İnsan əllərinin möcüzəsi

cənnətə çevrilən Bibiheybət

 

Bibiheybət qəsəbəsindən söz düşəndə ilk ağlımıza gələn qədim neft mədənləri, hə, bir Bakının güney girişində əzəmətlə qonaqları salamlayan müqəddəs ziyarətgahdır. Ziyarətgahın arxasına sığınmış eyniadlı kiçik qəsəbə isə heç kimdə maraq oyatmayıb ta ki, 2019-cu ildə burada yenidənqurma-bərpa işlərinə start verilincə. Bu layihəyə başlayandan sonra qəsəbə dillər əzbərinə çevrilib desək, yanılmarıq.

Bibiheybət məscidinin sağ tərəfindən içəri burulub üzü günçıxana uzanan dar küçə ilə irəlilədikcə, özümü Aralıq dənizi sahillərində yerləşən ekzotik ölkələrdə hiss elədim. Heç elə bil, əvvəllər gördüyümya haqqında oxuduğum baxımsız, neft çirkabına bulaşmış balaca yaşayış məntəqəsi deyilmiş. Küçələrə doğrama qara qəmbər daşlar döşənib, bütün evlərin damı qırmızı-qonur, qapılar, darvazalar, pəncərələrin çərçivələri isə qara rənglə rənglənib.

 

Məktəb küçəsi ilə üzü günçıxana doğru addımlayıram. Küçəboyu döşənmiş kəsmə daşların üstündə nə görməyə adət etdiyimiz çala-çuxur var, nə də zibil qırıntıları gözə dəyir, hər yan tərtəmizdir. Dar küçələrin ətrafını saran evlərin divarları da, düz sözümdür, xalı kimi bəzənib. Qəsəbənin qədim mədəniyyətini-məişətini də özündə cəmləyən təsəvvürlərin canlandırıldığı divar rəsmləri boyalarla rəssamlar tərəfindən işlənib.

Məktəb küçəsi və onunla kəsişən kiçik dalanlarda yerləşən evlərin qapısında ənənəvi, amma təəssüf ki, son illərdə ehtiyac duymadığımız poçt qutuları quraşdırılıb. Özü də elə qutular ki... Məsələn, evlərdən birinin küçə qapısında bir qutu gördüm, üzərində Cəlil Məmmədquluzadənin məşhur Poç qutusu sözləri yazılmış və həmin əsərdən personajın şəkli əks olunmuşdu. Yəni Qurbanəli bəy məktubu qutuya salarkən..

Qeyd edim ki, hər poçt qutusunun üzərinə fərqli şəkillər çəkilib.

Küçəboyu bir neçə yerdə, içində ərzaq məhsulları satılan ənənəvi məhlə dükanları gördüm. Adət etdiyimiz yöndəmsiz, içi meyvə-tərəvəzlə dolu yeşikləri divar boyunca düzən dükanlardan fərqli olaraq, burada incə səliqə vardı: divarların rəngi, dam örtüyüs. qəsəbənin ümumi ahənginə uyğunlaşdırılıb, hətta dükanın adı da çox qəribə ornamentlərlə yazılıb İtaliyada, İspaniyada olduğu kimi.

Hə, tamam unutmuşdum, qəsəbənin girişində - Məktəb küçəsinin lap yuxarı başında biri kiçik, digəri böyük olan iki qədimi üslublu köşk qoyulub, içikitabla dolu. Hə, deyirsiniz bu da rəssam təxəyyülüdür, ola bilər, axı bura turizmin gələcək mərkəzlərindən olacaq Bibiheybətdir...

Bir az da irəliləyirəm, nisbətən geniş meydançaya çatıram. Tən ortada uzunsov-oval şəklində, tamam yaşıllığa bürünmüş park var, ortasında da üstü günbəz kimi bağlanmış, hələlik suyu olmasa da, gələcəkdə işə salınacaq fontan. Ətrafına da bozrəngli taxta oturacaqlar qoyulub. Meydançanın sağ tərəfində qəsəbənin yeganə təhsil ocağı Cəbrayıl Əsgərov adına 50 saylı tam orta məktəbin binası yerləşir. Hə, yuxarıdan hələlik abadlaşdırılmasına start verilməmiş Namiq Quliyev küçəsindən üzüaşağı meydançaya bir dalan enir, meydançanın qərbindəsə ikiqatlı qəşəng bina var. Hələlik qapıları bağlıdır, amma dedilər ki, poliklinika olmalıdır. Meydançanın üç tərəfində divarların dibində isə sanki qədim atarabasına bənzəyən, qara taxtadan tikilmiş köşklər var. Yaxın gələcəkdə sənətkarlıq işləri, broşürlər, suvenirlər və s. satılacaq bu köşklər meydançanın əski görkəmini daha da qabardır.

, indicə qeyd etdim axı. Meydançadan üzüyuxarı Namiq Quliyev küçəsinə doğru pilləkənlərlə qalxan bir dalan da var. Qısa məsafədə üstü qara rəngə boyanmış taxta üzüm talvarı ilə örtülən həmin dalan açıq havada muzeyə bənzəyir. Dalan boyunca hər iki tərəfdə yerləşən evlərin divarları bir-birindən seçilməyəcək qədər oxşar rənglənib, bəzənib. Qapılara vurulmuş poçt qutuları, divar boyunca düzülmüş, qədim küp bənzəri iri saxsa qablar içində əkilmiş dibçəklər, üstəlik, üzərində qəsəbənin qədim tarixini əks etdirən simvollar oyulmuş daş lövhələr burada adamı heyran etməkdədir.Məsələn, həmin daş lövhələrdən birinin üzərində fantan üsulu ilə neft çıxaran qədim neft buruğu yanında orada işləyən fəhlələr əks olunub Başqa bir daş lövhənin üstündə belinə çəlləklər yüklənmiş dəvə karvanı həkk edilib. Bu da onu göstərir ki, qədimdə bu qəsəbə neft çəlləkləri daşıyan karvanın istinad yeri olub.

Digər daş lövhədə isə Bibiheybətdə ilk elektrik stansiyası, 1901-ci il sözləri yazılıb. Burada daha bir daş büstmü deyim, abidəmi, yoxsa sadəcə lövhəmi deyim, üstündə mazutla işləyən iri gəminin silueti qoyulub. Altında da yazılıb ki, Zoroastr - 1878. Dünyada neft daşıyan ilk Azərbaycan tankeri.

Meydançanın günbatanında məktəbin divarı tərəfdə çox böyük lövhə işlənib ki, hər kəs burada ayaq saxlayıb, mütləq yadigar qalsın deyə şəkil çəkdirir. Lövhədə hündürtağlı sütunları olan darvaza, arxa fonda isə Bibiheybət məscidi əks olunub. Rəngli boya ilə rəssamlar tərəfindən 3D formasında işlənən bu lövhəyə baxan adama elə gəlir ki, indicə həmin darvazadan keçib məscidə getmək mümkündür. Küçə bir az da günbatana enərək, hündür qalanı xatırladan otel binasının yanında başa çatır. Orada bala bir bağ salınıb, ətrafında isə yerə kəsmə daş döşəyən ustalar işləyirdi.

Yenidən mərkəzə - Məktəb meydanına qayıtdım. Oturacaqda oturan ortayaşlı qadın iki-üç azyaşlı uşağı başına yığıb nəsə danışırdı. Salamlaşıb söhbətə başladım. Adı Gülnarə olan bu xanım jurnalist olduğumu biləndə, maşallah, bülbül kimi açıldı:

Allah köməyi olsun buranı düzəldənlərin. gözəl, rahat şərait yaradıblar.

Qımışdım:

Əvvəl deyəsən, çox əziyyət çəkmisiniz...

, elədir, axşamçağı burada küçəyə çıxmaq idi? Hər yer qaranlıq zülmət olardı, adam üşənirdi. Evim budur, düz, on addımlıqda (əlini qarşıdakı, küçənin üstünü bağlayan bəyazrəngli arkanın üstünə uzadır). Görün gözəldir, yay axşamlarında çay içmək üçün əla eyvan düzəldiblər.

Gülnarə xanım bir anlıq susaraq ətrafı süzdü. Gözlərində sevinc işıldayan bu qadın məni arxadakı üstüşəkilli lövhənin yanına çəkdi:

Şəkillərə baxın, özünüz hər şeyi hiss edəcəksiniz. Bu evin əvvəlki halıdır, bu isə (əlini qarşıdakı evə uzadır) indiki vəziyyətidir (şəkillərin müqayisəsinə başlayır). Çox evlər vardı ki, dam örtüyü köhnəlmişdi, qapı-pəncərələri yararsız idi, amma görün qəşəng düzəldiblər. Haradasa 2 il olar başlayıblar buraları düzəltməyə, bu qısa vaxtda qəsəbəmiz tamam dəyişib. Ayağımızın altına döşənmiş daşlara baxın, Bakının mərkəzindən seçilmir buralar. Əvvəl bilirsiniz, buralar gündəydi? Yol-riz çala-çökək, yağış yağanda su dolurdu, get görüm necə gedirsən? Xüsusilə axşamlar hər yer qara zülmətə bürünürdü. Yer ki, çala-çökək. Hələ gedir, yəqin, hökumət burada daha çox görəcək, qəsəbəmiz daha gözəl olacaq...

Üzümü oturacaqda oturub günəşlənən Əli adlı balaca oğlana tutub, yaşadığı bu yerlərin xoşuna gəlib-gəlmədiyini soruşdum.

Yaxşıdır, çox yaxşıdır... Mənim xoşuma gəlmir, - deyib üz-gözünü turşutdu.

Əlinin bu gözəlliyə əvvəl yaxşıdır deyib, sonra isə üz-gözünü turşutması məni çox heyrətləndirdi. Səbəbini soruşdum, açdı ürəyini:

- Mən Qubada yaşayıram, burada nənəmgildəyəm. Doğrudan da qəşəng düzəldiblər, amma bu, böyüklərə daha çox lazımdır. Mənim 11 yaşım var, oynamaq istəyirəm, amma qoymurlar. Burada topla oynayıram, deyirlər olmaz, yaşıllığa ziyan vura bilərsən. Orada (əlini məktəbin divarına sarı uzadır) oynayıram, deyirlər, top divara dəyir, üzlük daşlar zədələnir. Hamı balaca olduğumu görüb üstümə qışqırır, hamı məni günahkar görür, amma oynamaq üçün yer ayırmaq heç kimin yadına düşmür...

Özümdən asılı olmayaraq balaca Əlini dilə tutmaq istədim:

- Bax, işlər hələ yekunlaşmayıb, sizin üçün oyun meydançası da düzəldəcəklər, amma bir az səbirli olun, divarları qoparın, güllərə ziyan vurun, hər şey yaxşı olacaq.

- Biz heç yana ziyan vurmuruq, güllər mənim xoşuma gəlir, axı bütün günü oturacaqda oturub qala bilmərik...

Haqlı etiraz idi. Balacalar üçün məxsusi yerin olmasını layihə müəllifləri yaddan çıxarmamışdılar. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxməmmədovun sözlərinə görə, hələlik tikinti-bərpa işlərinin ilkin mərhələsi başa çatdırılır. İkinci mərhələdə burada uşaqlar üçün oyun meydançalarının inşasına başlanılacaq. Burada ən vacib məsələ ( yerlərinin yaradılması nəzərdə tutulur) əl sənəti nümunələrinin istehsalı ilə məşğul olacaq sexlər açılacaq ki, bu da neçə sakinin işlə təmin olunması deməkdir. Sadəcə, balaca dostlarımızın bir qədər səbirli olması, gözləməsi lazımdır.

...Azan sədaları məni sakinlərlə söhbətdən ayırdı. Əslində, danışılacaq sözlərimiz qədər desəndi, amma geri qayıtmaq lazım idi. Sağollaşıb kəsmə daşlar düzülmüş küçə ilə üzüyuxarı səmt aldım, gündən-günə cənnətə çevrilən bu ekzotik qəsəbənin ənginliklərindən uzaqlaşdım...

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2021.- 11-12 fevral.- S.8.