“Azərbaycan kitab mədəniyyəti”  təqdim olundu

 

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair, folklorşünas, filologiya elmləri doktoru İslam Sadığın Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə yeni işıq üzü görmüş “Azərbaycanda kitab mədəniyyəti” adlı monoqrafiyasının təqdimatı oldu.

Tədbiri aparmaq üçün sözü AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy apararaq bildirdi ki, “Azərbaycan ədəbiyyatını, poeziyasını, publisistikasını, folklorşunaslığını öz yaradıcılığı ilə zənginləşdirən, azərbaycanşünaslığın yaradıcılarından biri olan İslam Sadığın təzə çapdan çıxmış kitabının işığına toplaşmışıq. Onun sözlərinə görə İslam Sadıq etnik milli köklərə bağlı bir insandır:” O, azərbaycanşünas alimdir və həmişə Azərbaycana bağlı olaraq qalır. Onunla birlikdə bir neçə konfransda, hətta Türkiyədə keçirilən konfranslarda olmuşam. O həmişə vətənin bir qeyrətli oğlu, biliyinin zənginliyi və təfəkkürünü dərinliyi ilə seçilən bir tədqiqatçı kimi söylədiyi fikirləri inandırıcı arqumentlərlə təsdiqləyir, tarixi gerçəklikləri qaranlıqlar içərisindən gün işığına çıxarmağı bacarır”.

Pofessor Sabir Tağı bildirdi ki, İslam Sadıq geniş erudisiyalı insandır:” Onunla elmin istənilən sahəsinə dair söhbət etmək mümkündür. Memarlıq abidələrinin aşkarlanması sahəsində çətinliyim olanda mən özüm İslam müəllimə müraciət etmişəm. Onun bu sahədə mənə çox böyük köməkliyi dəyib. Mən İslam Sadığı əsl vətəndaş, əsl alim, ilk öncə bir ziyalı kimi tanıyıram”.

Tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli söylədi ki, “İslam Sadığın “Azərbaycanda kitab mədəniyyəti” monoqrafiyasını oxuyub:” Kitab 8 fəsilə ayrılıb. Burada ən qədim dövrdən müasir dövrə qədər kitab haqqında hər şey verilib. Bu kitabdakı ən böyük yeniliklərdən biri “kitab” sözünün açılmasıdır. Bu günə qədər hamımız elə bilirdik ki,“kitab” ərəb sözüdür. Heç də belə deyilmiş. Ərəblərdən qabaq şumerlər olub. İslam Sadıq qətiyyətlə sübut etdi ki,“kitab” sözü şumerlərdən gəlir. Yeri gəlmişkən deyim ki, bu kitabda Qobustan məsələsi qoyulub və İslam Sadıq Azərbaycandakı Qobustanın dünya

kitab mədəniyyətinin ilk beşiyi olduğunu isbat edib. Eləcə də sözügedən monoqrafiyada Nəsirəddin Tusinin Marağa rəsədxanasının kitabxanasında 400 min əlyazma kitab olduğunu ortalığa qoyub ki, bu fakt indiyə qədər çoxlarına bəlli deyildi”.

“Azərnəşr”in baş redaktoru, sabit millət vəkili Əlövsət Ağalarov söylədi ki, “38 ildir İslam Sadıqla bir nəşriyyatda işləyir. İslam Sadıq yaxşı redaktordur, kitabın bilicisidir. 1980-ci illərdən özünü kitaba bağlayıb. Bu kitabı da yalnız İslam Sadıqyaza bilərdi. Burada bir sirri açmaq istəyirəm. “Azərbaycanda kitab mədəniyyəti” kitabını ömründə əlinə qələm alıb bir cümlə yaza bilməyən Adil adlı bir nəfər oğurlayaraq, öz adına çap etdirmişdir. Məhkəmə yolu ilə bu kitab İslam Sadığı özünə qaytarıldı. Və bu gün biz bu kitabın işığına yığışmışıq. Mədəniyyət Nazirliyinə öz təşəkkürümüzü bildiririk ki, öz dəstəyi ilə bu kitabı çap eləyib. Sözümün sonunda demək istəyirəm ki, İslam Sadıq ədəbiyyatın qara fəhləsidir. Biz bura vaxt itirməyə yox, nəsə aparmağa gəlmişik”.

Professor Yaşar Qasımbəyli vurğiladı ki, “bu kitabdan bizə məlum oldu ki, Qobustanı bizə qaytaran Səməd Vurğun olub. Bu kitab

bizim tariximizə, ədəbiyyatımıza və mədəniyyətimizə qarşı çıxanlara çox tutarlı bir cavabdır. Yeri gəlmişkən deyim ki, bu kitabda gözəl elmi dil var. Bizim dərsliklərimiz də, digər kitablarımız da belə dildə yazılmalıdır. Bir ədəbiyyatşünas alim kimi bu kitabı yüksəlk qiymətləndirirəm”.

Mədəniyyət Nazirliyinin Kitabxana Kollektorunun direktoru Ələddin Əsədzadə “sözügedən kitabın ilk oxucusu olduğunu söylədi. Jurnalistika fakültəsində dərsliklərin nə vəziyyətdə olduğunu yaxşı bilirik. Yararlı dərsliklərimiz çox azdır. İslam müəllimin “Azərbaycanda kitab mədəniyyəti” monoqrafiyası əsl dərslikdir”.

Professor Qüdrət İsaqov İslam Sadığın Səməd Vurğun haqqında yazdığı bir məqaləni xatırlatdı və bildirdi ki, “böyük şairin qarasınca ağzını allah yoluna qoyub danışanlara hələ bu cür tutarlı cavab verilməmişdi. Mən elə düşünürəm ki, həmin məqalə Səməd Vurğun haqqında gözəl bir tədqiqat əsəridir. Belə yazılar az-az yazılır. İslam Sadıq bir çox ilklərə imza atıb. “Azərbaycanda kitab mədəniyyəti” monoqrafiyası da Azərbaycanda ilk dəfə yazılmışdır. Bu, təksə kitabşünaslar yox, hamı üçün maraqlı kitabdır”.

AMEA Fəlsəfə İnstitutunun elmi işçiləri Ruşan Ruşanzadə, Telman Quliyev, Bakı Dövlət Universitetinin müəllimi, kitabşünas Leyla Abasova, AMEA Folklor İnstitutunun elmi işçiləri Qalib Sayılov, Tahir Orucov, tanınmış şairlərdən Tahir Tais, Musa Ələkbərli, Əkbər Qoşalı, Kərəm Kürqıraxlı, Nazim Əlioğlu, Adil Cəmil, Maşallah Məftun, Ağəcəfər Həsənli, Aygün Hüseyinli, Füzuli Ramazanoğlu və başqaları İslam Sadığın uğurlarından danışaraq bildirdilər ki, İslam azad təfəkkürlü müdrik, öz əqidəsinə, məsləkinə sadiq insandır. Onun poeziyası da, elmi və publisistik əsərləri də orijinaldır. Çünki onda bir şəxsiyyət bütövlüyü var. Bizi sevindirən odur ki, belə bir Azərbaycan ziyalısı var. İslamın ürəyinin böyük işığı var. Hesab edirik ki, o öz nurunu bütün türk dünyasına salacaq”.

İslam Sadıq hazırda Bakı Avrasiya Universitetində dərs deməsə də, onun vaxtilə dərs dediyi tələbələr böyük həvəslə bu tədbirə qatılmışdılar. İslam Sadığın yetirmələrindən İlkin Elsevər, Eltac Elmanoğlu, Avtandil Əliyev, Aytac Muradlı, Fatimə Sadıqova, Bahar Quliyeva, Turac Süleymanova, Səidə Əhmədova və başqaları çıxış edərək İslam

Sadığın bir müəllim kimi qayğıkeşliyindən, vətənpərvərliyindən və millətsevərliyindən danışdılar.

Sonra söz müəllifə verildi. İslam Sadıq “vaxt ayırıb bu tədbirə qatıldıqlarına görə iştirakçılara öz təşəkkürünü bildirdi. Tələbələrin gəlişindən daha çox sevindiyini bildirdi. O qeyd etdi ki, əgər mən hazırda həmin universitetdə işləsəydim tələbələrin bu tədbirə qatılmasından indiki qədər sevinməzdim. Mən orada işləmədiyimə görə tələbələrin mənə qarşı buqarşı bu sevgilərinin səmimiliyinə inanıram”.

 

 

Qələndər

Həftə içi.- 2019.- 13-14 noyabr. S. 8.