Autizmdövrümüzün bəlası

 

Statistik məlumatlara görə, dünya üzrə təxminən, 61,8 milyon insan autizmlidir. Bu da hər 127 nəfərdən birində autizm sindromunun müşahidə olunduğunu deməyə əsas verir.

 

Qeyd edək ki, autizm 3 yaşından əvvəl başlayan ömürboyu sürən, ictimai qarşılıqlı təsirə ünsiyyətə zərər verən, məhdud təkrarlanan davranışlara gətirib-çıxaran, beynin inkişafına mane olan xəstəlikdir. Mütəxəssislər qeyd edir ki, autizm irsi mənşəlidir, ancaq irsiliyi olduqca qarışıqdır mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən yaxud nadir görülən mutasiyalardan qaynaqlandığı dəqiq məlum deyil.

Bəziləri xəstəliyin yaranmasına peyvəndlərin səbəb olduğunu deyir. Bu iddia hələlik mübahisəli olaraq qalır.

Autizm beynin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər uşaqlarının təxminən iki yaşında xəstəliyin əlamətlərini hiss edirlər. Təəssüf ki, autizmin çarəsi yoxdur.

Autizmin yayılması bölgələr ölkələr üzrə fərqlilik göstərir. Məsələn, ABŞ-da 2023-cü il məlumatlarına əsasən, hər 36 uşaqdan birinə autizm diaqnozu qoyulur. Asiya ölkələrində isə yayılma fərqlidir, məsələn, Çində autizmin yayılma göstəricisi 2,6 faiz təşkil edir.

Ənənəvi olaraq, autizmin oğlanlarda qızlara nisbətən daha çox rast gəlindiyi bildirilir, bəzi tədqiqatlar bu nisbətin 4:1 olduğunu göstərir. Lakin son araşdırmalar bu fərqin daha az ola biləcəyini, hətta 3:1 ya 2:1 nisbətində olduğunu sübut edir.

Autizmin diaqnozu erkən müdaxiləsi uşaqların inkişafında mühüm rol oynayır. ABŞ- autizm diaqnozu üçün orta yaş 5-dir, lakin bu, bölgələr sosial-iqtisadi amillərə görə dəyişə bilər.

Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayına gəlincə,

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2024-cü ilin əvvəlinə ölkənin tibb müəssisələrində uşaq autizmi diaqnozu ilə 611-i qız, 2401-i oğlan olmaqla ümumilikdə 3012 uşaq qeydiyyatda olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişƏlilliyi sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3,1,7-ci bəndində autizm sindromuna görə uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öz əksini tapıb.

Bəs, görəsən, autizm diaqnozu qoyulan uşaqların sayının artmasına səbəb nədir? Autizmin oğlan uşaqlarında daha çox müşahidə olunması ilə bağlıdır?

Mövzu ilə bağlı fikirlərini bölüşən pediatr Vaqif Qarayev deyib ki, autizm dövrümüzün bəlasıdır: “Bu problem bütün dünyada aktualdır. Amma autizmin səbəbi barədə dəqiq fikir yoxdur. Olanlar da hipotetik şəkildədir. Bir müddət əvvəl peyvəndlərin autizm yaratdığı barədə məlumatlar yayıldı. Bəzi xəbər saytlarının yazdığına, gəldiyi əsassız qənaətə görə, Azərbaycanda uşaqlara vurulan peyvəndlər keyfiyyətsiz, yararsızdır. Gəlin baxaq, axı Avropada peyvəndlə bağlı problem yoxdur. Əgər peyvənd autizm yaradırsa, bəs peyvənd almayan uşaqlarda autizmin səbəbi nədir? Yəni bu iddia özünü doğrultmayıb”.

Həkim qeyd edib ki, peyvəndin autizm yaratdığı barədə məlumatlar yayıldığı andan peyvənd əleyhinə böyük bir kampaniya başladılıb bu hələ davam edir: “Bir neçə il bundan öncə İngiltərədə peyvəndlə bağlı qalmaqallı məhkəmə prosesi keçirildi. Sonda peyvəndin autizm yaratdığı sübut edilmədi. Bu baxımdan autizm sindromunun peyvəndlə əlaqələndirilməsi tamamilə əsassızdır. Son vaxtlarda isə genetik faktor irəli sürülür. Azərbaycan üçün bu məsələ bəlkə bir qədər ağlabatandır. Bizdə qohum nikahlar geniş yayılıb. Ümumilikdə, bu da məntiqə uyğun gəlmir. Sual olunur: necə oldu yalnız son 20-30 ildə insanların genetik kodu dəyişdi? Yəni bir sözlə, autizmin dəqiq səbəbi hələlik bilinmir”.

Onun sözlərinə görə, indi autist uşaqların qan dəyərlərində ağır metalların olmasına diqqət çəkilir: “Bu, ağlabatandır. Bəlkə analar ağır metalla zəngin qidalar qəbul etdiyinə görə uşaq autist doğulur. etmək lazımdır? Uşaq doğulandan sonra qanda ağır metalların müayinəsi aparılsa, yaxşı olar ki, vaxtında tədbir görülsün. 2 yaşlı uşaqların inkişaf parametrlərini dəyərləndirmək üçün pediatr, mütləq psixoloq psixiatrla məsləhətləşməilidir.

Uşağa telefon vermək düzgün deyil! Onunla daim danışmaq, diqqətini çəkən oyuncaqlar almaq lazımdır. Sosiallaşmanın xüsusi əhəmiyyəti var. Bu baxımdan bağçanın rolu danılmazdır”.

Pediatr xəstəliyin dərmanla müalicə olunmadığını bildirib: “Bu cür uşaqlarla bağlı sırf reabilitasiya yaradılmalı, əsasən psixoloqlar onlarla məşğul olmalıdır. Autizmin əlamətlərin əgəldikdə, belə uşaqlar adətən təkliyə meylli olur, ailə üzvləri, eləcə kollektivlə kontakta girmir, monoton hərəkət edir, nitqində eyni sözlər olur, tutaq ki, hər suala yalnız öz adlarını deməklə cavab verirlər s. Beləliklə, burada həm nitq, həm psixoloji problemlər ortaya çıxır. Uşaqda qeyd etdiklərimin hamısı varsa belə, hələ autizm demək doğru deyil. Müxtəlif sindromlar var. Bəzən görürük ki, bu cür davranışları olan uşaqlar bir neçə ay psixoloji reabilitasiya keçdikdən sonra həmin əlamətlər aradan qalxır”.

Mütəxəssis bu xəstəliyin oğlanlar arasında daha çox yayılması səbəblərinin məlum olmadığına da diqqət çəkir. Onun sözlərinə görə, bununla bağlı konkret araşdırma mövcud deyil.

Məsələ ilə bağlı tibb eksperti Rasif Bağırov bildirir ki, bədəndə bu xəstəliyin yaranmasının qarşısını almaq məqsədilə öncədən preventiv tədbirlər görülməsi vacibdir: “Bu gün autizm demək olar ki, uşaqlar arasında daha geniş yayılmış bir xəstəlikdir. Adətən, uşaqlarda daha qabarıq şəkildə nəzərə çarpan özünəqapanma halları bu xəstəliyin ilkin simptomlarından biridir. Belə ki, həmin uşaqlar daha çox öz həmyaşıdlarıyla, ailə üzvləriylə kontakta girməkdə çətinlik çəkirlər. Özlərini cəmiyyətdən kənara çəkməyə daha çox meyilli olurlar.

Eyni zamanda qeyd etmək istərdim ki, həmin xəstəlik mərkəzi sinir sistemində beyin qabığında gedən müəyyən problemlərlə bağlıdır. Hazırda dünya səhiyyə sistemi ümumilikdə demək olar ki, bütün xəstəliklər üzrə genetik faktoru əsas götürür. Çünki uşaq hələ ana bətnində inkişaf prosesinə başlayarkən ana ataya məxsus xromosomlardan təşkil olunur. Bu zaman hər hansısa tərəfə aid zəif xromosomların prosesdə iştirakı baş verir. Həmin zəif xromosomlar ya sinir sisteminə, ya mədə-bağırsaq sisteminə, ya da qan-damar sisteminə aid ola bilir. Bütün bunları isə irsi deyil, genetik meyillilik yaradan əlaqələr adlandırmaq daha doğrudur. Yəni həmin xromosomlar gələcəkdə doğulacaq uşaqda bu xəstəliklərə yönəlik genetik meyillilik verir.Ona görə hər zaman bu kimi məsələlər olduğu zaman ilk verilən suallardan biri valideyn ya yaxın qohumlarda bu tipdə olan xəstəliklərdən hansının daha yayqın olmasıdır. Bu zaman məlum olur ki, tərəflərdən birində ya hər iki tərəfdə müxtəlif növ xəstəliklərə rast gəlinir. Artıq bu zaman bu amilin genetik faktor olduğu bəlli olur. Sözügedən zəif xromosomlar bədəndə əlverişli mühit axtarışında olurlar ki, rahat şəkildə inkişaf edə bilsinlər. Bu səbəbdən bədəndə həmin əlverişli mühit yaranmasa buna qarşı olaraq preventiv tədbirlər görülsə, bu kimi xəstəliklərdən yan keçə bilir. Sadəcə bu xəstəliklə mübarizə üçün bir növ önləyici tədbirlər görülməsi lazımdır. Burada haqqında bəhs etdiyim genetik faktor yalnız bu formada olur. Bunu irsi xəstəlik adlandırmaq doğru olmaz”.

Autizmin oğlan uşaqlarında daha çox müşahidə olunmasına gəlincə, ekspert bu statistikanın gender balansınının pozulması nəticəsində ortaya çıxdığını vurğulayıb: “Məlumdur ki, həm dünyada, həm ölkəmizdə doğulan uşaqlar arasında oğlanlar sayı artır, qızlar isə azalır. Gender balansının pozulması bütün statistik göstəricilərə təsir edir. Eyni zamanda, bu autizminlə bağlı statistikada da aydın şəkildə özünü göstərir”.

 

Sevinc

 

Həftə içi.- 2025.- 10-16 aprel, ¹13.- S.8.