«Elektron hökumət»in aktiv passivi bəllidir 

 

Nail Mərdanov: «Bəzi dövlət qurumlarının «www.e-gov.az»da yerləşdirilmiş xidmətləri yoxdur»

 

Bu ilin birinci rübünün nəticələrinə əsasən, «Elektron hökumət» («www.e-gov.az») portalına 45 qurum fiziki olaraq qoşulub Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən 319-u vahid portal, yəni «bir pəncərə» prinsipi vasitəsilə əhaliyə təqdim olunur.

Rabitə Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov «Həftə içi»nə bildirir ki, rəhbərlik etdiyi qurum tərəfindən hazırlanan hər ay «Elektron hökumət bülleteni»ndə yer alan «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq olunmuş elektron xidmətlərin portala inteqrasiyası barədə Məlumat»a əsasən, elektron xidmətlərin portala inteqrasiyası üzrə xidmət təchizatçılarını fəal qeyri-fəal qurumlara ayırmaq mümkündür. Onun dediyinə görə, 47 xidmət təchizatçısının adının yer aldığı siyahıda aprel ayı ərzində passivliyi ilə seçilən qurumlar çox olub. Maliyyə Nazirliyi (MN), Mədəniyyət Turizm Nazirliyi (MTN), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX), Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA), Satınalmalar üzrə Dövlət Agentliyi (SDA) Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) sözügeldən portala qoşulan təchizatçılar arasında qeyri-fəallıq göstərən əsas dövlət qurumlarıdır. Belə ki, MN-in təsdiq olunmuş e-xidmətlərinin sayı 4-dür.

 

Yarımçıq

 

Direktor vurğulayır ki, «Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı» üzrə MN-in saytında 8 elektron xidmət yer alıb. Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı üzrə isə bu nazirliyin saytında 3 xidmət yer alıb. Passivliyi ilə seçilən MTN-in təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı 0-dır. Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı» üzrə MTN-in saytında 6 elektron xidmət, Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı üzrə isə 5 xidmət yer alıb. Halbuki bu nazirliyin təsdiq olunmuş e-xidmətlərinin sayı 17-dir. Təsdiq olunmuş e-xidmətlərinin sayı 5 olan DQİDK-in təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı 0-dır. Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı üzrə komitənin saytında, eləcə təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı üzrə cəmi 1 xidmət yerləşdirilib.

SHXÇDX-nin təsdiq olunmuş e-xidmətlərinin sayı 5 olsa da, təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı 0-dır. Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı» üzrə SHXÇDX-in saytında 8 elektron xidmət yer alıb. Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı üzrə isə qurumun saytında 5 xidmət yer alıb: «Qeyri-fəal təchizatçılardan biri olan ABOEMDA-nın təsdiq olunmuş e-xidmətlərinin sayı 1, təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı 0-dır. SDA üzrə təsdiq olunmuş e-xidmətlərinin sayı 3 olsa da, təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı 0-dır. Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı üzrə SDA-nın saytında 3 elektron xidmət yer alıb. Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı üzrə isə qurumun saytında 3 xidmət yerləşdirilib. «Elektron hökumət» portalına inteqrasiyada qeyri-fəal xidmət təchizatçıları sırasına daxil olan sonuncu qurum DMAA-nın təsdiq olunmuş e-xidmətlərinin sayı 3-dür, amma təsdiq olunmuş e-xidmətlərdən portalda olanların, eləcə portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı isə 0-dır. Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı üzrə qurumun saytında 3 elektron xidmət yer alıb, həmçinin təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı üzrə isə saytda 3 xidmət yerləşdirilib».

 

161 elektron xidmətdən 102

min 127 dəfə istifadə olunub

 

MHM rəhbəri bildirir ki, Vahid portala inteqrasiyada fəallıq göstərən qurumların siyahısına Vergilər Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, RYTN, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Dəniz Administrasiyası daxildir. Yerdə qalan qurumlar isə təsdiq olunmuş elektron xidmətlərinin müəyyən hissəsini portala inteqrasiya edən təchizatçılar sırasında yer alıblar. Onun sözlərinə görə, «Elektron hökumət» saytında təqdim edilən xidmətlərdən ayda təqribən 50 mindən çox insan istifadə edir: “Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 428 xidmətdən 253-ü portala inteqrasiya edilib. Dövlət saytlarında olan xidmətlərin sayı 459, portalda olan xidmətlərin sayı isə 331-dir. Bütün qurumlar üzrə «Elektron hökumət» portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistik məlumatlara əsasən, aprel ayı ərzində 161 elektron xidmətdən ümumilikdə 102 min 127 dəfə istifadə olunub».

Xatırladaq ki, b ilin yanvarın 1-dən aprelin 30-dək «Elektron hökumət» portalı vasitəsilə ən çox istifadə olunan e-xidmətlərin siyahısına 55 min 889 müraciət sayı ilə RYTN özünün «Telefon nömrəsi üzrə axtarış» xidməti ilə rəhbərlik edib. Portalda fəallığı ilə seçilən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "Sığortaolunanın onlayn uçota alınması» xidməti isə ikinci yerdə gəlir bu xidmət üzrə «www.e-gov.az»-a 11 min 596 müraciət qeydə alınıb. Fondun «Sığortaedənin uçot nömrəsinin öyrənilməsi» xidmətinə 7116, «Sığortaolunanın illər üzrə ödənişləri pensiya kapitalı» xidmətinə 4240, «Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi» xidmətinə 3444 müraciət olunub.

ƏMDK sıyahında 6-cı pillədə yerləşən «Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin sənədlərin qəbulu» xidməti üzrə isə portala 1887 daxilolma qeydə alınıb. Növbəti yerlərdə 1676 müraciətlə DSMF-nın «Pensiya kalkulyatoru», 1541 müraciətlə «Pensiyaçıya məlumatların verilməsi», 770 müraciətlə RYTN-in «Vətəndaşın fərdi məlumatları barədə arayış» xidmətləri gəlir.

Siyahının 10-cu pilləsində qərarlaşan Ədliyyə Nazirliyinin «Azərbaycan adları barədə məlumatın verilməsi» xidmətinə isə 763 müraciət edilib. Aprel ayında «Elektron hökumət» portalı vasitəsilə ən çox istifadə edilən e-xidmətlərin siyahısında RYTN-in 11-ci yerdəki «E-İmza - Operator üçün menyu» xidmətinə müraciətlərin sayı 725, 12-ci yerdəki «FİN-ə görə fərdi məlumatların axtarışı» xidmətinə müraciətlərin sayı isə 662 olub. Daxili İşlər Nazirliyinin 13-cü pilləni tutan «Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr cərimə balları barədə məlumatlar» xidməti üzrə 612 daxilolma qeydə alınıb. ƏMDK-nin 15-ci pillədə dayanan «Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin sənədlərin qəbulu» elektron xidməti üzrə 479 müraciət qeydə alınıb.

Nail Mərdanov əlavə edir ki, RYTN-in «Mobil cihazların qeydiyyatdan keçirilməsi» elektron xidmətinə 1 ayda edilmiş müraciətlərin sayı isə 467 olub. RYTN-in «Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat» elektron xidmətinə bir ayda 376 müraciət olunub: «Siyahının 18-ci pilləsində qərarlaşan Vergilər Nazirliyinin «VÖEN-ə görə ödəyicinin axtarılması» elektron xidməti üzrə aprel ayında edilən müraciətlərin sayı isə 374-dür: «Təhsil Nazirliyinin portal üzərindən həyata keçirilən «Diplom haqqında məlumatlar» xidməti 369 sayla 19-cu yerdədir. 331 xidmət arasından aprel ayının elektron xidmətlər sırasına düşə bilən siyahının sonuncusu RYTN-in «Portal üzərindən verilmiş arayışların yoxlanılması» xidmətidir ki, bu xidmət üzrə müraciətlərin sayı da 336 olub».

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 20 may.- S.6.