Mobil telefonların qeydiyyatı 

 

Bu sistemin işə düşməsi həm istifadəçinin özü, həm də

ətrafındakıların təhlükəsizliyi üçün əhəmiyyətlidir

 

Son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektoru sürətli inkişaf mərhələsindədir. Hazırda ölkəmizdə İKT sektorunun sürətli inkişafı mobil rabitə şəbəkəsindən də yan keçməyib. Belə ki, mobil rabitə şəbəkəsi genişləndikcə həm istifadəçilərin sayı artır, həm də mobil operatorlar öz abonentlərinə daha yaxşı xidmət göstərməyə çalışırlar. Lakin təəssüf ki, əksər mobil telefon istifadəçiləri mobil aparat alarkən telefonun yalnız görünüşünə və digər imkanlarına fikir verdiklərindən, bütün hallarda telefondan istifadənin təhlükəsizliyinə xidmət edən İMEİ koda əhəmiyyət vermirlər. Bu, bəlkə də istifadəçinin texniki biliyinin az olması ilə əlaqədardır. Halbuki, İMEİ kodun (İnternational Mobile Equipment İdentity - Mobil telefonun beynəlxalq tanınma kodu) mobil aparatdan istifadənin - həm istifadəçinin özü, həm də ətrafındakı insanların təhlükəsizliyi üçün əhəmiyyəti böyükdür.

Qeyd edək ki, Azərbaycanda rəsmi səviyyədə mobil cihazlardan istifadənin təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixliMobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq ölkə ərazisində mobil cihazların qeydiyyat sistemi yaradılıb. Bu sistem müvafiq qərara əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) formalaşdırılıb. Bununla bağlı MHM-də mərkəzi baza sistemi quraşdırılıb. Eyni zamanda, Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası da mərkəzi baza sisteminə qoşulub. 2013-cü ilin may ayının 1-dən etibarən isə mobil cihazların qeydiyyatına start veriləcək. Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaq.

 

IMEI kodu necə öyrənməli?

 

Mobil telefonların beynəlxalq identifikasiya (eyniləşdirmə) nömrəsi olan IMEI kodu həmin qurğunun istehsal olunduğu ölkə və firma haqqında məlumatları əks etdirir. IMEI - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı göstərən nömrədir (İnternational Mobile Equipment İdentification). Mobil rabitə şəbəkəsində istənilən zaman kəsiyində istifadə olunan (hətta bir saniyə belə) hər bir mobil cihazın IMEI kodunu texniki olaraq monitorinq etmək və həmin mobil cihazın istifadəsini məhdudlaşdırmaq mümkündür. IMEI nömrələr istehsalı zamanı zavodda mobil telefon aparatının müxtəlif yerlərinə yazılır.

IMEI nömrələr hər bir mobil telefonun 15 rəqəmdən ibarət unikal kodudur. Hər bir istehsalçının xüsusi alqoritmi əsasında hazırlanan IMEI koda əsasən telefon istehsalçısının adını, hansı ölkədə hazırlandığını müəyyən etmək olar. IMEI kod telefonun yaddaşına yazıldığından, çox asanlıqla telefonda *#06# kombinasiyasını yığmaqla ekranda IMEI kodu görmək olar. İki simkartı olan mobil telefonlarda 2 IMEI kod qeyd edilir. Bundan əlavə, IMEI kod telefon batareyasının altında, zəmanət talonundatelefon qutusunda da yazıla bilir. Əgər IMEI kodlar telefondakı digər yerlərdə yazılanlarla uyğun gəlmirsə, demək həmin telefon saxta, yaxud oğurluq yolla ölkəyə gətirilib.

Bundan başqa, mövcud qaydaya görə, mobil telefonların sistemdə qeydiyyatı , qaraboz kateqoriyalar üzrə aparılacaq. səhifədə Beynəlxalq GSM Assosiasiyasının təyin etdiyi İMEİ nömrələri dəyişdirilməyən, təkrar İMEİ nömrələri olmayan mobil telefonların İMEİ nömrələri yer alacaq. Qara səhifədə qeyri-qanuni yolla ölkəyə gətirilən, itirilən, oğurlanan, İMEİ nömrələri Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilməyən, təkrar İMEİ nömrələri olan mobil cihazların İMEİ nömrələri qeydiyyata alınacaq. Qara səhifədə olan mobil cihazlara mobil operatorların şəbəkələrində xidmət göstərilməsi məhdudlaşdırılacaq.

Boz səhifədə isə mobil operatorların telekommunikasiya şəbəkəsindən xidmət alan (hazırda istifadə olunan), səhifədə və ya qara səhifədə olmayan mobil cihazların İMEİ nömrələri qeydiyyata alınacaq. Boz səhifədə olan İMEİ nömrələri araşdırma nəticəsinə uyğun olaraq səhifəyə və ya qara səhifəyə daxil ediləcək.

 

Qeydiyyatsız telefonlarda nömrə işləmir

 

Yeri gəlmişkən, ötən ilin mayın 1-dən etibarən mobil telefon nömrələri yalnız “Mobil cihazların qeydiyyat sistemində” qeydiyyatda olan mobil telefonlarda işləyir. Telefonların qeydiyyatına gəldikdə isə bunu satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə mobil telefonları ölkəyə idxal edən bütün hüquqifiziki şəxslər həyata keçirirlər. Onlar idxal etdikləri mobil cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatları ərizə ilə qeydiyyat mərkəzinə təqdim edirlər. Qeydiyyat mərkəzi tərəfindən üç günü ərzində məlumatlar araşdırılaraq Dövlət Gömrük Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən İMEİ nömrələri ilə müqayisə olunur. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş İMEİ nömrələri dərhal səhifəyə daxil olunur. Əgər ərizədə göstərilmiş İMEİ nömrəsinin səhifədə olduğuya onun surətinin köçürüldüyü aşkar edilərsə, həmin İMEİ nömrəsi dərhal qara səhifəyə daxil edilir. Əgər vətəndaş xarici ölkədən mobil telefon alaraq ölkəyə gətiribsə, bu halda mobil operatorların müştəri xidmətlərinə və poçt şöbələrinə yaxınlaşaraq xaricdən aldığı telefonun İMEİ kodunu qeydiyyatdan keçirə bilər. Bu halda müştəri xidmətlərinin və ya poçt şöbələrinin nümayəndələri tərəfindən qəbul edilən sənədlər dərhal elektron formaya çevrilərək, qeydiyyat mərkəzinə göndərilir. Təqdim edilmiş məlumatlar qeydiyyat mərkəzi tərəfindən üç günü ərzində araşdırılır və sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş İMEİ nömrələri dərhal səhifəyə və ya uyğunlaşdırılmış səhifəyə daxil edilir. Daha sonra bu barədə abunəçiyə məlumat verilir. Ərizədə göstərilmiş İMEİ nömrəsinin səhifədə olduğuya onun surətinin köçürüldüyü aşkar edilərsə, həmin İMEİ nömrəsi dərhal qara səhifəyə daxil edilirbu barədə müraciət edən şəxsə (onun nümayəndəsinə) səbəb göstərilməklə, qeydiyyat mərkəzi tərəfindən rəsmi cavab verilir.

 

Standartlara uyğun olmayan telefonlar bazardan çıxır

 

«Multimedia» Araşdırmaları Mərkəzinin rəhbəri Osman Gündüz hesab edir ki, mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir.

Onun fikrincə, Azərbaycanda mobil cihazların qeydiyyata alınması həm cinayətkarlıqla mübarizə tədbirlərini gücləndirəcək bununla da ölkədə törədilən cinayət hadisələrinin sayı azalacaq. Çünki beynəlxalq təcrübələr göstərir ki, xarici ölkələrdə bu sistemin işə düşməsi ilə telefon oğurluğu, saxta cihazların yayılması ilə yanaşı, cinayətlərin qarşısını da almaq mümkün olub.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 14 yanvar.- S.6.