Xüsusi Təyinatlı Qüvvələrin zabiti, şəhid kapitan Elçin İsmayılov

 

 

“Hər bir insan öz sevgisi qədərdir”, – deyirlər. Vətənini, torpağını canından çox sevən, tək amalı onu qorumaq olan şəhidlərimizin ucaldığı zirvə də buna ən bariz nümunədir. Bir-birindən fərqli yüzlərlə həyatı  birləşdirən yeganə məhfum Vətənimizə, bayrağımıza, milli kimliyimizə və azadlığımıza olan məhəbbətdir…

 

Bir azdan haqqında bəhs edəcəyimiz qəhrəmanımız  Qarabağ fədaisi Xüsusi Təyinatlı Qüvvələrin zabiti,  Qərargah rəisinin müavini, kəşfiyyatçı, döyüşü idarə edən komandir şəhid kapitan Elçin İsmayılovdur.

 

Kapitan Elçin Mübariz oğlu İsmayılov 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub. 1995-ci ildə Ucar rayonunun 1 saylı orta məktəbinə yollanır 2006-cı ildə təhsiliniəlaqiymətlərlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur.  2010-cu ildə ali təhsilini motoatıcı tağım komandiri vəzifəsi üzrə bitirir. Daha sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə Zabitlərin təkmilləşdirmə kursunda dinləyici vəzifəsində xidmət etmək üçün göndərilir oranı  tamamlayır. Elçinin Xüsusi Təyinatlı Qüvvələrdə xidməti isə 2011-ci ilin noyabr ayından etibarən başlayır. O seçimlərdə iştirak edən 300 adam arasında, mərhələni uğurla başa vurmuş  19 nəfərdən biri idi. Xüsusi Təyinatlı Qüvvələrə daxil olduqdan sonra dəfələrlə Turkiyədə hərbi təlimlərdə iştirak edərək bütün imtahanlardan uğurla keçmiş, Fəxri Fərman medallarla mükafatlandırılmışdır.

 

Qeyd edək ki, Elçin İsmayılov evli idi. Şəhidimizin Ömər Mübariz adlarında Vətənə əmanət iki oğul övladı var. Ömər bu il 1-ci sinfə  başlayıb, lakin atası müharibədən öncə keçirilən təlimlərdə iştirak etdiyinə görə oğlunun 1-ci sinfə getdiyini görə bilməyib.

 

Hafta.az şəhidin xalası qızı, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi araşdırmalar söbəsinin elmi işçisi, sənətşünas Yeganə Mövsümova ilə həmsöhbət oldu. O, Elçin İsmayılovla bağlı xatirələrini bizlərlə bölüşdü.

 

Müsahibimiz deyir ki, Elçin hələ uşaq vaxtından Vətənə sevgisi ilə hər kəsdən fərqlənib. Orta məktəbdə ən sevdiyi fənlər tarix hərbi hazırlıq idi. Elə əbəs yerə deyil ki, bu sevgi onu ilk olaraq hərbə gətirdi, ardınca şəhidlik zirvəsinə qədər ucaltdı. Elçindən  ilhamlanaraq, vətənpərvər ruhda  böyüyən qardaşları da Silahlı Qüvvələrin sıralarında xidmət edirlər:

 

“O, balacalıqdan televizorda, məktəbdə Xocalı faciəsi haqqında eşidəndə deyərdi ki, gün gələcək, mən bütün bu vəhşiliklərin qisasını alacam”.

 

Nəzərinizə çatdıraq ki, şəhid kapitan Elçin İsmayılov  2016-cı ildə Aprel döyüşlərinin fəal iştirakçısı olub. Onlar - kəşfiyyatçılar gözəgörünməz qəhrəmanlardır. Ona görə heç bir mənbələrdə adları çəkilmir, çünki düşmənkabusutanımamalıdır. Həmin ildə qardaşı Nurlan da Aprel döyüşlərində iştirak etmişdir.

 

Bundan başqa o, 2015-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək amerikalı təlimatçılar tərəfindən Goran Təlim Mərkəzində yüksək göstərici ilə “Special Operations Training” kursunu uğurla keçərək sertifikatla təltif olunur. 2018-ci ilin iyul ayında Türkiyə RespublikasındaAnadolu Tatbikatıtəlimində iştirak edir. 2019-cu ilin iyul ayında isə pakistanlı təlimatçılar tərəfindən Giləzi Tədris MərkəzindəDağlarda döyüşkursunu bitirir.

 

Çəkilən heç bir əziyyət, qazanılan uğur əbəs deyildi. Vaxt-vədə yetişir, 30 ilə yaxın düşmən tapdağı altında qalan tarixi torpaqlarımızın fəryadına qəhrəmanlarımız əks-hücum əməliyyatları ilə haray verir. Döyüşlərə ilk olaraq Murov dağ zirvəsinin fəthində iştirakı ilə başlayan Elçin İsmayılov daha sonra Cəbrayıl rayonunun azad edilməsində mühüm rol oynayır. Elə 4 oktyabrda Cəbrayıl azad ediləndən sonra ilk bayraq sancan şəxslərdən biri döyüşü idarə edən komandir kapitan İsmayılov Elçin Mübariz oğlu olub. Ermənilərə olan nifrətini həmin döyüşlərdə erməni polkovnikinin öldürərək qulağına "sənə Poladın qanını gətirdim!" deməklə bildirir.

 

Qəhrəmanımız məhz toyunun ildönümü - 7 oktyabr günü Füzuli istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını, idarə etdiyi qrupu xilas edərkən snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 8 oktyabrda Ucar rayon Şəhidlər Xiyabanında dəf edilir.

 

Qeyd edək ki, İsmayılov Elçinlə bərabər, II Vətən Müharibəsində qardaşları Nurlan Elvin ön cəbhədə Vətən uğrunda döyüşüblər. Şəhid kapitan Elçin İsmayılov ölümündən sonra müharibə zamanı göstərdiyi qəhrəmanlığına görəVətən uğrunda”, Cəbrayılın, Kəlbəcərin işğaldan azad edilməsi uğrunda əməliyyatlarda igidlik şücaət nümayiş etdirdiyinə görəCəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görəmedalları ilə təltif edilmişdir.

 

Allah rəhmət etsin!

 

Banu Hüseynli

 

Həftə içi.- 2021.- 13-15 mart.- S.7.