Publisistikada durğunluq yaranıb

Buludlardan yuxarı Tanrı və ondan aşağıda söz durur. Sözün özü elə Tanrı qədər, Tanrı boydadır. Yaradanın özü qədər müqəddəs bir varlıqdır. Tanrını hər an, hər yerdə necə hiss edib görürüksə, sözüo cüronun varlığını içimizdə, qəlbimizdə görüb dərk edirik.

Unutmayaq ki, Yaradanımıza nə qədər hörmətlə yanaşırıqsa, sözə də bir o qədər hörmətlə yanaşmalıyıq. Söz elə bir varlıqdır ki, bizi müqəddəsliyə də apara bilər, uçuruma da. Sözün çəkisini və onun dəyərini də söz adamları, həqiqi söz sahibləri bilir. Belə yazarlardansöz sahiblərindən biri də tanınmış şair, AYB-nin üzvü Elsevər Məsimlidir. 42 il bundan əvvəl Elsevər Məsimli İsmayıllı rayonunun ucqar dağətəyi kəndlərindən biri olan Molla İsax kəndində dünyaya gəlib, böyüyüb, boy atıb. Hələ uşaqlıq, ağlıkəsən gündən sözün varlığını duyub, dərk edib, zaman-zaman duyğularını sözə, misralara çevirib.

Müsahibim deyir ki, uşaqlıq illərindən şeir yazır:

Şeirə, ədəbiyyata da elə o illərdən həvəs göstərmişəm. Baxmayaraq oxuduğum məktəbin divar qəzetində şeirlərim çap olunurdu, tədbirlərdə iştirak edirdim, amma ədəbiyyata 21 yaşında gəlmişəm. İlk şeirim 2001-ci ildə elə sizin işlədiyiniz Həftə içi qəzetində işıq üzü görüb. Sonra Ədalət, Yeni Azərbaycan, Ədəbiyyat, Paralel qəzetlərində və Ulduz, Azərbaycan jurnallarında fasiləsiz olaraq şeirlərim, publisistik yazılarım dərc olunmağa başladı. Bu günə kimi 6 şeir kitabım və 2 publisistik yazılardan ibarət kitabım çap olunub.

- Siz hansı ixtisas sahibisiniz nə ilə məşğul olursunuz?

- Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrkino sənəti ixtisasını bitirmişəm. Doğulduğum Molla İsax kəndi rayon mərkəzindən çox aralıda yerləşir. Kəndimizin mədəniyyət ocağı sayılan vur-tut bir klubu vardı. Mən də o klubun bədii rəhbəri idim. Sözügedən mədəniyyət ocağının nəzdində Folklor evi də fəaliyyət göstərirdi. Klubda ədəbi-bədii tədbirlər, eləcə də digər tədbirlər keçirilərdi. Təəssüflər olsun ki, sözügedən kənd klubunu kənd camaatına çox gördülər. Klub satışa çıxarıldı və onu həyətyanı torpaq sahəsi ilə birlikdə imkanlı şəxs aldı. Artıq klub ləğv olunubo gündən də fəaliyyəti dayandırılıb. Klubun binasından isə əsər-əlamət belə qalmayıb, bir tərəfi uçaraq qəzalı vəziyyətdədir. O gündən işsizik. Qara günlərimiz də elə o gündən başlayıb, zamanın bu çağında işsiz qalmaq bilirsiniz də nə deməkdir? Bir ilə yaxındır, səfil həyat sürürəm. Dərdimi deməyə və sinəmi boşaltmağa bir kəs tapmıram, ona görə də sizin qəzetə üz titdum. Bəlkə qəzetiniz vasitəsilə aidiyyəti qurumlar mənə kömək elədi.

- İsmayıllı rayonunda sizi işlə təmin etmirlər?

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun, eləcə də səlahiyyətli nümayəndələrin dəfələrlə qəbulunda olub dərdimi onlara demişəm, işlə təmin etməyiblər. Axı mən də bir ziyalıyam, çağdaş ədəbiyyatımızın bir nümayəndəsiyəm. Ədəbiyyatda və publisistikada sözümü deyirəm. Çoxlu sayda ədəbi-publisistik məqalələrin müəllifiyəm. Həqiqət həmişə acı olduğundan, heç kəs onu sevmir.

- Son illər mətbuatda görünmürsünüz, yazılarınız nədənsə çap olunmur, bu nə ilə bağlıdır?

- Buna başlıca səbəb maddi imkansızlıqdır. Yeri gəlmişkən qeyd edim ki, AYB-də bir qrup şəxs var ki, onlar həmişə mənimlə ziddiyyətdə olublar, AYB-nin orqanlarında çap olunmağa mane olurlar. Görünür, bu da mənim istedadlı olmağımdan irəli gəlir. Bizi bu günə salan və hörmətsizlik edən də elə bir-birinə qarşı soyuq münasibətdə olmağımızın başlıcası və içimizdəki paxıllıqdır. Mən bu işlərdə Anar müəllimi qınamıram.

Yadınıza salım ki, məni prezidentin ayırdığı birillik təqaüdə salmaq istəmirdilər. Bu barədə ölkə rəhbərliyinə müraciət etdikdən sonra, AYB məni birillik verilən təqaüdə saldı.

- Son illər bir qrup gənc şair var ki, gözlərini Anar Rzayevin kürsüsünə tikərək, AYB-nin sədri olmaq istəyirlər. Siz necə?

- Mən həmişə bitərəf mövqedə olmuşam. Mən şeirlərimin birində yazmışam:

İlan kimi yaşadıqca,

Gözəldir, ilan elə ilan kimi.

Nəyə gərək görünəsən,

üzdə ceyran,

qəlbindəsə ilan kimi...

Mən AYB- elə sədr Anar müəllimi görürəm. Onun əsərlərini dönə-donə oxumuşam. Özünə şəxsiyyətinə hörmətlə yanaşıram. Anar müəllim böyük yazıçıdır. İntellektual səviyyəli, böyük mədəniyyətə malik, dünyagörmüş bir ədibdir. Onun böyük həyat məktəbi var. Anar müəllimin böyüklüyü ondadır ki, həyata bəşəri hisslərlə, bəşəri gözlərlə, ən başlıcası, insani dəyərlərlə yanaşır. Mən Anar müəllimdən həmişə öyrənməyə çalışmışam, elə indinin özündə ondan öyrənirəm. Bu gün özlərini sədrlik kürsüsündə görən 20-25 yaşlı gənclərin bu vəzifəni icra edəcəyinə əmin deyiləm. İlk öncə onların bu sahədə təcrübəsi olmalıdır. Az da olsa, ədəbiyyatda sözünü deməlidir. Xalq onları tanımalıdır. Bu gün Anar müəllimi dünya tanıyır.

- Sizcə, Azərbaycan publisistikası bugünün tələblərinə cavab verirmi?

- Doğrusunu deyim ki, publisistika geniş, əhatəli bir sahədir. Mətbuat üçün ən dəyərli sahədir. Çox təəssüflər olsun ki, publisistikanın ənənələri günün tələblərinə cavab vermir. Yerindən duran deyir ki, mən şair- publisistəm. Publisistika bu gün dövri mətbuatda görünmür. Bu gün Famil Mehdi kimi tədqiqatçı, publisist yazarlarımız yoxdur. Əslində, bu ənənələr Nəriman Nərimanov, Firudin bəy Köçərli, Əli bəy Hüseynzadə kimi şəxsiyyətlərdən başlayıb. Biz o təcrübədən bəhrələnmək əvəzinə, daha da uzaqlaşırıq. Bu da dövri mətbuatla, televiziya radio ilə bağlıdır. Ona görə ki, publisistikaya yer verilmir. Televiziya kanalları toyxanalara çevrilib. Xalqı alçaldıcı, gənclərin yeniyetmələrin əxlaqına mənfi təsir edən şoularla, mənasız verilişlərlə məşğuldurlar. Əgər belə olmasaydı, insanları düşündürən həyatı, elmi məsələlərin cavabını açıq-saçıq geyinib efirə çıxan müğənnilər, manıslar yox, təcrübəli elm adamları, ədiblər verərdilər. Onlar bu haqda söhbət edib xalqı maarifləndirərdilər. Təəssüflər olsun ki, əxlaqi dəyərlərə malik olan verilişlərin sayı azalıb. Elə bu səbəb ucbatından publisistikada durğunluq yaranıb. Bu da oxucuları qane etmir.

- Son illər hansı kitablarınız dərc olunub?

- Elm Təhsil Nəşriyyatlnda Yağışda nəğmə adlı şeirlər, Dünənin dərsləri, bugünün həqiqəti adlı (publisist) kitablarım işıq üzü görüb. Sön dövrlər xeyirxah insanların sayəsində mən bu kitabları çap edə bilmişəm.

- Heç ədəbi tənqidə tuş gəlmisənmi?

- Xatırladım ki, ədəbi tənqid tənqidçinin gərin dünyagörüşündən qaynaqlanır. Hər adamı da tənqidçi saymaq, məncə, ağlabatan fikir deyil. Sağlam tənqidi təfəkkür insan üçün bütün dərmanların həbidir. Bu gün teatr sənətində Aydın Dadaşovun fikirləri mənim üçün çox qəbaətbəxşdir. Ədəbi tənqiddə əsasən tənqidçi- alim Qurban BayramovuVaqif Yusiflini görürəm. Amma bir dəfə ədəbi tənqidə tuş gəldim. O da bir səhvin nəticəsi idi. Ona görə ki, şeirlərimin dili düzgün təhli edilməmişdi. Yaxşı olardı ki, hər tənqidçi bir şairin şeirini tənqid edərkən onun şeir dilini düzgün təhlil etsin. Posmodernizmi moderizmlə qarışdırmasınlar. Ədəbiyyatşünas, tənqidçi alimlər Qurban Bayramovun və Fərhad Mədətovun üstünlüyüböyüklüyü ondadır ki, onlar tənqidə üzdən yox, elmi biliyialimlik təcrübəsi əsasında yanaşırlar. Onlar öz tənqidi yazıları ilə elmə töhfələr verirlər. Onlar ədəbiyyatı və şeiri çox gözəl bilirlər. Mən Qurban Bayramovun mətbuatdan tənqidi yazılarını çox oxumuşam. Qurban müəllim, hətta nəhənglərin əsərlərini haqlı olaraq elmi əsaslarla tənqid atəşinə tutub. Alimin üstünlüklərindən biriodur ki, hətta şairin şeirini oxuyanda onun yazılma tarixinə kimi bilir. İstərdim ki, Qurban Bayramov kimi alimlərin tənqidinə tuş gəlim. Bu cür tənqidlər elə həqiqət, ədəbiyyat deməkdir.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2020.- 28-29 yanvar.-S.8.