İnkişafın Azərbaycan modeli:

yeni sığorta-pensiya sistemi 

 

Bu sistemdə elektron xidmətlərin tətbiq olunması şəffaflığa əsas təminatdır

 

Korrupsiyasız, rüşvətsiz, şəffaf vətəndaş cəmiyyəti. Bu gün Azərbaycanda qurulan "elektron hökumət" məhz ölkədə dövlət strukturlarının səmərəli fəliyyətini, vətəndaş-məmur münasibətlərinin şəffaf müstəvidə inkişafını nəzərdə tutur. Bunun tərkib hissəsi olaraq Azərbaycanda sığorta-pensiya sistemində tətbiq olunan elektron xidmətlər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətini daha da şəffaflaşdırmaqla yanaşı, bu sahədə mövcud nöqsanların aradan qaldırılmasına kömək edir.

 

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir Fondun mərkəzi məlumat bazasında sayı 1 281 712 nəfər pensiyaçı 2 milyon 800 min nəfərə yaxın sığortaolunan barədə məlumatlar toplanıb. Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı artıq 19-a çatdırılıb. “Elektron hökumət” portalının statistikasına görə, Fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb. Ötən il ərzində DSMF-nin həm öz saytı, həm “elektron hökumət portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərindən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Bu ilin ilk rübündə isə elektron xidmətlərdən istifadə edən vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. 2013-cü ildə “Elektron Hökümət Portalı”nda ən çox istifadə olunan elektron xidmətlər sırasına “Sığorta olunanlara məlumatların verilməsi”, “Sığorta edənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Pensiyaçıya məlumatların verilməsi” daxildir. Ümumilikdə il ərzində “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərdən 132 minə yaxın vətəndaş yararlanıb.

 

Avtomatlaşdırılmış pensiya

təyinatı vətəndaşlara verir?

 

Onu da vurğulayaq ki, ötən ilin iyul ayından etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən Şərqi Avropa MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Eyni zamanda, pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı tam sadələşdirilib, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastruktur qurulub. Sistemin tətbiq olunduğu 11 iyul 2013-cü il tarixdən 31 mart 2014-cü il tarixədək 1640 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onlardan 361-i Bakı şəhərində, 1279-u bölgələrdə yaşayan vətəndaşlardır. Xatırladaq ki, müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı ölkə prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»nda əksini tapmış mühüm vəzifələrdəndir. Bundan başqa Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan vaxt itirmədən «Çağrı Mərkəzi» zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla Fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına imkan yaradır.

Azərbaycanda “Sığortaolunanın onlayn uçota alınması” xidmətinin tətbiqi isə sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin daha da sadələşdirilməsinə sığorta-pensiya sistemində şəffaflığın artırılmasını imkan verir. Belə ki, “Sığortaolunanın onlayn uçota alınması” adlı xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmət vasitəsilə hər bir sığorta edən öz ofisində kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malikdirlər. 2014-cü ilin yanvar ayından indiyədək isə onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 13 mindən çox fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib.

 

Yeni sığorta-pensiya sisteminə

pensiyaçı ekspert baxışı

 

Hazırda Azərbaycanda müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemini pensiyaçı vətəndaşlar da yüksək qiymətləndirirlər. Həmsöhbət olduğumuz pensiyaçıların sözlərinə görə, pensiya ödənişinin avtomatlaşdırılmasının əsas müsbət cəhəti odur ki, təqaüdçülər təyin olunmuş təqaüdü kart vasitəsilə tam şəkildə, yaşayış yerindən asılı olmayaraq, respublikanın istənilən yerindən, rahat, kənar müdaxilə olmadan ala bilirlər. Pensiyaçı Şakir İbrahimovun sözlərinə görə, əvvəllər poçt şöbələrinin işçiləri təqaüdçülərin tam haqqı çatdığı məbləğə şərik çıxırdılar. Belə ki, həmin işçilər təqaüdçülərə göstərdikləri “xidmətə” görə heç bir yerdə yazılmayan qanuna əsasən, müəyyən məbləğ tuturdular. Bu məbləği ödəməkdən imtina edən təqaüdçülər isə pensiyalarını almaq üçün günlərlə poçtalyonu axtarmalı olurdular: «İndi vəziyyət tamamilə dəyişib. bizdən pul istəyən var, pensiyanı gecikdirən. Bilirik ki, hər ayın ikinci ongünlüyünə kimi pensiyalar ödənilir rahatca bankomata yaxınlaşaraq pensiyamızı götürürük».

Ötən ilin noyabr ayında avtomatlaşdırılmış qaydada pensiya təyin olunan ibtidai sinif müəlliməsi Kifayət Cəfərova isə bizimlə söhbətində deyib ki, bu sistem pensiyaçıların hər hansı sənəd toplamasının, məmurların qəbuluna düşmək üçün günlərlə növbədə dayanmasının qarşısını alıb: «Artıq pensiya yaşına çatmış vətəndaş hansısa sənəd toplamadan vaxt itirmədən “190-0 Cağrı Mərkəzi” zəng vuraraq pensiya təyinatı hüququnu reallaşdıra bilir. Mən öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, Dövlət Sosial Müdafiə Fondundan cəmi 15 dəqiqə ərzində mənə təyin olunan pensiyanın məbləği plastik pensiya kartımı ala biləcəyim bank filialının ünvanı bildirildi. Yəni, mən pensiyaya çıxarkən vaxt itirmədim, işimi tezləşdirmək üçün kiməsə rüşvət vermədim».

İqtisadiSosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da qəzetimizə açıqlamasında bildirib ki, pensiyaların kartlar vasitəsilə ödənilməsi, onların təyinatının avtomatlaşdırılması son zamanlar sığorta-pensiya sistemində şəffaflığın artırılması istiqamətində atılan ən yaxşı addımlardandır. Ekspert bu fikirdədir ki, sistemdəki şəffaflığı normal qiymətləndirmək olarburada şəffaflığın az olduğunu iddia etmək də düzgün sayılmaz: «Təbii ki, sığorta-pensiya sistemində şəffaflığın artırılmasının ən düzgün yollarından biri elektron hökumətin qurulması və informasiya texnologiyalarının tətbiqidir. DSMF də artıq buna görə sistemi avtomatlaşdırıb. Yəni, Fondun təqdim etdiyi elektron xidmətlər vətəndaş-məmur münasibətlərini minimuma endirib. Bu sahədə birbaşa ünsiyyət olmadığı üçün daha şəffaf şəkildə müraciət həyata keçirilməsinə imkan yaranır. Eyni zamanda ünsiyyət olmadığı üçün korrupsiyanın yaranma ehtimalı aradan qalxır. Bundan başqa sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi xarici ölkə vətəndaşlarının da ondan səmərəli yararlanmasına geniş imkanlar yaradır. Bu sistem imkan verir ki, vətəndaş ödədiyi sosial sığorta məbləğinə və stajına uyğun pensiya məbləği ilə təmin olunsun. Bu halda vətəndaşın aldadılması, pensiya məbləğinin az hesablanması ehtimalları yoxdur».

 

Sevinc Osmanova

 

Yazı Dövlət Sosial Müdafiə Fondunun “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.

 

 Həftə içi.- 2014.- 22 may.- S.7.