Lənkəran Xan Sarayı – xan xanımının sifarişi

 

 

Hafta.az füsunkar təbiəti və zəngin tarixi mədəni abidələri ilə ölkəmizin sevilib-seçilən bölgələrindən biri olan Lənkəran şəhərinin qonağı olub. Bura Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ Tünc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq edir.

 

Yerlilər deyir ki, Lənkərana gəlib Lənkəran Xan sarayını görməmək qəbahət olar. Bizüz tutduq hazırda muzey kimi fəaliyyət göstərən sözügedən məkana...

 

Maraqlı tarixçə

 

Lənkəran Xan Sarayı 1913-cü ildə Mir Əhməd xanın sifarişi ilə həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa edilib. Bina fransız memarları tərəfindən 3 ay müddətinə hazırlanıb və Xan ailəsi ilə birlikdə burada yaşayıb. Sarayın Tuğra xanıma hədiyyə edilməsinin də maraqlı bir tarixçəsi var.

 

 

 

Belə ki, 1912-ci ildə Tiflisdə Tuğra xanımın birinci olduğu gözəllik müsabiqəsi baş tutub. Daha sonra Xan qalibiyyət münasibətilə sarayı xanımı üçün inşa etdirib. Sözügedən saray o dövrdə Tuğra xanımın istəklərinə uyğun olaraq, baxdıqda bütün Lənkəranın, dənizin göründüyü şəkildə inşa olunub. O vaxtlar ən hündür bina sayılan Xan Sarayı bütün Lənkərana açılan dəbdəbəli bir pəncərə idi. Həmin dövrdə şəhərdə ilk elektrik enerjisibu binaya verilib.

 

Yeri gəlmişkən onu da deyək ki, Mir Əhməd xanla Tuğra xanım əminəvəsi imişlər. Mir Əhməd xan Fransada təhsil almış, savadlı və dünyagörüşlü bir şəxs olub.

 

 

 

Cehizlik Venesiya güzgüləri

 

Sarayda Tuğra xanımla Mir Əhməd xanın fotoları ikinci mərtəbənin divarlarını indi də bəzəyir. Onların şəxsi əşyaları, binanın ilk açarları da nümayiş edilən eksponatlar sırasındadır.

 

Muzeydə keçmiş dövrə aid arxası gümüşdən olan 3 ədəd böyük güzgü var. Əvvəllər sayı 7 olsa da, bizim dövrə onlardan yalnızda 3-ü qalmışdır. Hazırda biri 1-ci, digər ikisi isə 2-ci mərtəbədədir. Bu iri aynalar Tuğra xanımın cehizi olubVenesiyadan gətirilib. Sovet dövründə güzgülər idarələrə paylanılıb. Daha sonra 3-ü tapılaraq aid olduğu yerə gətirilsə də, 4-ü haqqında heç bir məlumat yoxdur.

 

Xarici turistlərə həsrət qalan muzey

 

Bizi muzeylə tanış edən bələdçilərimiz isə 2 mehriban xanım - Elnura Qasımova və Fatma Əliyevadır. Xanımlar saxlanan eksponatlar, sərgilənən maraqlı guşələr haqqında bizləri məlumatlandırdılar.

 

Bələdçilərin sözlərinə görə, hazırda pandemiya şəraiti olduğundan, muzey xarici turistlərə həsrət qalıb. Əvvəllər həm yerli, həm də xarici ziyarətçilər Lənkərana gələrkən bura baş çəkmədən qayıtmazdılar. İçəriyə giriş isə ödənişsizdir.

 

 

 

Burada ulu öndər Heydər Əliyevin anım günü, 9 May qələbə günüBirinci Qarabağ müharibəsi ilə bağlı xüsusi bölmələr də mövcud idi. Gələcək aylarda muzeydə İkinci Qarabağ döyüşlərinə aid guşənin də yaradılacağı bildirildi:

 

Ulu öndər Heydər Əliyev muzeyimizdə qonaq olarkən verdiyi aftoqraf ən dəyərli eksponatlarımız arasında saxlanılır. 1941-1945-ci illərdə müharibədə iştirak etmiş başda Həzi Aslanov olmaqla yerli müharibə iştirakçılarımızın fotoları burada öz əksini tapmaqdadır”.

 

Girişdə, lap qapının ağzında gələn qonaqların məkan haqqında düşüncələrini əks etdirmələri üçün iri bir xatirə dəftəri qoyulub. Sonda, təbii ki, biz də həm mehriban kollektiv, həm də gəzib-gördüklərimizin ardından, nəhayət, təəssüratlarımızı buraya qeyd etdik.

 

Qurudulmuş flaminqo

 

Qayıdaq gəzintimizə... Sarayın ilk mərtəbəsində NeolitTunc dövrlərinə aid olan qədim əşyalar nümayiş etdirilir. Burada əlavə olaraq, 1962-ci ildə yaradılmış “Hirkan” və 1929-cu ildə yaradılmış “Qızılağac” qoruqlarının unikal “sakin”ləri təbii yollarla saxlanılaraq saray-muzeyin ziyarətçilərinin ixtiyarına verilib. Bələdçi deyir ki, “Qızılağac” qoruğundan nümunə olan Dəmirağac budaqlarının muzeydə yer alması heç də təsadüfi deyil:

 

 

 

“Adı “Qırmızı kitaba düşmüş bu möcüzəvi bitki suda batan yeganə ağacdır. Onun yanında qurumaqda olan ağac varsa, Dəmirağac öz enerjisi ilə həmin bitkini yaxşılaşdırmaq kimi maraqlı xüsusiyyətə də malikdir. Başqa bir fərqli eksponat olan təbii qurudulmuş flaminqo isə “Qızılağac” qoruğunda mövcud olan 200-dən çox quş növünü simvolizə edir”.

 

Otaqları dolaşdıqca qədim divarların müsbət aurası insanı 1 əsr öncəyə aparırdı sanki. Hər yanda o dövrün xarakterik əşyaları – mətrəşlər, xurcunlar, misdən hazırlanmış məişət əşyaları, manqal, sərpuş və saxsı qab-qacaqlar, fənərlər bir-birini əvəzləyir:

 

 

 

Mis satıl və məcməyi o dövrdə qoğal bişirmək, yeməkləri isti saxlmaq üçün istifadə olunub. Saxsı fənəri isə içinə müxtəlif növlərdə heyvan yağları qoymaqla yandıraraq ətrafı işıqlandırıblar”.

 

Başqa bir küncdə isə ilk insanların həyat tərzini özündə əks etdirən maketlər, balıqçılığın təsviri göstərilirdi. Münbit şəraitli təbiəti ilə gözoxşayan bölgənin ilk insanların məskəni olması hər kəsə məlumdur. Elə Lerik yolunun üzərində yerləşən “Buzeyir” mağarasının mövcudluğu bunu deməyə əsas verir.

 

Hə, yeri gəlmişkən onu da deyək ki, hazırda 3-cü mərtəbə ziyarətə bağlıdır. İkinci mərtəbədə sərgilənən əşyalar və mövcud guşələr məkanın populyarlığını artıran amillər sırasındadır. Daş ütülər, gül ləçəklərindən ətir hazırlamaqda istifadə olunan qablar, samovarlar, taxçalar, Abşeron-Qarabağ qrupuna aid olan xalçalar, həvəngdəstələr, cəhrə, məcməyi, əl dəyirmanı və daha nələr-nələr:

 

“Baxın, bu özü nadir əşya - XII əsrə aid olan kəşküldür. Kəşkül dərvişlərin boynunda olub, daha yüksək səslə danışa bilmələri üçün istifadə edilərmiş. II və I minilliklərə aid olanpandorraqolbaqlar və bəzək əşyaları da ziyarətçilərdə maraq doğuran eksponatlar sırasındadır”.

 

Qeyd edək ki, hazırda çay bağçası və başqa iaşə obyektləri yerləşən sarayətrafı ərazilər əvvəllər xanın gül-çiçəkli bağçası olubmuş. Buranın zəngin ekspozisiyaları ilə tanışlığımız başa çatır. Mehriban kollektivlə sağollaşıb dərin təəssüratlarla Xan sarayından ayrılırıq…

 

Banu

 

Həftə içi.- 2021.- 18-19 may.- S.8.