Vyanada Milli Musiqi Gününə həsr  olunan konsert keçirilib

 

Sentyabrın 26-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü münasibətiləKönlüm keçir Qarabağdanadlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Xan Şuşinski Fondunun Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara Milli Musiqi Günü barəsində məlumat verib. Qeyd edilib ki, musiqili axşam Azərbaycanın musiqi beşiyi olan Qarabağa bu qədim Azərbaycan torpağının yetişdirdiyi musiqiçilərə həsr olunub.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. Bu münasibətlə Mədəniyyət Mərkəzi ənənəvi olaraq hər il həmin ərəfədə Azərbaycan musiqisinin təbliğinə xidmət edən tədbirlər təşkil edir. Bu il isə musiqi diyarı Qarabağın daha bir yetirməsi, Azərbaycan muğamlarının ölməz ifaçısı, muğam sənətimizin inkişafında misilsiz xidmətləri olan Xan Şuşinskinin adını daşıyan fondla əməkdaşlıq əsasında musiqisevərlərəKönlüm keçir Qarabağdanlayihəsi təqdim olunur.

Xan Şuşinski Fondunun prezidenti, böyük xalq sənətkarının qızı Bəyimxanım Verdiyeva-Cavanşirova öz çıxışında musiqinin xalqlar arasında körpü rolu oynadığını, musiqi dili ilə insanların daha yaxşı anlaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, rəhbərlik etdiyi qurumun da əsas hədəfi xarici ölkələrdə mədəni-kütləvi tədbirlər keçirməklə Azərbaycan mədəniyyətini yaxından tanıtmaqdır. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə fond indiyədək müxtəlif Avropa ölkələrində tədbirlər keçirib. Bu tədbirlərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması xaricdə yaşayan azərbaycanlıların doğma vətənlərinə olan mədəni-mənəvi bağlılıqlarını gücləndirməkdir.

Tədbirdə Azərbaycan musiqiçiləri xalq musiqilərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın Xalq Artisti, tanınmış tarzən Fikrət Verdiyev, gənc kamança ustası Şəhriyar Musayev, tanınmış muğam ifaçıları Ehtiram HüseynovSevinc Sarıyevanın təqdimatında milli musiqi parçaları böyük maraq və rəğbətlə qarşılanıb. Azərbaycan muğamlarının və xalq mahnılarının ifa olunduğu konsertQarabağ şikəstəsi” ilə başa çatıb.

 

Həftə içi.- 2017.-28 sentyabr.- S.8.