını artırıb. Artıq Azərbaycanda gənclər yeni ideyalarını «Online fikir bankı»nda yerləşdirə bilirlər. Ötən ildən fəaliyyətə başlayan "Online fikir bankı" layihəsi 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi çərçivəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq həyata keçirilir.

"Onlayn fikir bankı"nda 12 bölmə fəaliyyət göstərir. Onlar "Sosial Xidmətlər", "İqtisadiyyat", "Təhsil", "Əyləncə", "Media", "Rabitə və Telekommunikasiya", "Tibb və Sağlamlıq", "Ətraf Mühit", "Nəqliyyat", "Milli-Mədəni İrs", "Turizm" və "Mədəniyyət" bölmələridir.

Veb-saytda əlavə olaraq "Ayın qalibi" adlı xüsusi bölmə də yaradılıb ki, burada qalib olan gənclər Gənclərİdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılırlar.

 

«Hər şey ideyadan başlayır»

 

Bu deviz altında fəaliyyət göstərən fikir bankına 14 yaşından başlayaraq Azərbaycan vətəndaşı olan yeniyetmə və gənclər öz fikir və ideyalarını göndərə bilər. İstifadəçilər tərəfindən göndərilən fikirideyalar təmənnasız xarakter daşıyır. Başqa sözlə, istifadəçilər öz fikir və ideyalarını təmənnasız olaraq bölüşürlər. Saytda yalnız qeydiyyatdan keçən gənclər öz fikir və ideyalarını bölüşə, sosial şəbəkələrdə qeydiyyatdan keçmiş istifadəçilər isə istənilən fikirideyaya münasibətlərini bildirə bilərlər. İstənilən kateqoriyadan birini əhatə edən fikirideyalar sayt vasitəsilə, müvafiq formanı dolduraraqya DOC, PPT, PDF, AVİ sənəd formasında (DOC və PDF sənəd - A4, 12 şrift, ARİAL, 2-4 səhifə, PPT sənəd – 6-20 slayd) qəbul edilir.

Veb-sayta göndərilən fikirideya ilk növbədə xüsusi Ekspert Şurası tərəfindən nəzərdən keçiriliröz təsdiqini tapdıqdan sonra saytın müvafiq səhifəsində yerləşdirilir. Sayta daxil edilən fikirideya Ekspert Şurası tərəfindən 1-6 gün ərzində yoxlanıla bilər. Ekspert Şurası tərəfindən qəbul edilməyən və bununla əlaqədar olaraq veb-saytda yerləşdirilməyən fikir və ideyanın qəbul olunmaması səbəbləri müəllifə açıqlanmaya bilər.

 

YouTube-dan hər kəs qazansın

 

Məlumat üçün bildirək ki, “Onlayn fikir bankı”na daxil olan ideyaların bir istiqaməti də “Rabitə və telekommunikasiya” sahəsidir. Bu kateqoriya üzrə bankda yer alan maraqlı ideyalardan biriYouTube-dan tək mən yox, hər kəs qazansın” mövzusundaEldar Ahmads” adlı internet istifadəçisindən daxil olub. Fikir və ideyanın geniş təsvirindən söz açan müəllif mətbuata açıqlamasında qeyd edib ki, sözügedən ideyadan daimi əmək fəaliyyəti ilə məşğul olmayan işsizlər faydalana bilərlər: “İnternetdə gəlir əldə etməyin müxtəlif yolları var. Bunlardan biriçox sərfəlisi, mən deyərdim ki, “YouTube” kanalıdır. Təəssüflər olsun ki, burada qazanc əldə etməyin necə mümkün olması çoxuna məlum deyil”.

Ümumi strukturu təsvir edən ideya müəllifi mərhələləri sadalayaraq ilk növbədə “YouTube”-da qeydiyyatdan keçməyin vacib olduğunu deyib: «Daha sonra istifadəçi özünə kanal açır. İkinci addımda “www.Google.com/Adsense” saytında özünüzə “Adsenshesab açırsınız. Nəhayət, kanala daxil olubAyarlar” bölümündən “Pul qazanma”nı aktiv edirsiniz və “Adsens” hesabınızı kanala bağlayırsınız. Hər videoda 10 saniyədən sonra reklamlar çıxır. Bu reklamları verənlər, məsələn, hər klikə görə reklam şirkətinə 5 sent ödəyirsə, “YouTubebunun 2 sentini kimin kanalından “klikolunubsa, həmin şəxsə verir. Videoya nə qədər çox baxış sayı olarsa, reklamların kliklənmə ehtimalı o qədər artır, yəni “nə qədər çox baxış o qədər çoxkliko qədər çox qazanma”.

Bir gün ərzində bu yolla təxminən nə qədər qazanc əldə etməyin mümkünlüyünə də toxunan gənc öz şəxsi təcrübəsinə əsaslanaraq 8-14 avro qazanmağın mümkün olduğunu bildirib: “Şəxsən mənim 3 ədəd kanalım var. Üçünə cəmi gün ərzində təxminən 25-30.000 baxış olurbu baxışlardan da orta hesabla 400-550 “klik” yaranır. Bəzən isə daha çox, məsələn, 700 olur. Bu gedişlə bir günə 8-14 avro arası qazanmaq mümkündür. Pullar isə aybaay ödənilir. Hər ayın 15-dən sonraAdsens” hesabınızda qeyd etdiyiniz poçt adresinizə “Googleçek göndərir. Bu çeki poçtdan götürdükdən sonraBank Standard” və digər bir neçə bankda nağdlaşdıra bilərsiniz”.

 

Maraqlı ideyalar bir yerdə toplanır

 

Mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz «Həftə içi»nə deyib ki, Azərbaycanda bu cür fikir banklarının olması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə,"Onlayn fikir bankı"ı gənclərə açıq şəkildə yeni ideya və təkliflərini onlayn şəkildə təqdim etmək imkanı qazandırır Layihə gənclərin fikirlərinin bir məkanda toplanaraq daha böyük müstəviyə yol açmasına şərait yaradır: «Demək olar ki, son iki ildə Azərbaycanda İKT sahəsində dinamik inkişaf müşahidə olunur. Təbii ki, bu sahə dövlət üçün prioritetli olduğundan ayrı-ayrı qurumlar da İKT-nin inkişafına dəstək verməyə çalışırlar. "Onlayn fikir bankı"nın yeni addımlarından biri isə ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlərlə birgə əməkdaşlığa başlamasıdır ki, bu da gənclərin ideya və təkiflərinin biznes sektorlarında həyata keçirilməsinə daha böyük şərait yaradacaq. Çünki hazırda bu məsələ həm aidiyyəti qurumların, həm də müxtəlif vətəndaş cəmiyyəti institutlarının əsas hədəfidir”.

Osman Gündüz deyir ki, Startup-Azərbaycan Müsabiqəsində iştirak edən startup komandaları üçün 7 iyun tarixdən etibarən Yüksək Texnologiyalar Parkında xüsusi təlimlər təşkil olunacaq. Təlimdə startup komandaları üçün biznes-planların yazılması, onların İnvestorlar üçün təqdimatlar hazırlaması, komanda ilə işləmək qaydaları, bazarın dəyərləndirilməsi sahəsində bilik və bacarıqlar əldə edəcəklər. Təlim prosesində beynəlxalq ekspert Paul Warrenyerli ekspertlər iştirak edəcək.Təlimlərdən sonra 1-ci mərhələ qiymətləndirmənin yekunu olaraq yarımfinala çıxan startuplar yenidən biznes-planlar hazırlayaraq Müsabiqəyə təqdim edəcəklər. 2-ci mərhələ səsvermədə startupların Ekspertlər qarşısında öz layihələri ilə bağlı təqdimatlarla çıxış etmələri nəzərdə tutulub. Startup-Azərbaycan tədbirlərinin yekununda finalçıların investorlarla qapalı görüşləri təşkil olunacaq. Əsas məqsəd isə ondan ibarətdir ki, innnovativ gəncləri biznes institutları ilə tanış olmaq imkanı qazansın.

Osman Gündüz onu da qeyd edib ki, Azərbaycanda hökumətin Elm Fondu, Bilik Fondu və İKT-yə Dəstək Fondu yaratmaqla bu sahəyə xüsusi diqqət ayırması yerli investorların da marağını artırıb. Onun sözlərinə görə, artıq bu sahədə müsbət ənənə formalaşmaqdadır: “Hətta bəzən elə hallar olur ki, investorlar özləri bizimlə əlaqə yaradıb innnovativ ideyalarla maraqlanırlar. Bu mənada “Online fikir bankı” layihəsinin də xüsusisi əhəmiyyəti var. Belə layihələr ölkənin inkişafı yönümündə gənclər tərəfindən irəli sürülən fikir və ideyaları bir yerə toplamağa, gənclərin ölkə daxilində daha da inkişaf etdirmək istədikləri sahələri müəyyənləşdirməyə, onların fikir və ideyalarını düzgün istiqamətləndirərək mümkün inkişaflarına zəmin yaratmağa, yeni, innovativ fikirideyalara malik gəncləri və bu fikir və ideyaların axtarışında olan potensial investorları bir araya gətirməyə imkan yaradır. Güman edirəm ki, bu cür layihələr nəticəsində gənclərin innovativ düşüncəsi daha da inkişaf edəcək və ortaya maraqlı ideyalar çıxacaq».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

  

Həftə içi.- 2014.- 7-9 iyun.- S.6.