Azərbaycanda qeydə

alınan ixtiraların sayı artıb

 

Ötən il təsdiqlənən ixtiralardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsus olub

 

2018-ci ildə Azərbaycanda ixtiralara dair 64 patent qeydiyyata alınıb. Bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair isə 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1- i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb ki, onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur. Müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 720-si milli, 350-si xarici fiziki hüquqi şəxslərə məxsus olub.

Qeyd edək ki, təkcə son 5 ildə Təhsil Nazirliyi sistemində olan universitetlərin professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verilib. İxtiralara alınan patentlərin sayı 164 olub. Onlardan 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda alınıb.

Məlumat üçün bildirək ki, 2017-ci ildə müxtəlif sahələri özündə əks etdirən 49 yeni ixtira Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsində patentləşdirilib. Patent sahibləri tibb, neft kimya sahəsi, dəniz suyunun şirinləşdirilməsi digər sahələr üzrə öz ixtiralarını təqdim ediblər. Onların arasında nəinki Azərbaycanda, hətta dünya üzrə ilk dəfə patentləşdirilən təyyarə digər nəqliyyat vasitələrində zərərverici bakteriyaların virusların məhv edilməsi üçün nəzərdə tutulan ixtira da var.

Yeri gəlmişkən, son illər Azərbaycanda elm biznes arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar aparılmaqdadır. Bu məsələnin mövcud qanunvericilikdə öz əksini tapması isə həyata keçirilən islahatları daha da sürətləndirir. Belə ki, bir neçə il öncə qəbul olunmuş “Elm haqqındaqanunda elmi ekspertiza, impakt faktor, istinad indeksi, elmi innovasiya, təkrar ekspertiza, texnopolis, elmi-texnologiya parkları kimi müasir reallıqdan doğan anlayışlar həmin anlayışlardan irəli gələn vəzifələr konkret maddələrdə ifadə olunub. Eyni zamanda, qanundaElmdə innovasiya sahibkarlıq fəaliyyətiadlanan ayrıca maddə mövcuddur. Bu, elmi işçilərin zamanın tələbindən irəli gələn, dünya təcrübəsi ilə səsləşən yeni tipli səlahiyyəti vəzifələridir. Amma burada bir məsələ var ki, iqtisadi sahədəki kommersiya, sahibkarlıq fəaliyyəti ilə elmdəki innovasiya sahibkarlığı eyniləşdirmək olmaz. Ona görə “Elm haqqındaqanunda elm sahəsindəki innovasiya sahibkarlıq fəaliyyətinin mahiyyəti aydınlaşdırılıb, əsas istiqamətləri əhatə dairəsi müəyyən olunub. Qanunun 38-ci maddəsinin ayrı-ayrı bəndlərində elmdə sahibkarlığın istiqamətləndirilməsinə dair müddəalar onların iqtisadi-hüquqi əsasları əks etdirilib.

Qanuna görə, elmi müəssisələrdə ali təhsil müəssisələrində ölkədə rəqabət qabiliyyətli inkişafın formalaşdırılması məqsədilə innovasiya təşəbbüsləri əsasında yüksək texnologiyalara əsaslanan təcrübə-sınaq xarakterli sənaye müəssisələri, təsərrüfat sahələri, alternativ enerji stansiyaları, elmi-informasiya, texnoloji, informasiya ekspertiza mərkəzləri yaradıla bilər. Bu mənada AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) sahibkarlığın inkişafına dəstək verə biləcək əsas qurumlardan sayılır. Ekspertlərin fikrincə, sözügedən qurum elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmaq üçün bilik iqtisadiyyatına öz töhfələrini verəcək. Ona görə ölkə prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması elm ictimaiyyəti üçün çox önəmli bir strateji missiya kimi qəbul edilir. Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafına rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi texnoloji nailiyyətlərə əsaslanan innovasiya yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədini daşıyır.

Bunun üçün AMEA Təcrübə-Sənaye Zavodunun ərazisindəki mövcud imkanlar, elmi-tədqiqat institutlarının çoxsaylı alim mütəxəssisləri, 350-yə yaxın müasir laboratoriya sınaq qurğuları, proseslərin idarə olunması üçün peşəkar innovasiya heyəti fəaliyyətə cəlb olunub. Yüksək Texnologiyalar Parkının ərazisində xarici daxili infrastrukturun yaradılması sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin edilməkdədir. Hazırda AMEA Yüksək Texnologiyalar Parkı milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq, idxal əvəzləyici sektorları inkişaf etdirmək, ixrac bazarlarında rəqabət üstünlükləri əldə etmək digər strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malikdir. Belə ki, qeyri-neft sektorları üzrə ideya biliklərin dəstəklənməsi ilə resurs asılılığının azaldılması, kiçik orta sahibkarlığın dəstəklənməsi istiqamətində Park startaplara özəl şirkətlərə əlverişli mühit yaradır. Rəqabətədavamlı bazar subyektlərinin yaradılması idxal əvəzləyici sektorların formalaşdırılması, özəl şirkətlərə stimullaşdırıcı şərait yaratmaqla ixracmeyilli sektorlar üçün rəqabət üstünlüklərinin qazandırılması, bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanlarından istifadə üçün AMEA Yüksək Texnologiyalar Parkında bütün lazımi infrastruktur şəraiti yaradılmaqdadır.

İnnovativ layihələrin icrası, sınaq-ekspertiza prototiplərin hazırlanması elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi təşkil olunur.

Eyni zamanda, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması üçün bütün ideya layihə müəlliflərinin cəlb edilməsi onların hazır məhsullara çevrilərək istehsalata tətbiq edilməsinə dəstək verəcək mexanizmlər qurulmaqdadır. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə AMEA özünün dövlət büdcəsindəki xərc yükünü azalda, ölkədən valyuta axınının qarşısının alınmasında idxal əvəzləyici məhsulların, o cümlədən kiçik orta sahibkarlığın inkişaf etdirilməsində milli iqtisadiyyatda elmin payını artırmaqla iqtisadiyyatın diversifikasiya edilməsində öz rolunu artıra biləcək.

Məlumat üçün onu da xatırladaq ki, XXI əsrdə intellektual mülkiyyət beynəlxalq arenada özünəməxsus yerə malikdir. İnsan beyninin məhsulu olan ixtiralar, sənaye nümunələri, ticarət markaları dünyanın hər yerində istifadə olunur. Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı (ÜİMT) da bütün dünyada məhz müəlliflik hüqularının qorunması nəticəsində bu ixtiralardan istifadəni daha faydalı edir, ixtira sahibinə isə öz əməyinə görə normal mənfəət əldə edilməsində köməklik göstərir. Belə ki, hər bir ixtira sahibi ona məxsus olan ticarət markasını ya sənaye nümunəsini lokal ya regional səviyyədə qeydiyyatdan keçirmək istədikdə, ilk növbədə bu ixtiranın həquiqətən , yeni olduğunun ya artıq kiminsə mülkiyyətində olduğunu müəyyənləşdirmək zərurəti meydana çıxır. Bunu dəqiqləşdirmək üçün iri həcmli informasiyalar massivində axtarış həyata keçirmək lazım gəlir. Mütəmadi olaraq təzələnən bu baza bir sıra dövlətlər, hətta qeyri-üzv ölkələr tərəfindən istifadə olunur.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Şahlar Əsgərov da vurğulayıb ki, XXI əsr elmə, biliyə söykənən əsrdir: “Cəmiyyət özü müəyyən etməlidir ki, ona hansı elmi məhsul lazımdır. Elmdə prioritet istiqamətlər yenidən araşdırılmalıdır. Yəni nəyi öyrənmək, nəyi öyrənməmək məsələsi yenidən müəyyənləşməlidir. Sovetlər dövründə fizika aparıcı olduğu üçün fizikanı daha dərindən öyrənirdik. Çünki sovet imperiyasına silah tələb olunurdu, hərbi sənaye kompleksinin inkişafı vacib məsələ idi. Silah istehsalı qaynaqlarının əksəriyyətinin elmi-nəzəri müddəalarını fiziklər, riyaziyyatçılar, kimyaçılar hazırlayırdı. Amma indi Azərbaycan müstəqil, bəşəri dəyərlərə söykənən bir dövlətdir və bu saat bizim üçün iqtisadiyyat, hüquq, tibb və digər sahələrin inkişafı daha məqsədəuyğundur”.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2019.- 11-13 may.- S.6.