“Fikrət Qocanın poetik

dünyası” kitabının işığında

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Salatın Əhmədlinin “Fikrət Qocanın poetik dünyası” kitabının təqdimatı keçirilib.

“Həftə içi”nin verdiyi xəbərə görə, AYB-nin katibi İlqar Fəhmi iclası açaraq, Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərini vurğulayıb, Salatın Əhmədlinin kitabının elmi məziyyətlərini açıqlayıb. Fikrət Qocanın tədqiqatçılarından Gülxani Pənah kitabı yüksək dəyərləndirib.

Filologiya elmləri doktoru Nadir Məmmədli, Lalə Əlizadə, Aygün Bağırlı və başqaları çıxış edərək Salatın Əhmədlinin Fikrət Qocanın yaradıcılığından bəhs edən kitabı ilə bağlı fikirlərini söyləyiblər. Fikrət Qoca müəllifə təşəkkürünü bildirib.

Sonda Salatın Əhmədli tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

Qələndər

 

Həftə içi.- 2019.- 5-7 yanvar.- S.8.