Şəfiqə Axundovanın 90 illiyi qeyd edildi

Azərbaycanın tanınmış ifaçısı Ramil Qasımov Xalq artisti, mərhum bəstəkar Şəfiqə Axundovanın əsərlərindən ibarət konsert proqramı ilə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində konsertdə proqramı ilə çıxış edib. Hafta.az-ın məlumatına görə, gecəni açan musiqişünas Səadət Təhmirazqızı bəstəkarın həyat və yaradıcılığından danışıb. Musiqişünas, professor Zemfira Qafarova həmçinin Şəfiqə Axundovanın adının və sənətinin musiqi ictimaiyyətində mühümlüyünü qeyd edib.

 

Gecədə həmçinin Əhsən Dadaşov adına Xatirə xalq çalğı alətləri ansamblı, qədim musiqi alətləri ansamblı, əməkdar artist Nuriyyə HüseynovaAzTVnin yeni solistlərdən Ayşən Mehdiyeva, Ramiq Bayramov, Sərxan Bünyadzadə və Gülnar Qüdrətli bəstəkarın mahnı və romanslarını ifa ediblər.

Xalq artisti, professor tarzən Ramiz Quliyev Şəfiqə Axundova ilə bağlı xatirələrindən söz açaraq, bəstəkarın onun üçün yazdığı əsərlərdən danışıb. Vurğulanıb ki, bu gün AzTv-nin musiqi kollektivləri belə tədbirləri mütəmadi olaraq keçirməklə biz musiqiçiləri sevindirir. Tədbirdə çıxış edən AzTVnin musiqi kollektivlərinin bədii rəhbəri, Dövlət Səsyazma Evinin direktoru Ramil Qasımov bəstəkarın Bu torpağa borcluyam, Vətənim, Ev bizim, sirr bizim operettasından İdrakın ariyası, Gəl ey səhər, Öndər yolu aratoriyasını ifa edib. Ramil Qasımov bəstəkarın xatirəsinin onun üçün çox əziz olduğunu qeyd edib: İlk dəfə Üzeyir bəyin ev muzeyində onunla tanış oldum. 13 yaşım var idi, müəllimimlə Üzeyir bəyin ev muzeyində dahi bəstəkarın doğum günü münasibəti ilə təşkil olunmuş gecədə müəllimim məni Şəfiqə xanımla tanış etdi. İllər ötdü, bəstəkarla mütəmadi olaraq əməkdaşlıq edərdim. Vaxtı ilə ustadım Mobil Əhmədovun ifasında eşidib vurulduğum haqqında danışdığım operettadan İdrakın ariyası, məndə bu bəstəkara böyük sevgi yaratdı. Şəfiqə xanımın bizim Azərbaycan Televiziyasının Səsyazma Evi musiqi kollektivləri ilə, mütəmadi olaraq, əməkdaşlığı olub.Belə ki, bəstəkarın əsərlərinin əksəriyyəti məhz Səid Rüstəmov adına Əməkdar Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə lentə alınıb. İnanıram ki, nə qədər Azərbaycan mədəniyyəti, incəsənəti var Şəfiqə xanımın həyat yolu, gələcək nəsillərə bir örnək olacaq.

 

Banıçiçək Məmmədli

 

Həftə içi.- 2014.- 30 yanvar.- S.8.