Elektron bankçılıq inkişaf mərhələsində 

 

İKT-nin inkişafı bank xidmətlərinin avtomatlaşdırılması üçün yeni imkanlar yaradıb

 

Bu gün informasiya texnologiyalarının sürətli inkişaf etdiyi bir şəraitdə dünyanın əksər dövlətlərində banklar ənənəvi metodları dəyişməyə və yeni texnologiyaları tətbiq etməyə başlayıblar. Hazırda banklar bir çox xidmətlərini onlayn rejimdə reallaşdırırlar Kİ, bu da elektron bankinqin adlanır.

Qeyd edək ki, elektron bankinq -texnika və texnologiyanın ən son yeniliklərinin ənənəvi bankçılıq sisteminə tətbiqi nəticəsində proses və əməliyyatların elektronlaşması, ənənəvi bankinqin kompüter, internet, bankomatlar vasitəsilə əvəz olunması deməkdir. E-bankinq istifadəçilərə onlayn şəkildə hesabları ödəmək, borc götürmək, hesab balansını yoxlamaq, pul köçürmələri aparmağa imkan verir. E-bankinqin bank sisteminə və banklararası onlayn rəqabətə böyük təsiri var.

Bəs, görəsən, Azərbaycanda elektron bankçılıqla bağlı vəziyyət hansı səviyyədədir? Ümumiyyətlə, elektron bankçılığı həyata keçirən maliyyə institutları öz təhlükəsizlikləri necə qurublar?

Məsələyə münasibət açıqlayan bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev «Həftə içi»nə açıqlamasında deyib ki, bank texnologiyalarının dəyişməsi ilə gündən-günə daha çox istifadəçi e-bankinq xidmətlərinə qoşulur. Onun sözlərinə görə e-bankinq ənənəvi bank əməliyyatlarının xarakterini dəyişib: «Texnologiya, rəqabət, həyat tərzində olan dəyişikliklərin bankların hazırkı fəaliyyətinə böyük təsiri var. Rəqabətli bazar şəraitə tab gətirmək üçün banklar mövcud texnoloji yenilikləri daima izləməli və öz fəaliyyət sahələrinə tətbiq etməlidirlər. Məlum məsələdir ki, ənənəvi qaydada istifadəçi bank əməliyyatlarını aparmaq üçün bankın ofisinə, filialına gəlməlidir. E-bankinq sayəsində isə istifadəçi vaxtapula qənaət edir, belə ki bütün bank əməliyyatlarını istənilən yerdə istənilən vaxt apara bilər».

 

Banklar rəqabətdədirlər

 

Rauf Ağayev vurğulayıb ki, e-bankinq banklar və müştərilər arasındakı qarşılıqlı əlaqənin xarakterini də dəyişib. Onun sözlərinə görə, artıq bütün dünyada, o cümlədən Azərbaycanda banklar istifadəçilərinin etibarını qazanmaq məqsədilə yüksək səviyyəli e-xidmət təklif etməyə çalışırlar: “E-bankinq xidmətlərinin inkişafı ilə istifadəçilər hesablarından daha rahat istifadə edir, hesab haqda ixtiyari məlumatı alır. Hazırda banklar web texnologiyalara böyük məbləğdə pul investisiya edirbu investisiyaların faydalı olacağını gözləyirlər. Bu baxımdan müştərilərinə yüksək keyfiyyətli xidmət göstərmək istəyən şirkət ilk olaraq istifadəçilərinin tələb və istəklərini nəzərə almağa çalışır. Məlum olduğu kimi web-only yalnız internetdə fəaliyyət göstərirlər. Buna görə də müştərilərin məmnun qalmaları e-xidmətin səviyyəsindən asılıdır. E-xidmətin səviyyəsinə isə istifadənin asanlığı, web saytın dizaynı, müştərinin tələbinə görə uyğunlaşdırma, cavabdehlik və təminat vermə ciddi təsir göstərir. Təminat vermə təhlükəsizlik və məxfilik məsələlərini əhatə edir. Müştərinin etibarının qazanılmasında bunlar çox önəmlidilər. Təhlükəsizlik üçüncü şəxsin istifadəçi haqda məlumat əldə etməsi ilə bağlıdır. Təbii ki, yerli banklar da müştəri məmunluğunu təmin etmək məqsədilə təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirirlər».

Dünya banklarında beşqatlı təhlükəsizlik sisteminin qurulduğunu xatırladan ekspert Azərbaycan banklarında bu sistemin maksimum dördqatlı olduğunu vurğulayıb. Bununla belə, Rauf Ağayev Azərbaycan banklarında hələlik beşqatlı müdafiə sisteminin olmamasına da diqqət çəkir. Ancaq onun fikrincə, yerli bankların təhlükəsizlik sistemini heçzif saymaq olmaz: “Çünki bu sistem mütəmadi olaraq təkmilləşdirmə mərhələsindədir».

Azərbaycanda elektron bankçılıq xidmətlərinə müştərilərin marağına gəlincə, ekspert deyib ki, insanlar kütləvi olmasa da, tədricən ənənəvi ənənəvi bank xidmətlər imtina edirlər. Rauf Ağayev hesab edir ki, insanların birmanalı şəkildə elektron bankçılıq xidmətlərinə üstünlük verəcəyini gözləmək hələ tezdir: “Çünki burada vətəndaşların ikt biliklərinin nə dərəcədə olması da mühim rol oynayır. Amma ümumilikdə götürsək görərik ki, vətəndaşların elektron bankçılığa marağı yüksəkdir».

Xatırladaq ki, hazırda respublikada fəaliyyət göstərən 43 bankdan təxminən 30-a yaxını müştərilərinə elektron bankçılıq xidmətləri təqdim edir. Xidmətlərin çeşidi isə bankların infrastruktur imkanından asılı olaraq fərqlənir. Ölkəmizdə banklar tərəfindən müştərilərinə əsasən, hesab üzrə balansın yoxlanılması, hesab üzrə çıxarışın əldə edilməsi, kartdan-karta pul köçürmə, hesabdan-hesaba pul köçürmə (ölkədaxili), konvertasiya əməliyyatı, kartın bloklaşdırılması, birbaşa debitləşmə, ödənişlər (kommunal, sığorta, internet, telefonmobil telefon üzrə haqlars.). a elektron bankçılıq xidmətləri təqdim edilir.

 

Həm iqtisadiyyatımızı, həm də İKT

biliklərimizi inkişaf etdirməliyik

 

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev də elektron bankçılığının əhəmiyyətini xüsusi qeyd edir. O, “Həftə içi”nə açıqlamasında deyib ki, bu xidmət istifadəçiyə istədiyi vaxt istədiyi yerdə bank əməliyyatlarını aparmağa imkan verir: «Bu xidmət həftənin 7 günü, günün 24 saatı istifadəyə hazırdır. Onlayn bankinq xidməti sayəsində bankın xərcləri azalır, nəticədəsə müştərilərdən tutulan haqq da azalır. Eyni zamanda, e-bankinq vasitəsilə sövdələşmə aparmaq asanlaşır. Bura ATM-lərin, kredit və debet kartların, bankın onlayn səhifələrinin istifadəsi daxildir. Elektron bankinqin verdiyi faydaya 2 mövqedən, yəni bankın və istifadəçilərin mövqeyindən baxmaq olar. Məsələn, bazar şəraitində istənilən şirkət və ya müəssisənin əsas istəyi xərcləri azaltmaq və gəliri çoxaltmaqdır”.

Oqtay Haqverdiyev bildirir ki, e-bankinq xidmətlərinə keçid bankların xərclərini nisbətən azaldır. Çünki onlayn rejimdə fəaliyyət göstərən bankın çoxlu sayda filiallara ehtiyacı olmur, nəticə etibarı ilə də bankda işləyən işçilərin sayı da avtomatik aşağı düşür. Onun sözlərinə görə, bütün bunlar bankın xərclərinin azalması ilə nəticələnir. Həmçinin müştəri e-bankinq xidmətlərindən istifadəyə görə haqq ödəməli olur ki, bu da banka gəlir gətirir: Elektron bankinq xidmətlərinə istifadəçilərin mövqeyindən baxanda isə aydın olur ki, istifadəçi üçün bu xidmətin ən üstün cəhəti rahatlıq və vaxta qənaətdir. İstifadəçi ona rahat olan vaxtda lazımi bank əməliyyatlarını apara bilər. Belə ki, elektron bankinq xidməti əməliyyatları 24/7 rejimində aparmağa imkan verir».

Ekspert onu da qeyd edib ki, sistemin mövcud üstünlükləri ilə yanaşı onun çatışmazlıqları da mövcuddur. Oqtay Haqverdiyev bildirir ki, e-bankinqdəki əməliyyatları çətinləşdirən bəzi məsələlərdən biri istifadəçinin fərdi kompüter vasitəsilə internetə qoşulması ilə bağlıdır: “Bu, o deməkdir ki bank hesabına giriş ilk olaraq texnologiyadan asılıdır. Onlayn bankinq web server və kompüterlərin etibarlığından asılıdır. Onlarda nəsə problem baş versə istifadəçi öz hesabına daxil ola bilməyəcək. Texnika və texnologiyanın bu qədər geniş yayılmasına baxmayaraq elə insanlar var ki kompüterdən istifadə edə bilmirlər. Belə insanlar üçün onlayn bankinqdən istifadə ağlasığmaz gəlir. Yəni, indiki şəraitdə biz Azərbaycanda həyata keçirilən elektron bankçılıq xidmətlərini hansı Avropa ölkəsi ilə müqayisə edə bilmərik. Bunun üçün həm bizim iqtisadiyyat Avropa ölkələrinin iqtisadiyyatına çatmalı, həm də vətəndaşlarımız İKTbiliklərini artırmalıdırlar. Əks halda göstərilən e-bankçılıq xidmətindən ancaq bir qrup insan faydalanacaq ki, bunun da cəmiyyətə elə bir təsiri olmayacaq».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 22 may.- S.6.