Kəlbəcər meşələrində ekoloji terror  

 

 

Beynəlxalq ekoloji qurumlar isə ermənilərin törətdiyi terror hadisələrinə hələ də göz yummaqdadır

 

Məlum olduğu kimi, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Həmin sənədə əsasən, ermənilər noyabrın 15-də ilk olaraq Kəlbəcəri tərk etməli olsalar da, Azərbaycan tərəfindən köç üçün əlavə 10 gün vaxt istədilər. Azərbaycan Hökuməti növbəti dəfə humanizm nümayiş etdirərək, Kəlbəcəri tərk etmələri üçün ermənilərə əlavə vaxt tanıdı. Amma ermənilər 1992-ci ildə olduğu kimi, bu gün də vandallıqlarından əl çəkmir və barbarlıqlarını davam etdirirlər. Kəlbəcəri tərk edərkən evləri yandırır, infrastrukturu məhv edir, meşələrə od vurur, ağacları kütləvi şəkildə kəsərək yük maşınları ilə Ermənistana daşıyırlar.

 

Mütəxəssislər hesab edirlər ki, bu regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir. İşğalçı Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətləri, terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edir. Bununla da Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir. Ermənilər Kəlbəcər və digər rayonlarda ağacları kəsməklə, evləri yandırmaqla və ətraf mühitə başqa cür zərər verməklə gələcəkdə orda yaşayan azərbaycanlılara və dövlət iqtisadiyyatına qarşı cinayət törədirlər.

 

Ölkə Prezidentinin də vurğuladığı kimi, bu məsələyə Azərbaycan tərəfi biganə qalmayacaq və mənfur düşmən törətdiyi bütün cinayət əməllərinə görə cəzasını alacaq. Təbii ki, bu məsələdə də Azərbaycanın haqlı davasının uğurla nəticələnəcəyinə böyük inam var. Çünki BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnaməsində işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı. Bununla yanaşı, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub.

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum, habelə ekoloji qeyri-hökumət təşkilatları, Azərbaycan ictimaiyyəti sosial şəbəkələrdə və televiziyalarda Kəlbəcər ərazisində ermənilərin barbarlığını nümayiş etdirən foto və videolarda əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri insanlığa, təbiətə qarşı əsil düşmənçilik kimi qiymətləndirir.

 

Nazirlik rəsmisinin sözlərinə görə, təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdəki flora və faunanın məhvi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı iki min ildən artıq olan təbiət abidələrinin - çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş fosforla yandırılması, indi də Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir: "Bu barbarlığa biz yayılan fotovideolarda bir daha şahid olduq. Həmin ekoloji cinayətlər illərlə Azərkosmosdan alınmış foto faktlarda da təsdiq olunub. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırımı, yaradılmış əməliyyat qrupunda təmsil olunan nazirliyimizin əməkdaşlarının keçirdiyi monitorinqlərin ilkin nəticələrində də öz əksini tapıb".

 

Nazir müavini qeyd edib ki, mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim edilib: "Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması, talançılığın qeydə alınması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qrupları Azərbaycana dəvət olunacaq. Ekoloji terror faktlarına qiymət verilməsi üçün səylərimizi davam etdirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlərə artıq başlamışıq. İşğaldan azad olunmuş ərazilərdə noyabrın 11-dən başlayaraq müxtəlif növ ağac tingləri əkilir, meşə örtüyünün və yaşıllıqların bərpası istiqamətində tədbirlər görülür. Qarabağ ərazisində fəaliyyətimiz bundan sonra daha da intensivliklə davam etdiriləcək".

 

Yeri gəlmişkən, Qarabağdason günlər Kəlbəcər rayonunda ermənilər tərəfindən meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə qırılması kimi ekoloji cinayətlərə son qoyulması və bu cinayət faktlarının beynəlxalq ekoloji təşkilatlara çatdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmiləri beynəlxalq tərəfdaş təşkilatlarla onlayn görüşlər keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi ofisiBMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi ilə ayrı-ayrılıqda keçirilən onlayn görüşlərdə Qarabağ bölgəsinin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə zərər dəyməsi, qiymətli ağackol növləri ilə zəngin meşələrimizin məqsədli şəkildə məhv edilməsi barədə bir daha xarici təmsilçilər məlumatlandırılıb.

 

Eyni zamanda, erməni işğalçılarının törətdiyi ekoloji genosidin dayandırılması üçün ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ümumilikdə 31 beynəlxalq təşkilata müraciət ünvanlanıb.

 

Müraciətlərdə qeyd olunub ki, beynəlxalq təşkilatlar Ermənistanın Qarabağ ərazisində törətdikləri faktiki ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbirlər görmür, əksinə, buna göz yumur.

 

Qarabağ ərazisində, Kəlbəcər rayonunda davam etdirilən ekoloji terror aktları, təbiətin vəhşicəsinə talan olunması və bunlara son qoyulması ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Bütün bölgəyə təsir edən və qlobal miqyasda bərpaolunmaz ekoloji nəticələrə səbəb olacaq bu dəhşətli əməllərə təcili reaksiya və ədalətli qiymət verilməsi tələb edilib.

 

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov hesab edir ki, ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji terror onların əsl xislətinin vandallıqdan ibarət olduğunu bir daha sübut edir:

 

“Təcavüzkar Ermənistan Kəlbəcərdə meşələri qəsdən qırmaqla və yandırmaqla işğal altında saxladığı ərazilərdə 30 il həyata keçirdikləri ekoloji terroru davam etdirir. Erməni işğalçılarının tək xalqımıza qarşı deyil, təbiətimizə və təbii sərvətlərimizə qarşı da böyük terrorçuluq siyasəti həyata keçirmələri onların necə vəhşi və qaniçən bir millət olduğunu bir daha sübut edir. Çünki onların ömür boyu heç nəyi olmayıb, onun-bunun dəstəyi ilə yaşayan bir millət olub. Öz dövləti, öz təbii sərvəti olmayan oğru bir millət heç vaxt başqasının dövlətinə, sərvətinə hörmətlə yanaşa bilməz. Onları həmişə uçurumun dibindən ruslar xilas edib, necə ki, indixilas etməyə çalışırlar. Amma onlar bunu da dəyərləndirmirlər. Azərbaycanın göstərdiyi humanizmə də vandallıqla qarşılıq verirlər. Özlərini elə aparırlar ki, sanki işğalçı, talançı dövlət deyillər. Halbuki 30 ilə yaxındır ki, Azərbaycanın yerüstü, yeraltı sərvətlərini talayırlar, torpaqlarımızda ekoloji terror törədirlər. Təbii ki, bu əməllərin heç biri cavabsız qalmayacaq. Azərbaycan bunun cavabını beynəlxalq müstəvidə verəcək, erməni vandalları   törətdiyi bütün cinayət əməllərinə görə layiqli cəzalarını alacaqlar”.  

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 

Sevinc  

 

Həftə içi.- 2020.- 19-25 noyabr.-  S.4.