Əbülfəs Qarayev Britaniyada səfərdədir

 

Azərbaycan Respublikasının Prezidentinin Bakı Prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı 17 noyabr 2017-ci il tarixli 3392 nömrəli Sərəncamı ilə əlaqədar il ərzində müxtəlif ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatların baş qərargahlarında təqdimatların keçirilməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koventri Universitetində və Universitetin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunda Bakı Prosesinin 10 illik yubileyi ilə bağlı təqdimat mərasiminin keçirilməsi məqsədilə Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.

Səfər çərçivəsində nazir Əbülfəs Qarayev Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüş keçirdi. Görüşdə Koventrinin 2021-ci il üçün Böyük Britaniyanın mədəniyyət şəhəri seçildiyibununla bağlı qarşıdakı 4 il ərzində şəhərlə bağlı mədəni, sosialiqtisadi layihələrin həyata keçiriləcəyi vurğulandı. Nazir ölkəmizdə həyata keçirilən mədəniyyət və idman hadisələri, Naxçıvan şəhərinin 2018-ci il üçün islam mədəniyyətinin paytaxtı elan edildiyi, ölkə daxilində şəhər və rayonların müxtəlif kateqoriyalar üzrə mədəniyyət şəhərləri elan edilmə təcrübəsi barədə məlumat verdi.

Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Bakı Prosesi təşəbbüsünə toxunan nazir bu qlobal layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini, Koventri Universiteti ilə əməkdaşlığın istiqamətlərini qeyd etdi. Martin Reeves öz növbəsində Koventri şəhərində 100-dən çox millətin nümayəndələrinin yaşadığını, şəhərin böyük miqrasiya axınına məruz qalmış şəhər olduğunu, buna görə də Universitet ilə miqrantların inteqrasiyası, anlaşmadialoq məsələləri ilə bağlı birgə layihələr həyata keçirildiyini bildirdi. Daha sonra Koventri Nəqliyyat Muzeyinin nəqliyyat və mühərriklər üzrə kuratoru xanım Liz Chard-CooperKoventri Sosial Təsisatlar Universitetinin Sahibkarlığın inkişafı üzrə rəhbəri xanım Carole Donnelly ilə ikitərəfli görüşlər keçirildi və qarşılıqlı mübadilələr barədə müzakirələr aparılıb.

 

Həftə içi.- 2018.- 21 fevral.- S.7.