Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq görülüb

 

Bakı, 1 mart, SalamNews. Azərbaycan Xalça muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb.

Muzeyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Xalça muzeyinin təcrübəsini Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) dünya muzeylərinə bir nümunə kimi təqdim edir.

Beynəlxalq Sənədləşmə Komitəsi muzeyin sənədləşmə prosesində yaxşı təcrübə bu sahədə inkişaf  barədə məsləhətlər verir. Bu komitə 1950-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq komitələrindən biri kimi yaradılıb. Beynəlxalq Muzeylər Şurası isə YUNESKO yanında qeyri-hökumət təşkilatı statusunda yaradılan beynəlxalq qurumdur.

 

Həftə içi.-2018.-2 mart.-S.8.