Azərbaycanın pensiya sistemi

yeni inkişaf mərhələsində

Dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin

fərqləndirilməsi üçün qanunvericilik bazası hazırlanır

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılan sürətli inkişaf strategiyası nəticəsində Azərbaycanda dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub. Belə ki, respublikamız inkişaf göstəricilərinə görə dünya ölkələri sırasında öncül mövqedə qərarlaşıb və beynəlxalq aləmdə nüfuzu durmadan möhkəmlənən etibarlı tərəfdaşa çevrilib. Ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb.

Uğurla aparılan sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, yenicə başa vurduğumuz 2014-cü ildə də öz müsbət nəticələrini verib, sosial-iqtisadi tərəqqi davam edib. Bu əsasda respublikamızın müasir standartlara cavab verən, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sistemiinkişaf etməkdədir.

Azərbaycanın iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi siyasətinin uğurlu icrası nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapıb. 2014-cü ilin nəticələrinə görə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192,3 manatdır. Ölkə üzrə orta aylıq əmək haqqının 43,5 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir. Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyəyir. Halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.

Ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir. Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Belə ki, 2014-cü ildə Fondun gəlirləri 2013-cü ilə nisbətən 223,0 milyon manatya 8,3 faiz artaraq 2894,3 milyon manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1744,9 milyon manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 10,2 faizya 160,8 milyon manat çoxdur.

Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Bu tədbir 2014-cü ildə də davam etdirilibprezidentin müvafiq sərəncamına əsasən 2014-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım tətbiq olunub.

Qeyri-büdcə sahəsindən toplanan sosial

sığorta haqlarının artımı nəticəsində dövlət

büdcəsi transfertinin xüsusi çəkisi azalıb

2014-cü ildə sosial sığorta haqlarının 64,6 faiziya 1126,4 milyon manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faizya 134,4 milyon manat artıqdır. Qeyri-büdcə üzrə sosial sığorta daxilolmalarında əhəmiyyətli artım ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisidir və bunun nəticəsində dövlət büdcəsindən Fonda ayrılan transfertin xüsusi çəkisi azalıb.

Hesabat dövrü ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işləri də gücləndirilib. Nəticədə 2013-cü il ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 15,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar 5,4 faiz artıb. Büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 618,5 milyon manat təşkil edib. Dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 1142,0 milyon manat həcmində Fondun hesabına daxil olub. Fondun sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 7,4 milyon manat təşkil edib.

Sosial sığorta sistemində

iştirakçıların aktivliyi artırılır

2014-cü il ərzində sığortaolunanların fərdi uçot sisteminin qurulması tədbirləri davam etdirilib. İlin sonuna sosial sığorta nömrəsi verilmiş və fərdi hesab açılmış sığortaolunanların sayı 2 milyon 976 min nəfərə çatıb. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən 285 min nəfərə yaxın artıb ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir. Eyni zamanda sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb, Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib.

2014-cü il ərzində Fonda daxilolmaların

səviyyəsi pensiya və müavinətlərin qrafikdən

əvvəl maliyyələşdirilməsinə imkan verib

2014-cü il ərzində DSMF-nin xərcləri 2868,8 milyon manat təşkil edib ki, bunun da 2809,1 milyon manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2738,5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 milyon manat təşkil edib. Fondun aparatının və yerli orqanlarının saxlanılması xərcləri 22,5 milyon manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 17,5 milyon manat, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər 18,6 milyon manat olub. Əldə edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə pensiya və müavinətlərin ödənişinin hər ay qrafikdən əvvəl reallaşdırılması təmin olunub.

Sosial sığorta sahəsinin avtomatlaşdırılması

nəticəsində Azərbaycan "Doinq Business

2015" hesabatında 32 pillə irəliləyib

Fond tərəfindən vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də pensiyaların ödənişinin avtomatlaşdırılması daha da inkişaf etdirilib. Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizə yaxın hissəsini əhatə edirFondun məlumat bazasında 1 milyon 290 min pensiyaçı, 2 milyon 976 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

DSMF-nin əhaliyə göstərdiyi elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilir. 2014-cü il ərzində Fondun 6 yeni elektron xidməti aktivləşdirilərək "Elektron hökumət" portalına inteqrasiya edilib. Fondun təqdim elədiyi elektron xidmətlər "Elektron hökümət" portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. 2014-cü il ərzində Fondun öz saytı, "elektron hökumət portalı" və "elektron ödəniş portalı" vasitəsilə ümumilikdə 1 milyon 380 minə yaxın elektron xidmətlərdən istifadə sayı qeydə alınıb. Nəticədə Dünya Bankının "Doing Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Pensiyaların təyini və ödənişinin

avtomatlaşdırılması sistemi daha da genişləndirilib

2014-cü ildə pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən "Mərkəzi Çağrı Sistemi" ("190-0" nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə "ASAN xidmət" mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib. Hesabat ili ərzində pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri davam etdirilib. Hazırda kənd yerlərində yaşayan pensiyaçıların 99,9 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə isə 99,9 faizinin pensiyasının plastik kartlarla ödənilməsi, bu məqsədlə ümumilikdə 858, o cümlədən kənd və qəsəbələrdə 198 bankomatın istifadəsi təmin olunub.

"Pensiya+" xidməti nağdsız hesablaşmaların

 genişləndirilməsi üçün mühüm tədbirlərdəndir

2014-cü ilin əvvəlindən nağdsız hesablaşmaların pensiyaçılar arasında təşviqini nəzərdə tutan "Pensiya+" xidməti istifadəyə verilib. Bu xidmət çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün avtomatik olaraq aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılıb və pensiyaçılar tərəfindən nağdsız ödəniş zamanı istifadə edilən bu vəsaitlərə görə heç bir xidmət haqqı ödənilmir. "Pensiya +" xidməti fəaliyyətə başladığı dövrdən hazıradək bu xidmət çərçivəsində həyata keçirilən nağdsız ödənişlərin dövriyyəsi 2 dəfə artıb.

Elektron xidmətlərdən istifadənin

təşviqi öz müsbət nəticələrini verməkdədir

DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktivinformativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Bu sahədəki fəaliyyətin gücləndirilməsi məqsədilə 2014-cü il ərzində 4 sayda mərkəzi, 15 sayda regional təqdimat keçirilib. Bununla yanaşı, "Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" və "Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır" mövzularında KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanıb. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları yaradılıb. Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli "Çağrı Mərkəzi" vasitəsi ilə həyata keçirilir. Bu sahədə ardıcıl tədbirlərin icrası nəticəsində 2014-cü ildə vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 35 faiz azalıb. Vətəndaşlardan, hüquqifiziki şəxslərdən daxil olan sorğuların, ərizə və şikayətlərin vaxtında və operativ şəkildə cavablandırılması işləri davam etdirilib. Hesabat ilində bilavasitə Fondun sədri tərəfindən aparatda 59, regionlarda isə 351 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb.

Azərbaycanın sığorta-pensiya sistemində

aparılan islahatlar Beynəlxalq Sosial

Təminat Assosiasiyasının diqqət mərkəzindədir

2014-cü ildə DSMF Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvü kimi fəaliyyətini uğurla davam etdirib. 2014-cü ilin oktyabr ayında Bakı şəhərində DSMF-nin ev sahibliyi ilə BSTA-nın "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda beynəlxalq seminarının təşkil olunması Azərbaycan Respublikasında sığorta-pensiya sistemində aparılan islahatlar, bu sferada informasiyakommunikasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqi təcrübəsinin diqqətə alınmasının göstəricisidir. Tədbirdə Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilarların, 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının, Azərbaycan Respublikasının dövlət orqanlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiyakommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak ediblər.

2014-cü il ərzində DSMF-nin nümayəndə heyəti BSTA-nın 110-cu Büro iclasında, habelə BSTA Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclaslarında iştirak edib. Qeyd edilən iclaslar BSTA-nın 2014-2016-cı illər üzrə tərəqqi hesabatı, Assosiasiyanın Təlimatlarının hazırlanması üzrə Komitəsi və Təkmilləşdirmə Mərkəzi ilə bağlı fəaliyyət istiqamətləri, idarəetmə, xidmətin təşkili, İKT-nin tətbiqi və sahələr üzrə BSTA standartlarının tətbiqi, Avropa Şəbəkəsi Rəhbər Komitəsinin 2014-2016-cı illər üzrə fəaliyyət planı və digər məsələlərin müzakirəsinə həsr olunub. Bu iclaslar çərçivəsində BSTA-nın Prezidenti, baş katibi, Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, habelə BSTA-nın üzvü olan bir sıra ölkələrin pensiyasosial sığorta təşkilatlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilərək qarşılıqlı və regional əməkdaşlıq perspektivləri müzakirə edilib.

Əlavə pensiya təminatı imkanlarının

yaradılmasını nəzərdə tutan DSMF ilə Avropa

İttifaqının birgə layihəsi fəaliyyətə başlayıb

Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı DSMF ilə Avropa İttifaqının birgə layihəsi 2014-cü ilin may ayından fəaliyyətə başlayıb. Layihə üzrə işlərin 2015-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulub. Layihənin təsdiq olunmuş fəaliyyət planına müvafiq olaraq ötən dövrdə Avropa İttifaqının ekspertlər qrupunun ölkəmizə çoxsaylı səfərləri çərçivəsində Azərbaycanda mövcud iqtisadidemoqrafik vəziyyət, qanunvericilik, maliyyə və sığorta-pensiya sistemi öyrənilib, geniş araşdırma işləri aparılıb, eləcə də DSMF ilə, habelə müxtəlif dövlət orqanları və sair qurumlarla görüşlər keçirilib. Layihənin fəaliyyət göstərdiyi ötən dövr ərzində ekspertlərin və DSMF-nin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş seminarlarda Azərbaycan və Avropa İttifaqına daxil olan bir sıra ölkələrin sosial sığorta və pensiya təminatı sistemləri ilə bağlı geniş təqdimatlar edilib, qeyd edilən sistemlərin xüsusiyyətləri barədə ətraflı müzakirələr aparılıb.

Layihənin icrasını həyata keçirən beynəlxalq ekspertlərin daxil olduğu missiya hazırda yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin ilkin planının ("blueprint") layihəsi üzərində işləyir. Qanunvericilik bazası üzrə ilkin plan ekspertlərin apardığı araşdırma işlərinin nəticələri əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla tərtib ediləcək və bu işlər başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə sənəd layihəsinin Avropa İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.

Bu layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq.

Fond sistemi üzrə dövlət qulluğuna

müsabiqə yolu ilə qəbul davam edir

2014-cü il ərzində DSMF-yə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul prosesi davam etdirilib. İl ərzində Fond sistemi üzrə dövlət qulluğu vəzifələrinin tutulması üçün iki müsabiqə elan edilib. Birinci müsabiqə çərçivəsində müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan iştirakçılardan 65 nəfəri aidiyyəti vəzifələrə təyin olunublar. Hazırda davam edən ikinci müsabiqə üzrə isə test mərhələsində uğur qazanmış 156 nəfər iştirakçı müsahibə mərhələsinə buraxılıb.

2015-ci ildə qarşıda duran vəzifələr: pensiya islahatlarının yeni mərhələsində uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması hədəflənir.

Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq növbəti mərhədə islahatların əsas vəzifələri kimi pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması çıxış edir. Bununla bağlı, pensiya təminatı sistemi üzrə qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaq.

Əmək pensiyasının baza hissəsinin

restrukturizasiyası sığorta-pensiya sistemi

iştirakçılarının marağını azaldan halları aradan qaldıracaq

2015-ci ildə mühüm islahat tədbiri kimi reallaşdırılacaq əmək pensiyasının baza hissəsinin restruktrizasiyası işləyənlərin fərdi hesablarında ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcəkdir. Bu qaydanın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Digər tərəfdən hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbi qoyulmayacaq.

Əmək pensiyalarının baza hissəsi minimum pensiya göstəricisi ilə əvəz olunacaqdır ki, bu da pensiyaların bütün məbləğinin hər il indeksləşdirilərək artımına imkan verəcək.

Nəzərdə tutulmuş əsas islahat istiqamətlərindən biripensiya təminatında dövlət öhədəilikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsidir. Bu tədbirin nəticəsində pensiya təminatında 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər, eləcə də bəzi kateqoriya şəxslərin pensiyasına əlavələr dövlət öhdəlikləri hesab olunacaq və bilavasitə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək. Dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinə imkan verəcək.

Sosial sığorta prinsiplərinin gücləndirilməsi

iştirakçılara əlavə stimul verəcək

Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir. Bu məqsədlə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı sosial sığortaya cəlb edilən əməkhaqqına müəyyən hədd qoymaqla, bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsinin vətəndaşların seçiminə verilməsi kimi təşviq vasitələrinin tətbiqi sığortaolunanlara əlavə könüllü sığorta haqqı ödəməklə pensiya kapitalını artırmaq imkanının verilməsini nəzərdə tutur.

"2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"ndan irəli gələn vəzifələrin icrası məqsədilə DSMF-də xüsusi əlaqələndirmə komissiyası yaradılıb. Pensiya islahatları çərçivəsində Fond tərəfindən kompleks hazırlıq işləri, o cümlədən qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərin işlənilməsi, texniki hazırlıq və digər tədbirlər həyata keçirilməkdədir.

Elxan Salahov

Həftə içi.- 2015.- 13 fevral.- S.5.