Azərbaycanda elektron

ticarət dövriyyəsi artıb 

 

Vətəndaşlar internet vasitəsilə daha çox qeyri-ərzaq malları sifariş edirlər

 

Dövlət Statistika Komitəsi ölkədə aparılan elektron pərakəndə ticarət dövriyyəsinin həcmini açıqlayıb. Komitədən verilən məlumata görə, bu ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-aprel aylarına nisbətən 25,5 faiz artaraq 901,4 min manat təşkil edib. Əhali real vaxt rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 80,5 faizini hüquqi, 19,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,1 faizini qeyri-ərzaq malları təşkil edib.

 

Bəs görəsən, Azərbaycanda onlayn alış-veriş sərfəlidirmi? Əgər onlayn alış-veriş zamanı mübahisəli bir məsələ yaranarsa, bu necə tənzimlənir?

Əvvəlcə ondan başlayaq ki, onlayn ticarət anlayışı ilk dəfə 1990-cı ildə meydana çıxıb. Belə ki, internetin inkişafı ilə online ticarət anlamı da təbliğ olunmağa başlayır. Dünyada ilk onlayn mağazalardan biri olan amazon.com bu sahədə ciddi addım ataraq onlayn alış-verişi populyarlaşdırır. Artıq adıçəkilən portal indi nəhəng elektron ticarət məkanı və hərracına çevrilib. Məsələn, hazırda bu internet mağazada kitab, mətbəx əşyaları, mobil telefonlar, kosmetik vasitələrdən tutmuş, hər növ geyimlərə qədər sifariş etmək mümkündür. Hətta amazon.som internet mağazası onlayn kitab satışı ilə məşğul olan ən böyük mağaza sayılır.

 

Onlayn alış-veriş edənlərin çoxu təyyarə bileti alır

 

Hazırda elektron ticarətin dörd forması mövcuddur. Bunlardan biri şirkətlərarası elektron ticarətdir ki, bu, e-ticarətin ən məşhur növü sayılır. Şirkətdaxili ya şirkətlərarası edilən bu cür ticarət 1960-cı illərin əvvəllərindən bəri istifadə edilməkdədir elektron məlumat mübadiləsi adlandırılır. Firmaların elektron formada qurulan sifarişləri verməsi, fakturalarını təmin etməsi əvəzindən ödəməsi bura aiddir.

Elektron ticarətin ən çox tanınan növü şirkət-istehlakçı arası elektron ticarət hesab olunur. Virtual mağaza proqramları ilə elektron formada bir çox məhsulun birbaşa istehlakçıya satışını həyata keçirmək olur. Başqa bir elektron ticarət modeli şirkət-cəmiyyət idarəsi arası elektron ticarətdir. Cəmiyyətlə şirkətlər arasındakı lokal şəbəkələr üzərində edilən ticarət, rabitə digər bütün fəaliyyətləri bu sahəyə aid etmək olar. Müqavilələrin internetdə nəşr olunması firmaların elektron formada təklif vermələri ilk nümunələri meydana gətirir. E-ticarətin yayılmasını dəstəkləmək məqsədilə cəmiyyətin vergi ödənişləri, gömrük işləri virtual dünyaya daşınmaqdadır. Digər onlayn ticarət növünə isə istehlakçı-dövlət idarəsi arası elektron ticarət daxildir. E-dövlət vasitəsilə inkişaf edən bu kateqoriyada səlahiyyət, pasport müraciətləri, ictimai təhlükəsizlik mükafatları ilə vergi ödənişləri digər xidmətlər insanlara təqdim edilməkdədir.

Yeri gəlmişkən, aparılan araşdırmalara görə, onlayn alış-veriş edənlərin ən çox satın aldığı məhsul qrupu 31.2 faizlə təyyarə biletləri, tətil səyahətləri otel rezervasiyalarıdır. Onlayn alış-verişdə ikinci yeri isə elektronik avadanlıqlar, eləcə kompüter digər texnoloji avadanlıqlar tutur. Üçüncü yerdə isə geyim aksessuarları, kitab kosmetika məhsulları qərarlaşıb. Amma internet üzərindən maşın, motosiklet ev bəyənənlər az deyil. Bizdə o qədər inkişaf etməsə , inkişaf etmiş ölkələrdə kirayə evlər belə internetlə tutulur.

Azərbaycanda isə onlayn alış-veriş o qədər dəbdə olmasa da, ixtisaslaşmış mağazalar mövcuddur. Məsələn, yerli veb-məkanda alış-veriş saytları arasında yalnız kişilər üçün (trendy.az), yalnız qadınlar üçün (9ay.az) yaxud da yalnız uşaqlar (tutu.az) üçün fəaliyyət göstərən onlayn alış-veriş saytları da mövcuddur. Tezbazar.az, bazarlıq.com, bazarolsun.com, bizimmarket.com, ekskluziv.az, quqqu.com, eniqma.az, torg.az, florist.az, shop.az, topshop.az, aromat.az bu kimi onlarla saytların səhifələrində isə müxtəlif növdə mallar təklif olunur. Bu saytlarda təklif olunan mallar əsasən geyimlər, elektronika malları, ev əşyaları, mətbəx avadanlıqları, aksessuarlar, gəlinliklər, qızıl gümüş əşyalar, şirniyyat, bəzi növ dərmanlar, məlhəmlər, ətirlər, kosmetika, kitablar, disklər, ev, maşın daşınmaz əmlak, uşaq əşyaları, musiqi alətləri, velosiped bu tipdən bir çox əşyalardır.

 

Əgər məhsul ünvana çatmazsa

 

Məsələyə münasibət açıqlayan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz «Həftə içi»nə bildirib ki, digər ölkələrlə müqayisədə ölkəmizdə elektron ticarət ilkin inkişaf dövrünü yaşayır. Onun sözlərinə görə, bu sahədə müəyyən qanunvericilik bazası yaradılsa da, malların çatdırılması ilə bağlı infrastruktur sistemi hələ tam formalaşmayıb: “Azərbaycanda bu gün elektron ticarət üçün tələbat var. Çünki biz dünyaya inteqrasiya edirik, insanlar dünyaya çıxırlar inkişaf edən iqtisadiyyat yeni xidmətlər tələb edir. Amma burada bir məsələ var ki, informasiya mədəniyyəti onlayn ticarətə mane olur. Yəni etiraf edək ki, bizim insanlar nağdı görüb almağa üstünlük verirlər. Əslində Azərbaycanda elektron ticarət sürətli inkişaf edə bilər. Avropadakı sanballı mağazalar artıq Bakıda da var. Onlayn ticarətə ehtiyac var. Şəxsən mən istəyirəm ki, mağazadan bir şey alım, poçtla mənə gətirsinlər. Amma infrastrukturla bağlı tələblər, informasiya mədəniyyəti, vergi məsələsi bu sahənin ciddi inkişafını bir qədər ləngidir”.

Ekspert onu da vurğulayıb ki, Azərbaycanda banklar elektron ticarət zəncirində öz yerlərini tam tutmaq üçün “internet bankinqsistemini genişləndirməlidirlər. Osman Gündüzün fikrincə, bu prosesdə internet resursu, bank hesabı real şirkət əsas özüllərdir: “Çünki kimsə saytda ödəniş edəndə bankda haqq-hesab çürüdülməlidir. “İnternet bankinqsistemi müştəriyə öz hesabına tez nəzarət etməyə imkan yaradır, bankda hesabı olan şirkət rahatca hesabına yatmış məbləği görə bilir. Ona görə bu sistemin genişləndirilməsinə zərurət var”.

Osman Gündüz həmçinin ölkədə ixtisaslaşmış müəyyən internet mağazaların olması ilə yanaşı, Azərbaycandan kənarda da məhz azərbaycanlıların yaratdığı internet mağazaların olduğunu söyləyib. O hesab edir ki, bu mağazalarda dil menyusu tərkibinə Azərbaycan dili daxildir. Lakin ölkə daxilində internet mağazalar şəbəkəsi hələ ki, kifayət qədər inkişaf etməyib: “Təbii ki, bunun üçün zamana ehtiyac var. Yəni qanunvericilik bazası təkmilləşdirilməklə yanaşı, həm insanların düşüncə tərzi dəyişməlidir».

Ekspert onu da qeyd edib ki, hazırda mövcud qanun bu sahədə fəaliyyət göstərən sahibkarın bu xidmətdən yararlanan insanların hüququnu müəyyən qədər müdafiə edir. Osman Gündüzün sözlərinə görə, 10 may 2005-ci il tarixində qəbul olunmuşElektron ticarət haqqında" qanunda elektron ticarətin təşkilindən, həyata keçirilməsindən, qanunvericiliyin şərtlərindən bu şərtlərin pozulduğu halda sahibkarın daşıdığı məsuliyyətdən bəhs edilir. Onun fikrincə, onlayn alış-veriş zamanı mübahisəli bir məsələ yaranarsa, ödəmədə malın keyfiyyətində bir narazılıq olarsa, bu qanunla tənzimlənir. Məsələn, elektron ticarət barədə qanunun 11-ci 13-cü maddələrində bildirilir ki, sahibkar alıcıya səlahiyyətli orqanlara yanlış məlumat verdiyinə görə qanunda nəzərdə tutulduğu formada məsuliyyət daşıyır: “Yəni veb alış-veriş deyib istədiyini edə bilməzsən, bu sahədə fəaliyyət göstərmək istəyirsənsə qanunlara əməl etməlisən. Məhsulun ünvana çatdırılması zamanı yaranan hər hansı problemə görə məsuliyyəti sahibkar daşıyır. Əgər məhsul ünvana çatmazsa, alıcının məhsul üçün öncədən ödədiyi məbləği sahibkar ödəyir».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

  

Həftə içi.- 2014.- 14 may.- S.6.