Şuşaya dəvəti çox gözlədim  

 

 

Şuşadakı festivalda yada düşmədimsə, deməli, heç nə dəyişməyib

 

Murad Rzayevbu ad musiqisevərlərə çox yaxşı tanışdır. Təxminən, 50 il bundan öncə yaratdığı “Qarabağ bülbülləri” ansamblı Azərbaycan mədəniyyətinə neçə-neçə istedadlı incəsənət xadimləri bəxş edib. İndiyədək dövlət səviyyəsində heç bir fəxri ada layiq görülməsə də, onun yaratdığı əsərlər bu gün də sevə-sevə dinlənilir. Qeyd edək ki, bu yaxınlarda Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışı zamanı səsləndirilən ilk ifa da məhz Murad müəllimin improvizəsidir. O, Azərbaycanın musiqi tarixində ilk dəfə "Bayatı-Şiraz" muğamını improvizə edərək tarixə düşüb. “Həftə içi” qəzetinin əməkdaşı əfsanəvi “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevlə söhbətləşib.

 

- Murad müəllim, təxminən, 30 ildən sonra “Bayatı-Şiraz” azad Qarabağda səsləndirildi. “Xarıbülbül” festivalının məhz sizin əsərinizlə açılışını izləyəndə hansı hissləri keçirdiniz?

 

-  Sizə deyim ki, duyğularım qarma-qarışıq oldu. Çox şükür ki, torpaqlarımız azadlığına qovuşduAllah bizə möhlət verdi ki, ölmədən Qarabağın azadlığını görək. Allah bu yolda canından keçən oğullarımıza rəhmət eləsin, qazilərimizə şəfa versin, Prezidentimizin canını sağ eləsin. Şükür bu günümüzə. Çox istəyərdim ki, mən də həmin festivalda iştirak edim. Mahnım ilə açılış olur, amma məni yada salmırlar. Həmişə dövlət tədbirlərində iştirak edirdik. Son illər bizi yada salmırlar. dəyişib ki? Həmin adamam da.

 

Buna görə çox incimişəm. Düzdür, biz az səhhətimdə problemlər var. Dəvət etsəydilər, yenə gedərdim. Gedib canlı izləyərdim. Bəlkə o zaman bütün ağrılarımı da unudardım. Mən 50 ilə yaxındır ki, bu dövlətə xidmət edirəm. Özü heç bir təmənna güdmədən. Çəkdiyim əziyyəti heç kim çəkməyib. zülmlə kollektiv toplamışam. O vaxt uşaqları yığmaq üçün kəndbəkənd, qapı-qapı gəzirdim. Bilirsiniz, necə çətinliklərlə üz-üzə qalırdım? Ömrümün 50 ilini sənətə qurban vermişəm. Uşaq yaşlarımdan teatrda aktyorluq eləmişəm. Bu vaxta qədər üç yeri dəyişmişəmmədəniyyət evində fəhlə, bədii rəhbər müdir. 21 yaşımdan müdir işləyirəm. 15 respublikanın əməkdar müəllimiyəm. Bundan böyük ad var? Əməkdar, xalq artisti adları mənə aid deyil, onu tələbələrim alır. Həm elə adamlara xalq artisti adı veriblər ki, onların cərgəsinə qoşulmaq istəmərəm. Fəxri adım "əməkdar incəsənət xadimiolmalıdır. Mən müəlliməm, bəstəkaram. Mədəniyyətimizə, musiqi xəzinəmizə neçə-neçə bülbülsəsli sənətçilər bəxş etmişəm. Tələbələriməməkdar”, “xalq artist”ləridir, sağlıqlarına qismət, yaxşı ev-eşikləri var, amma mənə dövlət tərəfindən heç bir fəxri ad verilməyib. Hazırda da öz vəsaitim hesabına kirayə qalıram. Heç kimə ağız açmaq fikrim yoxdur. Əfülfəz Qarayev nazir olanda bir neçə dəfə vəziyyətimlə bağlı müraciət etdim. Onlar da hər dəfə mənə məktub göndərirdilər ki, sizi diqqətimizdə saxlayacağıq. Qeyd edirdilər ki, gördüyünüz işlər təqdirəlayiqdir. Bir dəfə nazir müavinlərindən biri bura zəng etdi. Dediİstəyirəm ora gəlim, “Qarabağ bülbülləri sizinlə tanış olum, görüm kimsiniz”. Dedim, əgər nazir müavini Murad Rzayevi Qarabağ bülbülləri”ni tanımırsa, heç mən onunla danışmaq istəmirəm. Bununla da hər şey bitdi. Əbülfəz Qarayev beləcə məni aldatdı.

 

- Təzə nazirlə necə, görüşmək fikriniz varmı?

 

- Heç kimə müraciət etmək fikrim yoxdur. Qoy onlar maraqlansınlar mənimlə. Təzə gələn cavandır, ümid edirdim ki, yaxşı işləyəcək. Şuşadakı festivalda yada düşmədimsə, deməli, heç dəyişməyib.

 

Tacirə heç bir zəhmətimi halal etmirəm

 

- Murad müəllim, bir qədər geriyə qayıdaq – “Bayatı-Şiraz" muğamını improvizə etdiyiniz dövrə. Bu əsərin yaranma tarixçəsi necə olub?

 

- Bu əsər, təxminən, 1976-1977-ci illərdə yaranıb. O vaxt Bakıya Respublika Sarayına tədbirə gəlirdik, oradaBayatı-Şirazoxumalı idik. Mən yolboyu düşünürdüm, neyləyim ki, tamaşaçıları öz ifamızla daha da təəccübləndirək? Hind musiqisini mən çox sevirəm. O, “Bayatı-Şiraz”la bir az uyğun gəlir. İmprovizəmə həmin hind musiqisinin elemetlərini qatdım. Avtobusda dodağımın altında bu bəstəni zümzümə etdim. Tacir eşidib dedi ki, olar mən oxuyum? Heç ona vermək fikrim yox idi. Onu başqa adama vermişdim, amma bacarmadı. Tacirə öyrətdim, oxudu, gördüm onda yaxşı alınır. Bir neçə il bundan əvvəl möhkəm xəstələnmişdim, Tacir elə bildi ki, mən öləcəyəm. Çıxıb hər yerdə danışırdı ki, mahnı ona məxsusdur. Jurnalistlər sual verəndə dedim ki, heç o yaşda uşaq dədəsini-nənəsini tanımır. Axı, 7 yaşında uşaq "Bayatı-Şiraz”ı haradan bilirdi ki, ona da aid olsun? Ondan soruşmaq lazımdır ki, 10 yaşında Bethoveni tanıyırdın? Yalan deyirsə, and ona qənim olsun. Ona heç bir zəhmətimi halal etmirəm. İndi danışdırmıram, zəhmətimi itirən adamla mənim işim olmaz.

 

Mən qalmışam arxada, başqaları keçib önə

 

- Çoxları bu düşüncədədir ki, “Bayatı-Şirazillərlə Qarabağ nisgilini, Vətənə olan müqəddəs hisslərimizi ifadə etdi. 30 ilə yaxın müddətdə bizi Qarabağdan, Qarabağı da bizdən ayırmayan, ayrılmağa qoymayan məhz sizin improvizə etdiyinizBayatı-Şirazoldu. Bu barədə siz düşünürsünüz?

 

- Aqil Abbasın yaxşı bir sözü var. O deyir ki, “Bayatı-ŞirazAzərbaycan musiqisinin, incəsənətinin himnidir. Öz əsərim barədə danışsam, bir az pis çıxar. Danmaq olmaz ki, doğrudan da bu əsər bizə Qarabağı unutmağa qoymadı. Rəhmətlik Musa Yaqub deyərdi ki, mən Murad RzayevinBayatı-Şiraz”ını dinlədikdən sonra hər yerdə xarıbülbül görürdüm. Sanki xarıbülbül onun ayağı ilə İsmayıllıya gəlmişdi. Bu sözdə çox dərin məna var. Bu improvizə həqiqətən Qarabağ nisgilini unutmağa imkan vermədi. Qarabağa həsr olunan bütün film verilişlərdə istifadə olundu.  Mədəniyyət Nazirliyi məni yada salmır. Maraqlanmır ki, bu əsəri yaradan adam haradadır. Vaxtilə mərhum Heydər Əliyev bizə çox böyük qiymət verirdi, diqqət göstərirdi. Hər konsertdən sonra səhnə arxasına keçərək əlini çiynimə qoyurdu. Qarabağlı, hər şey yaxşıdırmı?”- deyə soruşurdu. İndi dəyişib? Həmin adamam da.

 

Azərbaycanın xalq artisti olmasam da, SSRİ-nin maarif əlaçısıyam, əməkdar maarif xadimiyəm. Az adamın bu titulu var. Müəllimlik hara, artistlik hara? Mənim "Bayatı-Şirazmuğamı üzərində etdiyim improvizə ilə beynəlxalq muğam müsabiqəsi açılır. Muğam tarixində ikinci improvizə yoxdur. Bir dənədir, onu da mən eləmişəm. Vaxtilə başqa ölkələrdə milli musiqimizi təbliğ edəndə indiki məşhur sənətkarlar heç yox idi. Moskvanın Böyük Teatrında, Kremldəki Qurultaylar Sarayında konsertlərimizə bütün ölkə baxırdı. Mən qalmışam arxada, başqaları keçib önə. Eləcə tələbələrim, hətta tələbələrimin tələbələri öndədir.

 

Qarabağ bülbülləri”nin 50 illik yubileyinə hazırlaşırıq

 

- Hazırda işlə məşğulsunuz? İşləriniz necə gedir?

 

- Bu koronavirusla bağlı bir az fəaliyyətimizdə fasilələr oldu, amma yenə də yazıb-yaradırıq. Hazırda “Qarabağ bülbülləri”nin 50 illik yubileyinə hazırlaşırıq. Bütün proqram hazırlanıb. Biz mayın axırında yubiley tədbiri keçirmək istəyirdik, amma xəstəliklə bağlı qaldı. Əgər iyunda konsert zalları açılarsa, Heydər Əliyev sarayında yubiley konserti keçirməyi planlaşdırırıq.

 

- Bəlkə elə yubiley ərəfəsində dövlət tərəfindən mükafatlandırıldınız...

 

- Daldan atılan daş topuğa dəyər. Addan vacib mənə ev şəraiti yaratsınlar, Prezident təqaüdü versinlər ki, Azərbaycan musiqisini dünya səviyyəsində təbliğ etmişəm. Həm elə adamlara xalq artisti adı veriblər ki, onların cərgəsinə qoşulmaq istəmərəm. Lazım deyil. Hərənin öz adı özünə bəsdi. Öz adım xalqın hörməti mənim fəxri adımdır. Ən böyük adı mənə Xəlil Rza Ulutürk verib – “Murad Rzayevin yaratdığıQarabağ bülbülləriansamblı Azərbaycan xalqının mənəvi sərvətidir”. Bundan böyük qiymət?!

 

- Murad müəllim, artıq doğulduğunuz Ağdam azadlığına qovuşub. İşgaldan azad olunandan sonra Ağdama getmisinizmi?

 

- Hələ ki, getməmişəm, amma ən böyük arzumdur ki, gedib baş çəkəm. Arif Babayev gedəndə mən də gedəcəkdim, lakin xəstələndim, gedə bilmədim. İndi iki konsert proqramı hazırlayırıq. Qismət olsa bir proqram Ağdamda xidmət edən əsgərlərimiz, digər proqram isə Şuşada xidmətdə olan əsgərlərimizin üçün nəzərdə tutulub. İnsAllah, belə bir səfər proqramı planlaşdırmışıq. Çox istəyirik ki, Vətənə xidmət edən balalarımıza bizimmusiqi payımız olsun.

 

 

Sevinc

 

Həftə içi.- 2021.- 20-21 may.- S.5.