Suraxanıda gənclərlə görüş

 

Rayonun ictimai həyatında fəal iştirak etmiş gənclər fəxri fərmanla təltif ediliblər

 

2 fevral - Gənclər Günü ilə əlaqədar dünən Suraxanı rayonundakı Qurban Abbasov adına mədəniyyət sarayında gənclərlə görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra 300-dən çox gənc iştirak etdiyi görüş Qurban Abbasov adına mədəniyyət sarayında davam etdirilib.

“Həftə içinin məlumatına görə, görüşdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov iştirak ediblər. Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov tədbirdə təqdimatla çıxış edərək rayon gənclərinin ötən il əldə etdikləri uğurlardan danışıb. Məruzə dinlənildikdən sonra canlı diskussiya formasında davam edən görüşdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov da çıxış edib. O, tədbir iştirakçılarını 2 fevral - Gənclər Günü münasibətilə təbrik edərək deyib ki, hazırda düşünülmüş və məqsədyönlü gənclər siyasəti uğurla aparılır. Onun sözlərinə rə, 1993-cü ildən başlayaraq bütün sahələrolduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılıb: “Məhz rülən işlərin nəticəsidir ki, bu gün Azəðbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətdə çox mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün müstəqil Azərbaycanı gücləndirir. Gənclərimizin sorağı beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir”.

İcra hakimiyyətinin başçısı onu da deyib ki, Suraxanıda da gənclərlə bağlı müxtəlif layihələr, proqramlar icra edilir. Onun sözlərinə rə, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində gənclərin sosial problemlərinin həlli, onların ictimai həyatda fəallığının arrılması istiqamətində müvafiq tədbirr rülür: “Ölkə ðəhbərliyi gənclərin təklifini nəzərə alaraq Azərbaycan Gənclər Fondunun yaradılması istiqamətində çox mühüm addımlar atıb. Artıq prezident İlham Əliyev də bununla bağlı sərəncam veribbu, ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Fondun əsas vəsaiti Prezidentin Ehtiyat Fondundan təmin edilir. Bu da prezidentimizin gənclər siyasətinə olan münasibətdir”.

Azərbaycan gənclərini cəmiyyətin ən fəal üzvləri kimi xaðakterizə edən İlqar Abbasov bunun Azərbaycan dövlətinin inkişafında, cəmiyyətdə müasir dünyagörüşün formalaşmasında çox mühüm əhəmiyyət daşıdığını söyləyib: “Mən əminəm ki, Azəðbaycan gəncliyi sabahayeni uğurlara nail olmağa hazırdır”.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov isə tədbirdəki çıxışında gənclərlə iş sahəsində görülən tədbirlərdən danışıb. O qeyd edib ki, məhz bu tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.

Tədbirxüsusi vurğulanıb ki, bu yüksək münasibətə cavab olaraq Azəðbaycan gəncləri bütöv və müstəqil Azəðbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalıdırlar. rüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş gənclərə rayon icra hakimiyyəti başçısının, YAP Suraxanı rayon təşkilatının fəxði fəðmanı və hədiyyəsi təqdim olunub. Həmçinin YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiyanın vəsiqələri verilib.

 

Qələndəð Xaçınçaylı

 

Həftə içi.- 2014.- 31 yanvar.- S.7.