Şuşa teatrının "Zəfər Dönüşü"

 

Arzu edirəm ki, Zəfərlə bağlı tamaşalarımızı premyera şəklində tamaşaçılara təqdim edək ilk izləyicilərimiz bizi Şuşamıza qovuşduran şəhid qazi ailələri, onların övladları olsun

 

Ordumuzun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi həm milli qürurumuzu bərqərar etdi, həm bizləri 30 il həsrətini çəkdiyimiz o torpaqlara qovuşdurdu. Azad edilən torpaqların hər qarışı əziz müqəddəs olsa da, Qarabağın baştacı sayılan Şuşanın yeri hər zaman könüllərdə bir ayrı olub. Şuşa şəhəri tarixən ölkəmizin tarixi-mədəni həyatının mühüm mərkəzlərindən biri hesab edilib. Bu gün mədəniyyətimizin paytaxtı olan şəhər özünün yetişdirdiyi mütəfəkkirlər ilə Azərbaycan mədəni irsinə dərin töhfələr verib. Əzəli əbədi yurdumuzda işğaldan öncə müxtəlif mədəniyyət ocaqları elm mərkəzləri fəaliyyət göstərib. Belə mərkəzlərdən biri 100 ilə yaxın tarixi olan Şuşa Dövlət Musiqili Dram Teatrıdır.

 

Hafta.az-ın əməkdaşı Şuşa Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı, əslən Şuşadan olan Yaşar Muradov ilə həmsöhbət oldu. Müsahibəni sizlərə təqdim edirik:

 

- Yaşar bəy, işğal müddəti ərzində teatrın fəaliyyəti ilə bağlı nələri deyə bilərsiniz?

 

- Şuşa Dövlət Musiqili Dram Teatrı işğaldan sonra 1993-cü ildən, 2006-cı ilə qədər Bakıda - Gənc Tamaşaçılar Teatrının binasına yerləşmişdi. 2006-cı ildən etibarən isə ovaxtkı Mədəniyyət nazirinin əmri ilə Savalan kinoteatrı (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 6) Şuşa teatrının balansına verildi. Daha sonra, 2014-cü ildə cənab Prezidentin Teatrların yenidən qurulması inkişafına dair proqramına əsasən bina təmirə dayandırıldı. 4 il sonra - 24 dekabr 2018-ci ildə binanın rəsmi açılışı baş tutdu. Həmin dövrdən etibarən yenidən fəaliyyətimizi davam etdirdik. Təmir müddətində bina olmasa belə, müxtəlif tamaşalar hazırlanırdı. Mədəniyyət Nazirliyinin tapşırığına əsasən, bir sıra şəhər teatrları binasında tamaşalarımız oynanılır, həmçinin rayonlara, xüsusən cəbhə bölgələrinə qastrol səfərlərimiz təşkil edilirdi.

 

- Bəs son illərdə, xüsusən yeni bina istifadəyə verildikdən sonra hansı işlər görüldü? Pandemiya teatrın fəaliyyətinə cür təsir göstərdi?

 

- 2018-ci ildən sonra yeni binada repertuarımız daha da zənginləşdirildi. Əvvəllər qənaətbəxş olmayan uşaq tamaşaları xeyli inkişaf etdirildi. Pandemiya şəraiti ilə bağlı yeni binada fəaliyyət müddətimiz elə çox olmasa da, artıq xeyli görməyi bacarmışıq. Pandemiya ilə əlaqədar sonuncu tamaşamız 6 mart 2020-ci ildə oynandı. Ardınca isə elə məhsuldar olmayan onlayn fəaliyyət dövrü başladı. Hər sahədə olduğu kimi, bu vaxt ərzində bizdə durğunluq yaranıb. Sosial şəbəkələrdə müxtəlif tamaşalardan videoçarxlar paylaşılsa da, tamaşaçı ilə canlı ünsiyyət sənəti olan teatr üçün bu hal heç ürəkaçan sayılmır. Ümid edirəm, tezliklə COVID bəlasından yaxa qurtarıb teatrın fəaliyyətini tam bərpa edə bilərik.

 

- Dediniz ki, son illərdə uşaq tamaşaları bir qədər təkmilləşdirildi. Ümumilikdə, Şuşa Dövlət Musiqili Dram Teatrında uşaq böyüklər üçün hansı tamaşalar səhnələşdirilirdi?

 

- Repertuarımızda böyüklər üçün Cəfər Cabbarlının "Solğun çiçəklər", Cəlil Məmmədquluzadənin "Anamın kitabı", Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan dərviş Məstəli şah". "Lənkəran xanının vəziri", uşaqlar üçün isə, "Əli Baba Qırx Quldur", Xanımana Əlibəylinin "Dovşanın ad günü", Abdulla Şaiqin "Danışan gəlincik" s. bu kimi tamaşalarımız var. Üstəlik, hər biri izləyicilərimiz tərəfindən maraqla qarşılanır.

 

- Xəyallar gerçəkləşib. Bir şuşalı olaraq işğaldan azad olunmuş torpaqlarımıza qayıdışı cür planlaşdırmısınız? Yəqin ki, qayıdışla bağlı yeni tamaşalar səhnələşdirməyi düşünürsünüz...

 

- Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşada"Xarıbülbül" festivalında olarkən cənab Prezidentə bununla bağlı öz təşəkkürlərimizi bildirdik. Əminəm ki, qayıdışımız möhtəşəm olacaq. Şuşada yerləşəcək olan binanın indiki vəziyyəti ilə bağlı məlumatım yoxdur. Bizim üçün əsas odur ki, Şuşamıza qalib ölkənin vətəndaşları olaraq qayıdacağıq. Bundan belə tamaşalarımız öz izləyicilərini evində qarşılayacaq.

 

Şuşaya qayıtdıqdan sonra "Zəfər Dönüşü" adı altında səhnələrimiz oynanılacaq. Arzu edirəm ki, Zəfərlə bağlı tamaşalarımızı tamaşaçılara təqdim edək ilk izləyicilərimiz bizi Şuşamıza qovuşduran şəhid qazi ailələri, onların övladları olsun. Hazırda yaradıcı heyət əsərlərin seçilməsi ilə məşğul olur.

 

- Şuşa Dövlət Musiqili Dram Teatrının balansında hazırda neçə əməkdaş fəaliyyət göstərir?

 

- Teatrın balansında yetəri qədər aktyor heyəti mövcuddur, həmçinin texniki heyət musiqili ansamblımız da var.

 

- Bu illər ərzində teatrın fəaliyyətinə dövlət tərəfindən hansı dəstəklər olunub?

 

- Dövlət dəstəyini üzərimizdə hər zaman hiss etmişik. Bunun bariz nümunəsi isə istifadəyə verilən yeni binamızdır. Elə Mədəniyyət Nazirliyi hər zaman bütün çətinliklərdə yanımızda olub.

 

Qeyd

 

Şuşa Dövlət Musiqili Dram Teatrı 1938-ci ilin fevral ayında yaradılıb. O vaxt Şuşa Dövlət Kolxoz Sovxoz Teatrı olaraq adlandırılırdı. Daha sonra, 1943-cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona Üzeyir Hacıbəylinin adı verilib.

 

 

 

Teatrda dram komediyalarla yanaşı, opera operettalar da oynanılıb. Teatr 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1992) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edildi. 1992-ci ildə teatr məlum Qarabağ hadisələri ilə bağlı Bakıya köçdü. Uzun illər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşdı (19922005). Hazırda Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir.

 

 

Muradov Yaşar

 

Həftə içi.- 2021.- 5-7 iyun.- S.7.