Milli Kitabxananın 95 illiyinə həsr

edilmiş elmi-praktik konfrans keçirilib

 

Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmişMilli Kitabxanalarda innovasiyalar- dəyişikliklərin əsası və inkişafın istiqaməti kimimövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Kitabxanada reallaşan konfransa bir sıra ölkələrin milli kitabxanalarının təmsilçiləri də qatılıblar.

Konfransı giriş nitqi ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirin əhəmiyyətindən, rəhbərlik etdiyi qurumun keçdiyi inkişaf yolundan söz açıb. Prezident İlham Əliyevin Milli Kitabxananın inkişafına göstərdiyi diqqət və qayğıdan danışan natiq rəhbəri olduğu qurumun kollektivi adından ölkə başçısına təşəkkür edib.

Konfrans iştirakçılarını salamlayan mədəniyyət naziri Əbülfəs Qarayev Mili Kitabxanada təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, Milli Kitabxanada reallaşan tədbirlər hər zaman ictimaiyyətdə müsbət əks-səda doğurur.

Konfransın mövzusuna diqqət çəkən Ə.Qarayev deyib ki, bu gün kitab dünyası böyük sınaq dövrünü yaşayır. Müasir dövrdə kitabkitabxana sisteminin inkişafında innovativ tətbiqin vacibliyini qeyd edən nazir, bu yöndə dünyanın aparıcı kitabxanalarının qarışlıqlı əməkdaşlıq və təcrübə mübadilələrinin önəmini xüsusi vurğulayıb. Qeyd edib ki, Milli Kitabxana - kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən dövlət kitabsaxlayıcısıdır.

Bu gün ölkəmizdə fəaliyyət göstərən kitabxanalardakı kitabların sayı milyonlarladır. Milli Kitabxanada da beş milyondan artıq kitab saxlanılır. Bir il ərzində 3 milyonadək insan kitabxananın saytına baxıb. Milli Kitabxananın funksiyası fərqlidir. Bu gün kitabxananın inkişafı üçün hər şeydən öncə müasir standartlara cavab verən mübadilə proqramı olmalıdır. Milli Kitabxana bu baxımından özünün inkişaf dövrünü yaşayır. Bu kitabxanada ALISA proqramı tətbiq olunur. Kitabxana işində ən başlıca meyarlardan biribiblioqrafik fəaliyyətdir. Milli Kitabxana bu istiqamətdə işini olduqca yaxşı qurub. Milli Kitabxana ölkəmizin bilik xəzinəsidir. Kitabxananın əməkdaşları da bu illər ərzində böyük işlər görüblər. Mədəniyyətimizin dünyadakı təbliğində onların da xidmətlərini qeyd etməliyik. Mən 95 illik münasibətilə bütün kitabsevərləri və Milli Kitabxananın bütün əməkdaşlarını təbrik edirəm”, - deyə Ə.Qarayev vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə möhtəşəm konfransın Milli Kitabxananın 95 illiyinə həsr edilməsi olduqca əlamətdardır. Kitab və kitabxananın insanın bilik və mənəviyyatının zənginləşməsindəki rolundan bəhs edən G.Əfəndiyeva Milli Kitabxananın fəaliyyətini yüksək dəyərləndirib. “Milli Kitabxana aktiv fəaliyyəti ilə hər zaman müxtəlif ölkələrdə təşkil edilən sərgilərdə ölkəmizi və onun mədəniyyətini layiqli təbliğ edir. Eyni zamanda, türk mədəniyyətini də ölkəmizdə təbliğ edir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq Milli Kitabxana ilə çox gözəl əməkdaşlıq əlaqələrimiz var. Bildiyiniz kimi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Prezident İlham Əliyevin təşəbbüsü ilə və 2012-ci il avqustun 23-də Bişkek şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə hökumətləri tərəfindən imzalanmış Nizamnaməyə əsasən yerləşmə yeri Bakı şəhəri olmaqla yaradılıb. Bizim məqsədimiz, ilk növbədə, türkdilli xalqları bir araya gətirmək, qardaş ölkələri daha da doğmalaşdırmaqdan ibarətdir. Eyni zamanda, türk dünyasına məxsus zəngin mədəni irsi, zəngin mədəniyyət xəzinəsini dünyaya təqdim etməkdir. Bu istiqamətdə Fond tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bizim üçün sevindirici haldır ki, Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli dövlətlərin mədəniyyətinin inkişafı və təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Fondun həyata keçirdiyi layihələr müxtəlif istiqamətliləri əhatə edir. Dahi şəxsiyyətlərin və əlamətdar hadisələrin yaşadılması ilə bağlı kitablar nəşr edirik. Qədim eposlarla “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və “Manasla bağlı müəyyən tədqiqatlar aparılır və bu ilin sonunadək nəfis tərtibatlı kitabların ərsəyə gəlməsi nəzərdə tutulur. Böyük İpək Yolu, türk dünyası və müxtəlif dünya sivilizasiyası ilə bağlı müxtəlif mübadilə proqramları həyata keçiririk. Bilirsiniz ki, Azərbaycan neçə illərdir işğala məruz qalıb. Torpaqlarımız işğal olunub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birlikdə böyük bir layihə hazırlayır. Bu layihə işğal olunmuş ərazilərimizdə tarixi abidlərə vurulan zərərləri əhatə edir. Bununla bağlı birinci kitab çap edilib, ikinci kitab da çox güman ki, ilin sonuna qədər hazır olacaq”, - deyə G.Əfəndiyeva vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Milli Kitabxananın fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verib, problemlər və qazanılan uğurlardan danışıb. Milli Kitabxananın Mədəniyyət Nazirliyinin ən mühüm elmi-ideoloji, mədəni mərkəzlərdən biri olduğunu deyən İsa Həbibbəyli bildirib ki, kitabxana ölkəmizdə və xaricdə özünün aydın strateji xətti ilə, kitab işinin təşkili baxımdan ölkəmizə yalnız başucalığı gətirib. Milli Kitabxana Azərbaycan dövlətçiliyi, müasir siyasəti, elmi və mədəni həyatı ilə bağlı ən mötəbər tədbirlərin keçirildiyi mərkəzlərdən biridir.

Milli Kitabxana hər şeydən əvvəl ölkəmizdə kitabxana işinin modelini təqdim edir. Ölkəmizin kitabxana şəbəkəsi öz işini bu kitabxana əsasında qurur, həm yaş etibarı, həm də apardığı etibari ilə Azərbaycandakı kitabxana işinin ön sırasındadır. Bura həm də ölkəmizin əsas elmi mərkəzlərindən biridir. Kitabxananın nəşr etdiyi biblioqrafiyalar ölkəmizdə müxtəlif təşkilatlarda, elmi qurumlarda, ali məktəblərdə çap olunan biblioqrafiyaların ən müasir modelini özündə əks etdirir. Bunlar ciddi elmi nəşrlərdir, ölkəmiz üçün çox mühüm mənbələrdir. Bu nəşrlər AMEA-da ciddi elmi nəşrlər kimi qəbul olunur”, - deyə akademik qeyd edib.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və digər natiqlər çıxış edərək konfransın əhəmiyyətindən, Milli Kitabxanada görülən işlərdən, kitabın cəmiyyətə faydasından bəhs ediblər.

Konfrans qarışlıqlı maraq doğuran mövzuların müzakirəsi ilə davam edib.

 

Həftə içi.- 2018.- 28 sentyabr.- S.8.