Pion Xoşbəxt həyata dəvət deməkdir

Bakıda Xoşbəxt həyata dəvət adlı sərgi keçirilib. Hafta.az-ın məlumatına görə, sərginin təşkilatçıları Nərmin Qəniyeva, Sahibə və Leyla Xəlilovalardır.

Eksposiziyada N.Qəniyeva və L.Xəlilovanın əl işləri nümayiş etdirilib. S.Xəlilovanın sözlərinə görə, onlar öz birliklərinə Pion adını veriblər: Pion gülünün mənası xoşbəxt həyata dəvətdir. Bizim işimizxeyir işlərlə bağlı olduğuna görə, birliyimiz üçün Pion adını seçmişik. Leyla və Nərmin xanım uzun illərdir dekorativ tətbiqi sənət və müxtəlif cür əl işləri ilə məşğuldurlar. Xanımlar həmçinin ailələrin şad günlərində məkanların və əşyaların bəzəndilməsi məsələsində də köməkçi olurlar. Ekspozisiyada kofe, qoz, fındıq ağacları, eləcə də müxtəlif bəzək əşyalarından hazırlanan maraqlı sənət nümunələri nümayiş etdirilib. Şəhərin istirahət və əyləncə məkanlarından birində təşkil edilən sərgidə müğənni Emma Ələkbərzadə, Günay Malikqızı, eləcə də Ceyhun Əli, Aytən Səfərova, Vüsalə Tağıyeva, İlhamiyyə Rza, Vüsalə Məmmədova kimi tanınmış jurnalistlər iştirak edib.

 

Həftə içi.- 2014.- 8 yanvar.- S.8.