Xeyirxahlıq, humanizm simvolu

 

Tarix şərait hadisələr, şəxsiyyətlər isə tarixin özü ilə yetişir, zənginləşir. Bu şəxsiyyətlər bütün sivilizasiyaların dönüş mərhələlərində öz zəkası, aktiv fəaliyyəti, liderlik qabiliyyəti ilə öndə dayanmağı, xalqla bir olmağı bacarır mübağiləsiz tarix yazır. Belə şəxsiyyətlərdən biri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevadır. Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xalqının və dövlətinin mənafeyinə xidmət edir.

Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən fəaliyyəti ilə xalqımızın dərin rəğbətini sevgisini qazanıb. Mehriban Əliyeva ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən, Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır.

Birinci xanımın ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan cizgilər kifayət qədər zəngindir.

Qərbin Şərq mədəniyyəti ilə bağlı təbliğ etdiyi xarakteristikaya görə Şərqdə ictimai-siyasi, sosial-mədəni, beynəlxalq müstəvidə seçilən şəxsiyyətlər cəngavərlik yalnız kişiyə aid edilir bu özəlliklərin bir qadında cəmlənməsi mümkün deyil. Lakin Azərbaycan cəmiyyəti öz qadınına, qızına, anasına böyük şəxsiyyətlər kimi yanaşmağı ən strateji vəzifələrdə onun rol alması üçün imkanlar yaradıb. Belə liderlik qabiliyyəti olan qadınlarımız ictimai, siyasi, sosial, mədəniyyət, bir sözlə bütün sahələri əhatə edir. Dövlətin, xalqın milli qürur mənəvi dəyərlərinin qorunması dünyada cərəyan edən qlobal dəyişikliklər fonunda milləti təmsil edən belə şəxsiyyətlər hörmətlə izlənir mübahisələndirilmədən adları ön sıralarda çəkilir. O, qədər zərif olsa da, güclüdür öz gücünü ailədən, dövlətindən, xalqından alır. Azərbaycan vətəndaşı, eləcə dünya xalqları Azərbaycan qadının zəriflik, sədaqət, sevgi, milli-mənəvi dəyərlərin qoruyucusu, ailə instituna xüsusi həssaslıqla yanaşan xarakterini məhz Birinci xanım Mehriban Əliyevanın həyat portretində nümayiş etdirdiyini görür izləyir.

Bu gün Azərbaycan dövlətçiliyinin qorunması, inkişafında müstəsna xidmətləri olan Mehriban Əliyeva öz timsalında dövlətin demokratik, hüquqi, humanizm prinsiplərini yüksəkdə tutan, dünyaya sülh, bərəkət istəyən bir dövlət adamı - Azərbaycan qadınının nümunəsini təqdim edir.

Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərib. Onun təşəbbüsü ilə genişmiqyaslı ictimaiəhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir.

Bəli, Azərbaycan qadınının örnək siması, Azərbaycan Respublikası Prezidentinin həyat yoldaşı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadan danışırıq. Əslində, ölkənin ictimai, siyasi, mədəni, sosial həyatında, eləcə bir çox mühüm beynəlxalq təşkilatlarda Mehriban Əliyevanın adı, əməlləri görünür.  Mehriban Əliyeva həyatımızın bütün sahələrində özünəməxsusluğu, çoxşaxəli fəaliyyəti, mehribanlığı, səmimiyyəti, diqqət qayğısı ilə xalqın yanında olmağı bacarır...

Mehriban xanım Azərbaycan mədəniyyəti, milli-mənəvi dəyərlərinin qorunması, zənginləşdirilməsi, dövlətimizin beynəlxalq miqyasda layiqincə tanıdılması, torpaqların işğaldan azad edilməsi prosesində bir əsgər kimi müzəffər Ali Baş Komandanla çiyin-çiyinə dayanması 2020-ci ildən bu günə qədər böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə edilən səfərlərdə dövlətin sərkərdəsi ilə yan-yana addımlaması ilə tarix yazdı.

Mehriban Əliyevanın istər Heydər Əliyev Fondunun rəhbəri olaraq  gördüyü işlər, xüsusilə Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, Vətən mədəni irsinin, tarixinin təbliği sahədində gördüyü işlər böyükdür.

Mehriban xanım Əliyevanın dünya müstəvisinə çıxan fəaliyyət tədbirləri sırasında uşaqlara qayğı göstərilməsi başlıca yer tutur. Mehriban xanım İSESKO-nun xoşməramlı səfiri kimi bu istiqamətdə müxtəlif proqramların həyata keçirilməsində birbaşa təşəbbüskar iştirakçı kimi uğurla çıxış edir. Onun bu istiqamətdə gördüyü işlər sırasında daha çox diqqət mərkəzində dayanan məsələ xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğıdır. O, dünyada sağlamlıq imkanı məhdud uşaqların problemlərinə həsr olunan müxtəlif tədbirlərdə, konfranslarda yaxından iştirak edir, körpələrin həyatına sevinc qatmaq üçün praktik addımlar atır.

Mehriban Əliyeva dünyada mədəniyyətlərarası dialoq mühitinin yaradılmasına danılmaz töhfələr verib.  Mehriban Əliyeva təkcə Azəbaycanda deyil, bütün dünyada xeyirxahlıq, humanizm simvolu kimi tanınır.

 Mehriban xanım Əliyevanın 44 günlük müharibədən sonra Ali Baş Komandan İlham Əliyevlə birlikdə işğaldan azad olunan torpaqlara etdiyi səfərlərə diqqət çəkmək xüsusilə önəmlidir. Həmin səfərlərdə Mehriban Əliyevanın paylaşımları  hər bir Azərbaycan vətəndaşının yaddaşında xüsusi iz buraxıb. Mehriban xanım ölkə başçısı, silahdaşı İlham Əliyevlə işğaldan azad olunmuş torpaqlara ilk dəfə ayaq basarkən erməni vandallarının törətdiyi vəhşiliklərin yaratdığı acı mənzərəni, dağıntıları böyük ürək ağrısı ilə çəkərək bizimlə paylaşırdı. Yeni azad edilmiş torpaqlarımızdan edilən bu cür paylaşımlar hər bir Azərbaycan insanının yanan ürəyinə su səpirdi. O anlar ən xoş duyğularla xatırladığımız heç vaxt unutmayacağımız məqamlardır. Mehriban Əliyeva işğaldan azad olunan kəndlərimizə hər səfərində sadə Azərbaycan vətəndaşına oradan çəkdiyi qısa videolarla müjdələr verirdi.

Mehriban xanım Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunan bölgələrimizi qarış-qarış dolaşıb, o yerlərin azadlığının müjdəçisi kimi çıxış etməklə  bu tarixi günlərin iştirakçısı oldu. O, Prezident-xalq, dövlət-xalq birliyinin doğurduğu böyük energini dünyaya ötürə bildi.

Mehriban Əliyevanın bütün çıxışlarında dünyaya verilən əsas mesaj budur: sülh əminəmanlıq.

 

Tahirə Qafarlı

 

Həftə içi.- 2025.- 21- 27 avqust, ¹31.- S.2.