Qohum nikahlar genofondumuzu məhv edir

Ekspertlərin fikrincə, genetik xəstəliklər müalicə olunmadığından, ailələrin yaşamı işgəncəyə çevrilir

Heç kimə sirr deyil ki, indi nikaha daxil olan cütlüklərin heç hamısı yaxın vaxtlarda valideyn olmağı planlamır". "Report"un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin tabeliyində xidmət göstərən Ailə Planlanması Məsləhətxanasının baş həkimi Sitarə Haqverdiyeva deyib.

Baş həkim vurğulayıb ki, kişilər çox vaxt infeksiyanın daşıyıcısı olduqları üçün onların da mütəxəssislə konsultasiyası vacibdir: “Statistikaya əsasən, Azərbaycanda indi qohum nikahlar kifayət qədər çoxdur. Belə nikahlar anadangəlmə fiziki anomaliyalı talassemiya, hemofiliya, fenilketonuriya kimi genetik xəstəlikli uşaqların doğulma riskini artırır. Elə uşaqların müalicəsi çox mürəkkəb, uzunmüddətli, bəzən isə hətta nəticəsiz prosesdir. Ümumiyyətlə, bu, bir faktdır ki, genetik xəstəliklər müalicə olunmur, bu zaman uşağın həyatı çətinləşir, valideynlərin mənəvi sosial yaşamı işgəncəyə çevrilir".

Yeri gəlmişkən, qohum nikahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir. Dünyaya gələn uşaqların ən azı 8,4 faizi qohum nikahdan doğulur. Hazırda bu amil xüsusilə Qərbi Aralıq dənizi Cənubi Hindistanda çox geniş yayılıb. Qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. Xalqın təhsil səviyyəsi genetik xəstəliklər mövzusundakı məlumatının artması, bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir, hətta adalarda 29 faizə yüksəlməkdədir. Ərəb ölkələri, Cənubi Hindistan, Misir Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir. Avropa Amerikada isə qohum evliliklərindən doğulacaq uşaqların qüsurlu, irsi xəstəliklər əqli qüsurlu olma vəziyyəti geniş yayılıb. Xatırladaq ki, qohum evliliyində olan problem, sağlam olan şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlarına keçməsidir. Birinci dərəcə qohumlar arasında evliliklərdə genlərin 1/8-i paylaşıldıqda genetik olarak aşkarlanan xəstəlik riski 3 faizdir. Aralarında qan bağı olmayan ata-analardan doğulan uşaqlarda isə 2 faizdir. Birinci dərəcədən qohumlar arasındakı evliliklərdə uşaqlarda düşmə, ölü doğum, beyin iflici göstərilir.

Qohum nikahların ən çox rast gəlindiyi ölkələrdən olan Türkiyədə bu səbəbdən uşaqlarda bir sıra irsi xəstəliklərin yüksək olduğu müşahidə edilir. Belə ki, Türkiyədə qurulan evliliklərin 30-35 faizi qohum nigahların payına düşür. Bu evliliklər irsi xəstəlikləri özü ilə gətirir. Ən çox rast gəlinən irsi xəstəliklərdən biri talassemiya olduğu vurgulanır. Belə ki, Türkiyədə sümük iliyi nəql edilən 400 xəstənin 150-i talassemiyalı xəstələrdir. Onu da qeyd edək ki, dünyada qohum evliliyi nəticəsində doğulan uşaqların bir qisminin 1 yaşına çatmadan ağır infeksiyalar səbəbilə itirilməsi, xüsusilə ailələrin oğlan uşaqlarının yaşamadıqlarına rastlanır.

Mövzu ilə bağlı fikirlərini bildirən psixoloq Esmira Teymurova da hesab edir ki, insanlar qohum nikahların fəsadlarını dərk etmədiklərindən bu seçimi edirlər: «Adətən, bəzi ailələrdə belə bir mental düşüncə var ki, ailədə oğul yalnız qan ya yaxın qohumla ailə həyatı qurub nəsili davam etdirməlidir. Ancaq qohum onlara gələcəkdə sahib duracaq. Kənar ailənin övladı onlara sahib durmaz, qohumcanlı olmaz, onların qoyduğu qaydalara, ailənin qanunlarına tabe olmaz, amma qohum ailəsinin övladı bu qaydalara əməl edəcək. Eyni zamanda, qan qohumları arasında bağlanmış nigahların əsas səbəbləri həm var-dövləti nəsildə saxlamaq, ailə fərdləri arasındakı sevgi hörməti qorumaq, eləcə ucqar kəndlərdə seçimin olmamasıdır. Təbii ki, bu cür addım atan ailələr qan qohumluğunun fəsadlarını anlamaq istəmirlər. Onlar anlamaq istəmirlər ki, yaxın qohumlar arasında bağlanan nigahdan əsasən genetik xəstə uşaqlar doğulur. Belə nigahdan dünyaya gələn uşaqların xəstəliklərinin profilaktikası haqda demək olar ki, həmin xəstəliklə doğulan uşaqların müalicəsi mümkün olsa da, fəsadsız keçmir».

Ekspert həmçinin vurğulayıb ki, nigaha daxil olmamışdan əvvəl mütləq tibbi müayinədən keçmək lazımdır: «Bəziləri düşünür ki, tibbi müayinədən keçmək ayıb ya utancvericidir. Kənardakılar düşünər? Qohumlar arasına soyuqluq girər s. Əslində isə ailə məsuliyyətlə qurulan birlikdir, ona adi məsələ kimi baxıb, xırdalıqları nəzərə almamaq gələcəkdə insanlara böyük problemlər yaradacaq. Amma gələcək naminə sonradan peşman olmamaq üçün tibbi müayinə çox vacibdir. Bu baxımdan tibbi müayinə ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişikliklərin müsbət nəticələr verə biləcəyinə inanıram».

Psixoloq öz açıqlamasında onu da bildirib ki, gənc nəsil arasında qohum nikahların müşahidə olunması valideynlərin günahıdır: «Gənc nəsil bu gün müasirliyi ilə fərqlənirlər, kiminlə daha yaxşı anlaşdıqları, hətta münaqişəyə girib sonradan barışa biləcəkləri, rahat münasibət qura biləcəyi insanları seçirlər. Amma valideynlər buna qarşı çıxmaqda qərarlı israrlı olurlar. Onların məhz yaxın qohumları ilə evlənməsi valideynlərin istəyi nəticəsində baş tutur. Əslində bu mübarizədə qalib gələn tərəf olmur . Valideynlər övladlarının gələcəyini məhv edirlər. Təbii ki, milli baxımdan da millətimizin sağlam genli insanlara ehtiyacı var. Demək hər baxımdan gələcək məqsədlərini əvvəlcədən düşünülmüş şəkildə qərar verən insanların əlindədir. Bu baxımdan istənilən qərar ciddi şəkildə düşünüldükdən sonra verilməlidir ki, sonradan hansısa fəsadlara yol açmasın».

Məsələyə münasibət bildirən «Təmiz Dünyaİctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə isə ölkədə xəstə doğulan uşaqların sayının artması sırf qohum nikahlarla bağlı deyil. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat bununla bağlı araşdırma aparıb məlum olub ki, kimyəvi gübrələrdən istifadə olunan ərazilərdə qüsurlu uşaqların doğum nisbəti daha yüksəkdir: «Bilgəh digər Bakı kəndlərində, eləcə Masallıda bu məsələni araşdıranda bəlli oldu ki, həmin kəndlərdə əkinçilik sahəsində kimyəvi gübrələrdən daha çox istifadə edilib. Müşahidələr göstərir ki, bu faktor hamilə qadınlara öz əks təsirini göstərib. Bu müşahidəm nədən qaynaqlanıb nəyə görə bunun üzərində dayanıram?! Çünki tarixən Azərbaycanda qohum nikahlar həmişə olub. Lakin fiziki qüsurlu uşaqların bu qədər olması müşahidə edilməyib. Bakı kəndlərində deyildiyinə görə, bir evdə bəzən 2 3 uşağın fiziki qüsurlu olması müşahidə edilir. Demək, kimyəvi gübrələrdən istifadənin dayandırılması məsələsi ekoloji məhsulların əldə edilməsi məsələsinə diqqət etmək gərəkdir. Həm hamilə qadınların sağlamlığına, həm ümumən əhalinin həmin məhsullardan zəhərlənməsinin qarşısını almaqdan ötəri. Bəzən problemlərin kökü çox sadə məsələlərdən qaynaqlanır».

Mövzu ilə bağlı fikirlərini açıqlayan sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, əslində bu cür evliliklərin əsas səbəbi insanların bir- birinə inamsızlığıdır: “Etiraf edək ki, bu gün insanlar bir-birlərinə etibar etmirlər. Çünki boşanmaların sayı artıb. Cəmiyyətdə gərginlik yaranıb, adətən başqası ilə evlənəndə tərəflər arasında fikir ayrılıqları xoşagəlməz söz-söhbətlərə səbəb olur. Ona görə insanlar yaxından tanıdıqları üçün daha çox qohuma meyl edirlər. Qohum evliliklərində mühüm rol oynayan faktorlardan biri cehizin verilməsidir. Qohumlar bir-birlərini tanıyanda cehiz məsələsini öz aralarında rahat həll edirlər”.

 

Sevinc

Həftə ici.- 2016.- 3iyun.- S.3