Dövlət İKT layihələrini maliyyələşdirəcək

 

Bununla bağlı yaxın vaxtlarda qrantinvestisiya layihələrinin qəbuluna başlanacaq

 

Hazırda Azərbaycanda informasiya-kommunikasiypa texnologiyaları (İKT) sahəsi dövlət üçün əsas prioritetlərdən sayılır. Hökumət yaxın 5-10 il ərzində İKT sektorundan əldə olunan gəlirləri təqribən 10 faizə çatdırmağı planlaşdırır. Hətta ölkəmizdə İKT sahəsində fəaliyyətin stimullaşdırılması məqsədilə 2012-ci ildə dövlət başçısının sərəncamı ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb.

Bəs, görəsən, fond hansı kriteriyalar əsasında layihələri maliyyələşdirir? Qurumun qrant layihələrinə ayırdığı məbləğin həcmi nə qədərdir?

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə sözügedən fondun əsas məqsədlərinə toxunaraq deyib ki, bu qurumun işi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək və bu sahəyə yerli, eləcə də xarici investisiyaları cəlb etməkdən ibarətdir: Fondun əsas vəzifələri və fəaliyyət istiqamətlərinin səmərəsinə gəlincə, fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap (start-up) şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirəcək. Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən və qurumun fəaliyyət istiqamətinə uyğun olan layihələrə veriləcək. Fond İKT sahəsində elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ fəaliyyətin stimullaşması və istehsalyönümlü fəaliyyətin dəstəklənməsi kimi vacib məqsədlərə xidmət edəcək. Fond bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının cəlb edilməsi və səmərəli istifadə olunmasını həyata keçirməlidir.

 

Fond dövlətin İKT sahəsində qarantı kimi çıxış edəcək

 

Yeri gəlmişkən, Yüksək Texnologiyalar Parkının rezidentlərinin, biznes-inkubator layihələrinin, elmi və tədqiqat mərkəzləri üçün maliyyə-donor rolunun bir hissəsinin fond tərəfindən yerinə yetirilməsi gözlənilir. Fond İKT sahəsində fəaliyyəti stimullaşdırmaq məqsədilə perspektivli və sürətlə inkişaf edən İKT şirkətlərinə investisiyaların yatırılması, o cümlədən birgə şirkətlərdə payçı şəklində investisiyaların yerləşdirilməsini həyata keçirəcək.

Bundan başqa fond birgə şirkətlərdə payçı kimi iştirak edərək öz-özlüyündə dövlətin İKT sahəsində qarantı kimi çıxış edəcək və Azərbaycanın İKT sektorunun birbaşa xarici investisiyalar üçün etibarlığını artıracaq. İKT sahəsi üzrə uğurlu layihələr fond tərəfindən xarici ölkələrdə təbliğ ediləcək. Müvəkkil banklarbank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşməsinə ciddi diqqət ayrılacaq.

Fondun vəsaitləri hesabına kiçikorta sahibkarlıq subyektləri üçün kiçik faizli, uzunmüddətli kreditlər təklif olunacaq. Bu yolla İKT sahəsində fəaliyyət göstərən şirkətlərin maliyyə resurslarından istifadə imkanı genişləndiriləcək.

 

Dövlət büdcəsindən 5 milyon manat ayrılıb

 

Azərbaycan İnternet Forumunun Prezidenti, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü Osman Gündüz Həftə içinə bildirib ki, sözügedən qurum yaxın zamanlarda qrantinvestisiya layihələrinin qəbuluna başlayacaq. Onun sözlərinə görə, bu il Fonda dövlət büdcəsindən 5 milyon manat ayrılıb. Mövcud qaydalara uyğun olaraq, Fonddan maliyyə dəstəyi almaq üçün Startupçılar və İKT sektorunda fəaliyyət göstərən adamları təkliflərini və layihələrini www.ictfund.gov.az ünvanına göndərməlidirlər.

Xatırladaq ki, İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri güzəştli kreditlərdən yararlanmaq üçün müvəkkil banklara müraciət edə bilərlər. Müvəkkil banklar isə Paşa Bank ASC, Bank Respublika ASC, Dəmir Bank ASC, Bank BTB ASC Rabitə Bank ASC-dir. Kreditlərə tətbiq olunan illik faiz dərəcəsi 5 faizdir kreditlər 10 ilədək müddətə verilir.

Bu sahədəki mövcud qaydalardan danışan Osman Gündüz vurğulayıb ki, sahibkarlıq subyektlərinə fondun vəsaitləri konkret həcmdə təklif olunacaq. Onun sözlərinə görə, kiçikhəcmli kreditlərin həcmi 10000 manatdan 50 000 manatadək, ortahəcmli kreditlər 50 001 manatdan 500 000 manatadək böyükhəcmli kreditlər 500 001 manatdan 5 000 000 manatadək dəyərindədir: Qaydalara əsasən, hər bir sahibkarlıq subyektinin fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin, o cümlədən, bir investisiya layihəsi üzrə maksimum həddi 5 000000 manatdan artıq ola bilməz. Fondun güzəştli kreditlərinin müddətlərinə gəlincə, kiçikhəcmli kreditlər üçün 3 ilədək, ortahəcmli kreditlər üçün 5 ilədək, böyükhəcmli kreditlər üçün10 ilədək nəzərdə tutulub. Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləğinin 5 faizindən artıq olmamalıdır.

Osman Gündüz əlavə edib ki, müvafiq qaydalara əsasən, fondun müvafiq bölməsi daimi ekspertləri tərəfindən hər layihə üzrə müvafiq sənədlər toplusu hazırlanır. Onun sözlərinə görə, layihələrin maliyyələşdirilməsi fondla müsabiqənin layihə rəhbəri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Layihənin xərclər smetası, biznes planı praktiki nəticələrinin istifadəsi ilə bağlı xüsusi öhdəlikləri nəzərdə tutan müvafiq sənədlər müqaviləyə əlavə olunur. Layihələr üzrə qrantlar kiçik, orta böyük həcmli olmaqla 36 ay müddətinədək ayrılır. Bir layihə üzrə qrant maliyyələşdirilməsinin həcmi 300 000 manatdan çox olmamalıdır.

Sahibkarlıq subyektlərinə fondun vəsaitlərindən hansı həcmdə qrant vəsaitlərinin ayrılmasına gəlincə, kiçikhəcmli qrantlar 10 000 manatdan 100 000 manatadək, ortahəcmli qrantlar 100 001 manatdan 200 000 manatadək, böyükhəcmli qrantların həcmi 200 001 manatdan 300 000 manatadək nəzərdə tutulub.

 

Layihələrin monitorinqi aparılacaq

 

Osman Gündüz deyir ki, bu tip layihələrin maliyyələşdirilməsi 3 mərhələdə həyata keçiriləcək. Onun sözlərinə görə, 12 ay müddəti əhatə edən birinci mərhələdə ilkin maliyyələşdirilmə aparılır. Bu mərhələdə layihənin biznes-planına uyğun olaraq işlərin təşkilinə qrantın ümumi məbləğinin 20 faizi ayrılır. 12-24 ay müddəti əhatə edən ikinci mərhələdə maliyyələşdirilmənin davam etdirilməsinə dair qərar ilkin mərhələnin nəticələrinə uyğun olaraq qəbul edilir. Layihənin ilkin mərhələsinin nəticələri layihənin biznes-planında qeyd olunan proqnoz göstəricilərinə müvafiq olaraq qənaətbəxş hesab edildiyi təqdirdə, layihənin aralıq maliyyələşdirilməsinə qrantın ümumi məbləğinin 30 faizi ayrılır.

24-36 ay müddəti əhatə edən sonuncu mərhələdə müvafiq prosedura uyğun olaraq, layihənin son maliyyələşdirilməsinə qrantın ümumi məbləğinin qalan 50 faizi ayrılır. Bu mərhələdə layihənin kommersiyalaşdırılması məqsədi ilə layihəyə digər investorların vəsaitlərinin cəlb olunması əsas şərt hesab edilir. Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Müsabiqə layihələrinin monitorinqini fondun müvafiq bölməsi ya fondun sifarişinə əsasən müstəqil ekspertlər həyata keçirirlər - deyə, Osman Gündüz əlavə edib.

Xatırladaq ki, mövcud qaydalara əsasən, müsabiqə layihələrinin monitorinqi layihə icraçısının təqdim etdiyi müvafiq sənədlərin yoxlanılması yolu ilə yerinə yetirilir. Müsabiqə layihələrinin monitorinqi zamanı fondun vəsaitlərinin təyinatı üzrə istifadəsi yoxlanılır və təqdim olunan sənədlər əsasında onun maliyyə vəziyyəti araşdırılır. Əgər aparılan monitorinq zamanı güzəştli kreditin təyinatı üzrə istifadə edilməməsi halları aşkarlanarsa, qurumun yazılı tələbinə əsasən həmin sahibkarlıq subyektinə verilmiş vəsait və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq 10 gün ərzində bütövlükdə fondun hesabına köçürülür. Tələb edilən vəsaitin köçürülməsi 30 günü keçdiyi təqdirdə, fond gecikdirilən məbləğin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. Bundan başqa fond tərəfindən müəyyən edilmiş monitorinqin keçirilmə qaydalarının müvəkkil kredit təşkilatları tərəfindən 3 dəfə və daha çox pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılması dayandırılır və ya o, müvəkkil kredit təşkilatları sırasından çıxarılır.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Həftə içi.- 2014.- 30 yanvar.- S.6.