Laçını görməyən laçınlı şəhid

 

 

 

Dünya əhalisinin yüksək əksəriyyəti üçün müqəddəs olan ortaq məhfumlar vardır. Torpaq, dil, din və Vətən kimi... İllər ötüb-keçsə, nəsillər dəyişsə belə, Vətənə olan sevgi əsla tükənmir. Üzərində dayandığımız bu torpaqlar keçmişdən günümüzə yüzlərlə şəhidin bizə əmanətidir. Bütün şəhidləri birləşdirən ortaq hekayələri var, onların hər biri seçilmiş şəxslərdir. Onları tanımaq və tanıtmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün sizlərə əslən Laçından olan, o torpaqları görmədən sevən kəşfiyyatçı əsgər, qəhrəman şəhid Tural Rəhimli haqqında bəhs edəcəyik.

 

Tural Gəray oğlu Rəhimli 2001-ci il oktyabrın 27-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuşdur. Əslən Laçın rayonunun Korcabulaq kəndindən olan Tural  2007-ci ildə  rayonun 45 saylı tam orta məktəbində təhsil almağa başlamış və həmin təhsil müəssisəsinin məzunu olmuşdur. Məktəb vaxtı Vətənə bağlılığı, Bayrağa sevgisi ilə hər kəsdən fərqlənirdi. Tural Laçın həsrəti ilə yaşayırdı. Onu tanıyanlar  bu sevgini yaxşı bilirdi. 2019-cu il oktyabrın 28-də hərbi xidmətə gülə-gülə bayrağa bükülü vəziyyətdə yola düşən Tural elə ilk günlərdən könülü şəkildə ön cəbhədə xidmət etməyə başlayır. Kəşfiyyat bölüyündə olan Tural Rəhimli dostları və ailəsi ilə danışdığında deyirdi: “Şəhid olsam ağlamayın, Laçını alacağıq, İnşallah”.

 

İkinci Qarabağ müharibəsi başlayan gündən igidlik göstərən cəsur kəşfiyyatçı Tural 1 oktyabr səhər  saatlarında atasına zəng edərək, “Hər şey yaxşıdır Torpaqlarımızı yağı düşməndən azad edirik. Şəhid olsam ağlamayın”, – dedi. Elə həmin gün günorta saatlarında, Suqovuşan uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalır...

 

Hafta.az qəhrəman Şəhidin ailəsi və yaxınları ilə həmsöhbət oldu. Onlar öz xatirələrini bizimlə bölüşdülər.

 

İlk öncə Turalın əsgər yoldaşı onun haqqında danışarkən dedi:

 

“O, bir qəhrəman idi, düşmən üzərinə gözündə heç bir qorxu olmadan irəliləyirdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Məkanları cənnətdir”.

 

 

 

Anası Süsən Rəhimli də oğlunun gənc ömrünə sığdırdığı sonsuz qəhrəmanlıqdan söz açdı. O dedi ki, Tural anadan olandan qeyri-adi uşaq idi. Vətənpərvərliyi ilə hamıdan seçilirdi:

 

Oxumaqla arası yox idi. Elə uşaq vaxtlarındanMən əsgər olacağam”, – deyirdi. Balaca olanda bir dəfə atasına dedi ki, Rusiya vətəndaşlığı alsın. Sonra isə Laçına gedib oraları görsün. Bunun başqa yolu yoxdur...”.

 

Süsən xanım bildirir ki, Tural bayrağımıza bükülüb yollandı xidmətinə, o bayrağın uğrunda can verib, ona sarılıb şanlı qayıdışını etdi:

 

Evdən çıxanda Şəxsiyyət Vəsiqəsini tapa bilmədim. Əsəbiləşib çıxıb getdi. Söylədi ki, tapıb arxamca gətirərsiniz. Əsgərliyə getməyi onun üçün bir toy-bayram idi. Həmin gün, ancaq bayrağa büründü. Onu bir an belə çiynindən yerə qoymadı. Gedəndə ağlamırdım, ancaq mənə ağır idi. Yenə balamı gülə-gülə yola saldım ki, narahat qalmasın. Sonra yuxuda gördüm ki, müharibə başlayıb Tural şəhid olub. Yuxularımdan qorxurdum. Qəlbimin dərinliyində məni narahat edirdi”.

 

Ana söylədi ki, bir il Turalı görə bilmədik. o məzuniyyətə gələ bildi, biz getdik yanına. Uşaq vaxtı mənə bir məktub yazmışdı: “Ana, səni çox sevirəm. Heç vaxt da səndən küsməyəcəyəm”.Gələcəksən?” sualını verəndə, heç vaxt  Gələcəyəmdemirdi. Elə bil ürəyinə danmışdı. Getməmişdən əvvəl, evdə divanda oturub dedi ki, “Əgər şəhid olsam, ağlama. Şəhidlik zirvəsi hər adama qismət olmur”.

 

Daha sonra şəhidimizin nənəsi Gülbəz Məmmədova da saytımıza danışdı. O, Turalın şəhid olacağını ilk gündən bildiyini dedi. Daha sonra illəröncə 10 yaşlı balaca Turalla bir söhbətini xatıdladı...

 

- Nənə, çoxLaçın-Laçındeyirsən. Gedəcəyəm ora şəhid olacağam.

 

- Bala, niyə elə deyirsən? Denən ki, Laçını alıb, qayıdıb gəlib səni aparacağam ora.

 

- Bilmək olmaz. Şəhid olacağam məni bayrağa büküb dəfn edəcəklər. Onda sən mənimlə fəxr edəcəksən.

 

Qismət belə imiş. Allah onların qanını yerdə qoymadı.

 

Şəhidin atası Gəray Rəhimli isə oğlunun Vətən sevgisini bu sözlərlə ifadə etdi:

 

Tural dünyaya gələn gündən bəri keçən 18 il 18 gün kimi gəlir mənə.  Əsgərliyə gedəndə andiçmə mərasimi noyabrın 9-da oldu. Biz iştirak etdik. Kəşfiyyat bölüyündə xidmət edirdi. Hərbi hissədə 41 nömrəli otaqda yatırdı. Laçının seriyası idi 41. Onun telefon nömrəsi 41 rəqəmi ilə başlayırdı...”.

 

Qeyd edək ki, Prezidentin sərəncamı ilə şəhid Tural Rəhimli ölümündən sonra «Suqovuşan» «Vətən Uğrunda» medalları ilə təltif olunub. Bu müddət ərzində şəhidin ailəsinin ehtiyacları qayğıları ilə Heydər Əliyev Fondu YAŞAT Fondu yaxından maraqlanıb.

 

Rahat uyu, qəhrəman Şəhid, bu gün Sənin Laçınında Sənin bayrağın dalğalanır. Uğrunda can verdiyin üçrəngli Bayrağımız sizlər var olduqca daim zirvələrdə dalğalanacaq.

 

Allah rəhmət etsin!

 

Sabir

 

Həftə içi.- 2021.- 28-29 yanvar.- S.6.