Təəssüf ki, gənclərimiz Nizami Gəncəvini yaxşı bilmirlər  

 

 

Heydər Əliyev məhz Nizaminin ədalət uğrunda mübarizə fəlsəfəsi ilə Azərbaycanda fəaliyyətə başlamışdı

 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İlielan edilib. Bu il dahi Azərbaycan şairinin irsinin daha dərindən araşdırılması, gənclərimizin Nizami yaradıcılığına marağının artırılması, onun dünyada tanıdılması ilə bağlı müxtəlif tədbirlər təşkil ediləcək.

 

Bəs Nizami Gəncəvi, onun yaradıcılığı  Azərbaycan dövləti, xalqı, tarixi üçün hansı əhəmiyyəti daşıyır? 

 

 “Həftə içi”nə müsahibə verən akademik Nizami Cəfərov böyük Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin dünyanı ədalətə, hümanizmə dəvət edən yaşam fəlsəfəsi və digər maraqlı məqamlara diqqət çəkib:

 

 

 

-Nizami müəllim, Prezidentimiz 2021-ci iliNizami Gəncəvi İlielan edibbu il şairin anadan olmasının 880 illiyi qeyd olunacaq. Nizami irsi Azərbaycanın özünə nə qədər oxşardır?

 

- Nizami Gəncəvinin adı, şöhrəti, yaradıcılığının miqyası Azərbaycan üçün çox mühümdür. Nizami Gəncəvi haqqında nə qədər müxtəlif istiqamətli təhlillər aparılsa da, onu İran şairi kimi təqdim eləsələr də, adından da bəlli olduğu kimi  o, Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Gəncə şəhərində anadan olub və ümumiyyətlə Gəncədən kənara çıxmayıb. Onun yaradıcılığı, düşüncə tərzi təbii olaraq Azərbaycanla bağlıdır. Nizami nəhəng bir istedad olduğuna görə, tək Şərqin yox, həm də bütün Qərb ədəbiyyatının böyük hadisəsidir. Onun humanizmini, dərin məzmunlu obrazlarını, böyük sənətkarlıqla yazılmış poemalarını Şərqdə olduğu kimi, Qərbdə də yüksək qiymətləndiriblər. Ona yalnız Şərqdə nəzirələr yazmayıblar, həm də əsərləri, süjetləri, fəlsəfəsi haqqında Qərbin ən böyük yazıçıları, filosofları, şairləri danışıblar.

 

Nizami Gəncəvinin bir Azərbaycan şairi kimi ölkəmizdə də tədqiqi yeni hadisə deyil. Vaxtilə dünyanın ən böyük şərqşünaslarından olan, nizamişünas Yevgeni Eduardoviç BertelsinBöyük Azərbaycan şairi Nizami “ əsəri nəşr olunub. Bertels Nizami yaradıcılığının Azərbaycan ədəbiyyatı və mədəniyyətinin ictimai fikir hadisəsi olduğunu ilk dəfə sübut edənlərdən oldu. Təbii ki, Nizami dövlət səviyyəsində də tədqiq edilib, hətta Stalininmaraq dairəsində olub. Sonrakı illərdə böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə ən dəyərli əsərlərdən biri olan “Azərbaycan şairi-Nizami” əsərini yazıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra çox qısa müddət ərzində “Ədəbiyyat” qəzetinə bir müsahibə verdiNizami Gəncəvinin belə bir məhşur bir misrası ilə başlayırdı: “Qoy ədalət zəfər çalsın”. Bu da o demək idi ki, dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyev hələ o vaxt bütün dərinliyi ilə bilirdi ki, Nizami Gəncəvi Azərbaycan üçün kimdir, dünya üçün hansı əhəmiyyəti var. Heydər Əliyev məhz Nizaminin ədalət uğrunda mübarizə fəlsəfəsi ilə Azərbaycanda fəaliyyətə başlamışdı. Çox keçmədi ki, Nizaminin 840 illiyi qeyd olundu, Nizami Gəncəvinin əsərləri yenə də Azərbaycan dilinə filoloji tərcümə olundu. Onda Azərbaycan yetişən çox böyük şərqşünaslar - Rüstəm Əliyev, Qəzənfər Əliyev, Mübariz Əlizadə və digər alimlərimizlə birlikdə öz böyük oğluna yalnız sözdə deyil, işdə də sahib durdubu ənənəni bu gündavam edir.

 

Nizami Gəncəvi türkdür

 

- Dünyada çoxları istəyəcək ki, Nizami Gəncəvi kimi bir xəzinə onun olsunbiz belə hallarla rastlaşmışıq. İndi vəziyyət necədir? Nizami Gəncəvini əlimizdən almaq, Azərbaycandan qoparmaq istəyənlər indi nə düşüncədədir?

 

- Məsələ burasındadır ki, Nizami Gəncəvi o dövrün ənənəsinə uyğun olaraq əsərlərini farsca yazıb. Bununla yanaşı bizim ən böyük nizamişünaslarımız, eləcə də fars, İran nizamişünasları hamısı qeyd edir ki, Nizaminin ideyaları, əsərlərinin məzmunu, müdərəcatı bir tərəfə, onun işlətdiyi fars dilindən türk ətri gəlir.  Çingiz Aytımatov da, Oljas Süleymanov rusca yazır. Amma o əsərləri oxuyan o saat başa düşür ki, bu rusun rus dili deyil. Bu bir qazağın, bir qırğızın ruscasıdır. İndi Nizami Gəncəvinin əsərlərini farsca oxuyanlar deyir ki, burda Azərbaycan-türk xalq ifadələri varbunlar hamısı göstərir ki, Nizami Gəncəvi türkdür. Hələ söhbət nə yazmasından getmir, dilin ifadə tərzində o türklük var. Hələ vaxtilə deyilirdi ki, Nizami İranda Qum şəhərində doğulub, sonralar Gəncəyə gəlib. Hansı ki, bütün bunlar hamısı Nizami Gəncəvi yaradıcılığına sonradan əlavə olunanlardır. Amma bir  məsələ var: Homerin yaşayıb -yaratdığı dövrdən neçə min il keçsə də, hələ də Yunanıstanın şəhərləri onun məhz onların yerlisi olması barədə mübahisələr edirlər.  Əlbəttə ki, hər bir xalq istəyər ki, Nizami Gəncəvi kimi böyük bir sənətkar, mütəfəkkir onun olsun. Amma reallıqda Nizami Gəncəvinin azərbaycanlı, türk olduğunu aydınlığı ilə göstərən mübahisəsiz məqamlar var. Nizaminin ənənəsi tək Azərbaycan miqyası ilə məhdud deyil. Nizamiyə hindistanlı türk şairi Əmir Xosrov Pəhləvi, Heratdan olan özbəkistanlı Əlişir Nəvai kimi sənətkarlar nəzirələr yazıb, təqlid ediblər.  Nizami Gəncəvinin özü böyük İran şairi Firdovsiyə ustat deyirdi. Ümumilikdə bu sənətkarlar ümumbəşəri hadisələrdir.

 

Nizamidə insan dəyərinə üstünlük verilir

 

- Nizaminin əxlaqi kamilliyə olan çağırışları müasir Azərbaycanın milli-mənəvi dəyərləri ilə necə qarşılaşır, səsləşir?

 

Biz Nizami Gəncəvi ilə fəxr edirikonu dünya miqyasında təbliğ edirik. Çalışırıq özümüz, ruhumuz, xüsusən də gənclərimiz onu mənimsəsin. Bu, əlbəttə ki, Nizami Gəncəvinin  azərbaycanlı olduğuna görə deyil. Həm də onunla bağlıdır ki, bu gün onun bütün yaradıcılığı boyu təbliğ elədiyi humanizm, ədalət, dövlət idarəçiliyində xalqın xidmətində durmaq, əxlaqi, mənəvi kamillik, müasirlik, başqa xalqlara qarşı tolerantlıq və bu gün multikulturalizm dediyimiz o parlaq hadisənin nümunəsini Nizamidə görürük. Məsələn, Nizami Firdovsini öz ustadı hesab edib. Amma Firdovsidə bir iranpərəstlik var. Yəni Firdovsi daim başqa xalqların yanında yalnız İranı yüksəltmək istəyir. Amma Nizamidə insan dəyərinə üstünlük verilir. Məsələn, Nizaminin ideal qəhrəmanı kimdir; Makedoniyalı İsgəndər. Onu öz əsərində peyğəmbər səviyyəsinə yüksəldir. Onu ədalətin simvolu kimi təqdim edir. Bunu Firdovsi eləməzdi. Firdovsi bu obraza mütləq bir İran şahını seçərdi. Nizami üçün bu cür milli təəssüfkeşlik xırda görünürdü. O daha çox ümumbəşəri hadisələrin, ümumbəşəri dəyərlərin əhəmiyyətini dərk edir, o milli məhdudiyyət tanımır.

 

Reallıqda Nizami Gəncəvinin azərbaycanlı, türk olduğunu aydınlığı ilə göstərən mübahisəsiz məqamlar var

 

Nizami üçün əsas insandır. Nizami Gəncəvinin fəlsəfəsi çox dərin əsaslara malikdir. Çox qəribədir ki, biz Nizami Gəncəvi yaradıcılığının tipologiyasından danışanda onu, türk-müsəlman  hadisəsi hesab edirik. Nizami Gəncəvinin bütün fəlsəfəsi ondan 1 əsr əvvəl yaşamış nəhəng türk-müsəlman filosofu Əl-Fərabinin üzərində dayanır. Əl-Fərabidə də eyni cəhətlər özünü göstərir: insanın mükəmmələşməsi, insan və cəmiyyət problemi... Məsələn, Əl-Fərabi deyir ki, insanın cəmiyyətə ehtiyacı var, cəmiyyət isə insanlardan təşkil olunur. Ona görə də insanın bütün varlığı, mahiyyəti cəmiyyətdə ortaya çıxır, O ictimaidir. Humanizmorda ortaya çıxır. Və bunun da ən yüksək forması dövlətdir. Cəmiyyət dövlət kimi formalaşanda, idarəçilik texnikalarına əməl edəndə orda xoşbəxtlər ölkəsi də meydana gələ bilər. Nizamidə həmin ideya var. Əlbəttə ki, Nizami böyük mütəfəkkirdir, amma bununla yanaşı onun şairliyi, filosofluğundan çox yüksəkdir.  Nizami daha çox şairdir, fəlsəfəsi, elmi olan şair... Ona görə də Nizami şairliyi filosofluqdan da önə çəkib deyirdi; dünyanın böyükləri  nizamla düzüləndə, birinci peyğəmbərlər gəldilər, sonra şairlərə yol verildi. Nizami peyğəmbərlərdən sonra şairləri təklif edirdi, çünki orda vəh məsələsi var idi. Axı müəyən gerçəkliklər, həm də birbaşa Allahın insanın təbiətinə qoyduğu xüsusiyyətlərdir. O xüsusiyyətlər istər-istəməz təzahür eləməlidir və insan da çalışmalıdır ki, onun ruhu o xüsusiyyətlərə dayansın.

 

Müasir dünyada şəxsiyyət  nüfuzdan düşür

 

- Qeyd etdiniz ki, Nizami Gəncəvinin əsərlərində, fəlsəfəsində Azərbaycan və Azərbaycan türkünün-müsəlmanının obrazını görmək olur. Azərbaycan dünyada gedən proseslədən kənarda qala bilməz. Bu mənada yeni dövrün tələbi hansı yeni ədəbi əsasları təyin edir?

 

 - Təbii ki, biz Nizami Gəncəvi irsinin varisləriyik. Ona görə də Azərbaycanda mütləq şəkildə dünya mədəniyyətinə inteqrasiya, dünyaya açıqlıq türk mədəniyyətinin bir xüsusiyyətidir. Müstəqillik qazandıqdan sonra ölkəmizdə beynəlxalq tədbirlərin, mədəniyyət forumlarının keçirilməsi, dini təşkilatların qarşılıqlı dialoqlarının, polemikalarının aparılması buna nümunədir. Eləcə də bizim hörmətli akademik Nərgiz Paşayevanın rəhbəriyi ilə ilk dəfə Oksford kimi universitetdə Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqaz Araşdırmalar Mərkəzinin yaradılması, digər bir sıra tədbirlər göstərir ki, Azərbaycan mədəniyyəti dünya mədəniyətinə inteqrasiyada maraqlıdır. Bu bizim dövlət siyasətimizdir. Ona görə də bu gün Nizami Gəncəvi bu günə bizim dövlətçiliyimizdə iştirak edir. Çünki Nizaminin ideayaları həm də, bir dövlətçilik ideyalarıdır. Onun əsərlərində həmişə dövlətdən bəhs olunur- “Sirlər Xəzinəsi”ndə, “Xosrov və Şirində”, hətta “Leyli və Məcnun”da da... DahaYeddi gözəl”i, “İsgəndərnamə” ni demirik. Azərbaycan bu əsərlərdə mövcuddur. Nizami Bərdə haqqında danışarkən, Bərdə hökmdarı Mahru Banunu Makedoniyalı İsgəndərdən də üstün tutur. Onun əsərlərində Azərbaycanın yerlərinin adı çəkilir. Məsələn, Muğam haqqında danışılır. Hətta başqa millətlərdən olan obrazlar yaradanda belə orda azərbaycanlı obrazını, türk obrazını çox verib. Nizaminin əsərlərində 100 dəfədən çox türk sözü işlənib. Bizim təqdiqatçılar hesablayıblar ki, bu sözlərin çoxu  - böyük, gözəl, igid, yüksəl - hamısı da müsbət mənadadır.

 

Müasir dünyada şəxsiyyət nüfuzdan düşür. Ona görə də bu gün Nizami Gəncəvi kimi, onun Qərbdə, Şərqdə olan davamçıları kimi böyük mütəfəkkirlərin ideyalarına ehtiyac var. Elə edilməlidir ki, onlar unudulmasın. Çünki onlar unudulanda biz mənəviyyatımızda, ruhumuzda insan və cəmiyyət olaraq çox şeyləri itiririk. Yəni qlobal mənada da Nizami Gəncəvi yaradıcılığı dünya, insan, bəşəriyyət üçün çox əhəmiyyətlidir.

 

- Belə fikirlər səsləndirilir ki, müasir insan obrazı başqalaşır. Tutaq ki, torpağı işğal olunan, evindən qovulan, yaxud maddi imkanları azya yetərli olan insanlarda başqa bir mədəniyyət formalaşır...

 

- Bu gün Azərbaycanın ərazi bütövlüyünün pozulaması, Azərbaycana qarşı təcavüz, bu təcüvüzün beynəlxalq miqyasda laqeydcəsinə qarşılanması baş verib. Əlbəttə ki, bütün bunlar bizi üzən hadisələr idi. Amma Azərbaycan Prezidentinin rəhbərliyi ilə neçə illərin hazırlığı nəticəsində, çox təmkinlə, ağılnan və gücümüzü toplayaraq biz ərazilərimizin bütövlüyünü təmin elədik. Bu bizim xalqa mənəvi dvident, ruh yüksəkliyi gətirdi. Dərk elədik ki, öz gücümüzə arxalanmasaq,  dünyada insanlıq, bəşəriyyət, xüsusilə beynəlxalq təşkilatlar səviyyəsində humanizm gözləsək, daha ciddi problemlər ortaya çıxa bilər. Bəhlul Danəndənin bir sözü var; deyir ki, heç kim deməsin ki, dünyada haqq-ədalət yoxdur. Dünyada haqq-ədalət var. Amma o haqq-ədalətə çatana qədər adamın ağzından köpük gəlir. Ona çatmaq üçün mübarizə aparmaq lazımdır. Nizami Gəncəvi də bunu deyir. Onun bütün qəhrəmanları mübarizdirlər. Məsələn, “Xosrov və Şirin”də Xosrovun əlindən hakimiyyəti alırlar, Xosrov bir az pərişan hala düşür. Onda Şirin ona məslətət bilir ki, sən hələlik eşq-işrəti burax, öz hakimiyyətini bərpa elə. Xosrov mübarizə aparır qalib gəlir. Amma indi elə konkret məsələlər var ki, biz dünya ilə hesablaşmalıyıq. Amma bununla yanaşı ikiüzlülük, üçüzlükük olduğunu da öz tariximizdən, hadisələrdən bilirik...

 

Elə türk xalqları var ki...

 

- Necə hesab edirsiz, hər hansı millətin yaşadığı problem, elə özümüzü götürək, onun genetik mədəni, dili və ədəbi əsasını dəyişə bilərmi?

 

Genetika, zahiri hadislərlə dəyişmir. Genetikanın bir tərəfində biologiya dayanır ki, o təbiətdir. Eləcə də dilimiz, mədəniyətimiz, düşüncə tərzimiz bunlar hər hansı təzyiq, təcavüz nəticəsində dəyişə bilməz. Doğrudur, müəyyən təsirlər altına düşə bilir. Məlumdur ki, bizim dilimizə çoxlu sayda ərəb, fars sözləri daxil olub. Bunların böyük bir hissəsi beynəlxalq aləmə, ümumi qlobal mədəniyyətə qovuşmağın, müəyyən bir hissəsi də təcavüzün nəticəsidir. Məhşur misal var; deyir, qələm düşmən əlindədir. Yəni müxtəlif dövürlərdə qələmin, yazının düşmənin əlində olmasının da təsiri olub. Amma bununla yanaşı əlbəttə, Azərbaycan xalqı türk xalqları  içərisində ən inkişaf eləmiş xalqlardan biridir. Türk mənşəliliyini saxlamaqla yanaşı dünyaya inteqrasiyada islam mədəniyyətinin tərkib hissəsi olaraq da çox inkişaf eləmişik. Elə türk xalqları var ki, onlar hələ buddizmdə, şamanizmdə qalıbdır. Amma biz islamın yayıldığı ilk əsirlərdə islam mədəniyyətinin çox nəhəng şəxsiyyətlərini yetirmişik. Elə biriNizami Gəncəvidir.   Ondan sonra Avropaya inteqrasiyada böyük şəxsiyyətlər yetirmişik. Mirzə Fətəli Axundzadə kimi dünyanın görkəmli şəxsiyyətlərindən biri bizə məxsusdur. Bütün bunlar onu göstərir ki, biz bugünkü dünyada yaşamağa, bugünkü dünyanın oyun qaydaları ilə hərəkət eləməyə gücü çatan bir xalqıq. Dəfələrlə cənab İlham Əliyev də deyib ki, bu xalq böyük xalqdır, güclü xalqdır.

 

Biz bugünkü dünyanın oyun qaydaları ilə hərəkət eləməyə gücü çatan xalqıq

 

Bu xalqı istiqamətləndirəndə, yönəldəndə, qüvvələrini toplayanda onunla hər şey eləmək mümkündür. Bu da təsadüfi deyil ki, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafı sahəsində dövlət səviyyəsində, xüsusilə 2000-ci ildən başlayaraq çox böyük işlər görülüb. Çox ciddi rəsmi sənədlər qəbul olunub və istiqamətləndirilib. Bu gün Azərbaycan insanının inkişaf eləməsi, bu dünyada özünü 3-4-cü dərəcəli hesab eləmək kompleksindən azad olunması üçün hər cür imkanlar var. Bu gün biz Azərbaycanda gördüyümüz bu inkişafı, mədəniyyəti əvvəllər xarici ölkələrdə olanda görürdük. Hakbu ki, hansısa bir xarici ölkəyə gedəndə, qayıdıb gələndə düşünürdük ki, niyə bizdə vəziyyət belədir, təəssüf edirdik. İndi Azərbaycanı ondan kənarda baş verən heç bir inkişafla təəccübləndirmək mümkün deyil.

 

- Öz milli xəttimiz nə dərəcədə güclüdür? Belə hesab edilir ki, mövcud inteqrasiya prosesində xaricdən idarə olunan ideoloji siyasət asta-asta milli dəyərlərin itməsində öz təsirini göstərir. Bu barədə nə deyərdiniz?

 

- Svilizasiya insanları eyniləşdirir. Amma mədəniyyət dediyimiz hadisə, onlarn əvvəlki dəyərlərini ölməyə qoymur. Onu qaldırıb müasir forma verir. Burda vəziyət ziddiyyətlidir. Hər bir insan, dünyanın harasında olursa-olsun öz milli dəyərlərini, varlığını qorumalı, digər tərəfdən dünyanın ümumi dəyərlərinə inteqrasiya olmaldır. Ümumi dəyərlər - Homer, Firdovsi, Şekspir, Nizami fəlsəfəsində birləşir. Birivar dünyanı az qala öz təsiri altına salan narkomaniya, hər cür məsiliyətdən uzaqlıq kimi “dəyərlər”. Hər halda əgər norkamaniya bütün cəmiyyəti, dünyanı əhatə edirsə, demək onun kifayət qədər möhkəm dayaqları var, kimsə onu dəyər hesab edir, ona istinad edir.

 

Biz bir Xocalı soyqırımı yaşadıq. Əgər dünyada dəyərlər az-çox yerində olsaydı, bizə “Xocalıya Ədalət” kampaniyasını aparmağa ehtiyac qalmazdı. Demək, dünyada Nizami Gəncəvinin dediklərinə qulaq asmayan, onun sözləri ilə oturub -durmayan qüvvələr var. Dünyada silahlanmalar var, bir -birinin torpağını zəbt eləmək, dünyada erməni faşizmini müdafiə edənlər var. Bunların hamısı bizdən ayıq olmağı tələb edir. Ayıq olmaq da o deməkdir ki, sən Nizami kimi böyük şəxsiyyətlərin düşüncəsinə, fəlsəfəsinə əsaslanacaqsan. Əsaslanmaq üçün də əvvəl onu biləcəksən. Təəssüf ki, bizim gənclərimiz Nizami Gəncəvini yaxşı bilmirlər, yaxşı oxumurlar. Mən çox nadir insanlara rast gəlirəm ki, Nizaminin bütün “Xəmsə”sini oxuyublar. Mən heç başa düşməyi demirəm...

 

Dünyada ziddiyyətlər çoxdur. Bir tərəfdə dünyanın gözəlliyi, təmkinliyi, rahatçılığı xoşbəxtlik gətirən ideyalar yayılır, o biri tərəfdən onun əksinə olan ideyalar yayılır, gerçəkliyə çevrilir. Elə hadislər var ki, hiss olunur ki, xaricdəki müəyyən institutlar onun üzərində işləyir. İstəyirlər ki, millətin mədəniyyətini məhv eləsin, cəmiyyətin yaradıcılıq imkanlarını əlindən alsın səhv yola yönəltsin. İnsanlar bu gün ciddi maniələr şəraitində, mübarizə yaşayırlar.

 

 

Tahirə Qafarlı

 

Həftə içi.- 2021.- 20-22 fevral.- S.3.