Azərbaycanın beynəlxalq əmək təşkilatları ilə əlaqələri

 

II YAZI

 

Azərbaycan tərəfi hər il Beynəlxalq Əmək Konfransının sessiyalarında, bu sessiyalar çərçivəsində müvafiq mövzularda aparılan müzakirələrdə də fəal iştirak edir, Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan dövlət siyasəti, əldə olunmuş uğurlar barədə dolğun məlumatlar təqdim edirlər. BƏT-lə əməkdaşlığın bir istiqaməti də ölkəmizdə özünüməşğulluq proqramının icrası işlərini əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, ölkəmizdə işaxtaranişsiz vətəndaşların özünüməşğulluğuna yönələn proqramın həyata keçirilməsi sahəsində BƏT-lə əməkdaşlığa xüsusi önəm verilmiş, BƏT-in dəstəyi ilə Azərbaycanda özünüməşğulluq proqramı üzrə beynəlxalq sertifikatlı təlimçilər qrupu formalaşmışdır.

Azərbaycan BƏT-in layihə və təşəbbüslərində də yaxından iştirak edir. Bu sahədə növbəti tədbir kimi, BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, ölkəmizdə əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş silsilə tədbirlər və bu mövzuda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə milli dialoqun yekunlarına dair konfrans keçirilmişdir.

 

Dayanıqlı inkişafyeni hədəflər

 

2018-ci ilin may ayında isə Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq Əmək Təşkilatının Baş direktoru ilk dəfə Azərbaycana səfər edərək, Konfransda iştirak etmişdir. Azərbaycan Respublikası 1998-ci ildə BMT-ninBütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında”, 2008-ci ildə isə “Əlilliyi olan şəxslərin hüquqlarına dair” Konvensiyasına qoşulmuşdur. BMT-nin sabiq baş katibi Koffi Annanın Minilliyin Assambleyasında müraciətinə cavab olaraq, dünya miqyasında gənclərin məşğulluğu üzrə şəbəkə yaradılmış və on üzv ölkə gənclərin məşğulluğu üzrə lider müəyyən olunmuşdur. Azərbaycan da həmin on lider ölkə sırasına daxil edilmişdir. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sındakı öhdəliklərin səmərəli icrası üçün məqsədyönlü işlər aparılmış, o cümlədən Konvensiyaya uyğun olaraq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi hazırlanmış, layihə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin də rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilmiş və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 2018-ci ilin iyul ayında qəbul olunub. Ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən siyasətdə BMT-ninBütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiyasının prinsipləri daim diqqətdə saxlanılır və layiqli şəkildə yerinə yetirilir. Təsadüfi deyil ki, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin əməkçi miqrantlarla bağlı Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş Büro iclası Bakıda keçirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramının birgə layihəsi olan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi işsizişaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün qabaqcıl təcrübə əsasında innovativ yanaşmaların tətbiqində mühüm rola malikdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə icra edilən layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı rayonunda yaradılan SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) Təlim Tədris Mərkəzləri işsizişaxtaran vətəndaşların innovativ metodlar əsasında axtarışı bacarıqlarının təkmilləşməsinə öz töhfəsini verib.

 

Beynəlxalq qanunlarla tənzimlənən ölkə

 

2018-ci ilin dekabr ayında isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil BabayevBMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti tərəfindən Azərbaycan Hökuməti ilə BMTİP arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüzivlayiqli yerlərinin yaradılması” texniki yardım layihəsi imzalanıb. Layihənin məqsədi əlilliyi olan şəxslər üçün özünüməşğulluq fəaliyyətlərini pilot qaydada həyata keçirərək, bu təbəqədən olan 500 şəxsin dayanıqlı biznes qurmasına dəstək göstərmək, iştirakçıların əmək bazarına çıxışla bağlı üzləşdikləri xüsusi problemləri və maneələri nəzərə alaraq sosial və peşə-əmək reabilitasiyasını təmin etmək və s. məqsədinə yönəlib. 1994-cü ildən etibarən BMT-nin Əhali Fondu arasında fəal əməkdaşlıq həyata keçirilir. Qahirədə qəbul edilmiş “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinin ölkənin ümumən inkişaf strategiyasında nəzərə alınması üçün müvafiq tədbirlər həyata keçirilib. 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunub. Hər iki sənəddə, habelə yeni «Azərbaycanın demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsində həmin Fəaliyyət Proqramının prinsipləri nəzərə alınıb. Qeyd olunanlarla yanaşı, demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması məqsədilə BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlıq həyata keçirilir. UNİCEF arasında əməkdaşlıq ölkəmizdə “Sosial xidmət haqqında” Qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarsosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusionaltexniki baxımdan dəstəklənməsində mühüm rol oynayıb. UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı, “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb və icra olunub. Həmçinin son illərdə UNİCEF-in təklif və tövsiyələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlərin inkişafına dair Konsepsiya da hazırlanıb. Dünyanın ən nüfuzlu maliyyə qurumlarından biri olan Dünya Bankı ilə 1999-cu ildən etibarən başlanmış əməkdaşlıq çərçivəsində ötən dövrdə «Azərbaycanda PensiyaSosial Yardım islahatı», “PensiyaSosial Təminat Layihəsi”, “Sosial Müdafiənin İnkişafı Layihəsi” icra olunub. Dünya Bankının ekspert qrupu tərəfindən ölkəmizdə sosial müdafiə sisteminin inkişafı sahəsində aparılan işlərlə bağlı qiymətləndirmənin nəticələrində Azərbaycanın sosial müdafiə sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən bir sistem kimi qiymətləndirib. Bu, sosial müdafiə sisteminin əhatəliliyi baxımından dünya üzrə müsbət göstəricilərdən sayılır.

 

Avropaya inteqrasiyada Azərbaycanın mövqeyi

 

Avropa İttifaqı və Avropa Qonşuluq Siyasəti çərçivəsində daim inkişaf edən əməkdaşlıq əlaqələrinə malikdir. Hələ ölkəmizin dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanda icra olunmuş Avropa İttifaqının TACİS layihələri respublikada sosial müdafiə sisteminin təkmilləşdirilməsi, dövlət qurumlarına texniki yardım göstərilməsi və digər sahələrdə öz töhfələrini vermişdir. 2004-cü ildən etibarən Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən layihələrdən Tvinninq və TAİEX proqramlarına daha çox üstünlük verilmişdir. Ötən dövrdə aktuar hesablamaların, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahələrinin, əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiyasosial xidmət sistemlərinin inkişaf etdirilməsinə, son illərdə pensiya təminatı sistemində islahatın həyata keçirilməsinə dəstək məqsədli Tvinninq layihələri icra olunmuşdur. Azərbaycanın əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyi nüfuzlu beynəlxalq təşkilatlardan biriAvropa Şurasıdır. 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunan Azərbaycan 2002-ci ildə bu təşkilatın “İnsan hüquqlarının və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiya”sını, 2004-cü ildə Avropa Sosial Xartiyasını ratifikasiya etmişdir. Ölkəmiz indiyədək Avropa Şurasının insan hüquqları ilə bağlı 60-a yaxın konvensiyasını ratifikasiya etmişdir ki, onların böyük qismi məhz sosial hüquqlarla bağlıdır. Həmçinin Avropa Şurasının “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı”nın yerinə yetirilməsi istiqamətində də bu təşkilatla əməkdaşlıq həyata keçirilib. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) ilə də əməkdaşlıq əlaqələri daim güclənir. BSTA dünyanın bütün regionlarından sosial müdafiə və sosial təminat təşkilatlarını bir platformada birləşdirən, ən dinamik sosial sığorta sistemlərinin yaradılması və təşviqi məqsədilə sosial sahənin qarşılaşdığı problemlər, onların həlli yolları, uğurlarnöqsanlar barədə təcrübə mübadiləsini təşkil edən beynəlxalq təşkilatdır. Assosiasiya həmçinin üzv təşkilatlara informasiyaekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi və s. üzrə tədbirləri həyata keçirir. BSTA-nın 2016-cı ildə keçirilən Dünya Sosial Təminat Forumunda isə sosial təminat sahəsində ölkəmizdə aparılan uğurlu islahatlar, İKT-nin geniş tətbiqi sahəsində Azərbaycanın zəngin və uğurlu təcrübəsi nəzərə alınaraq, Azərbaycan ikinci dəfə BSTA-nın büro üzvü və Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Bu Komitəyə Avropa regionundan sosial təminat sahəsində mütərəqqi təcrübəyə malik 13 ölkə daxildir. Əməyin mühafizəsi sahəsində də mütərəqqi beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulurnazirliyin əmək müfəttişliyi sahəsində beynəlxalq əlaqələri daim genişlənir. Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının və Əmək Müfəttişliklərinin Regional Alyansının üzvüdür. BMT tərəfindən Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinin Cənub-Cənub Əməkdaşlığı müstəvisində digər ölkələrdə də tətbiqi təşviq olunur. Həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib. Azərbaycan hökuməti tərəfindən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu əməkdaşlıq çərçivəsində müvafiq sahələr üzrə qabaqcıl dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələlərinin aparılması istiqamətində işlər davam etdirilir.

 

Hürriyyət.- 2019.- 25-26 iyul.- S.14.