Yazdığım kitablar keçdiyim

yolların salnaməsidir

 

Söz hər bir millətin yaddaşı, mətbuat isə onun danışan qəlbidir. Azərbaycan mətbuatı bu il 150 illik şanlı yolunu tamamlayır. Bu, həm yüzillərlə sözə xidmət edən insanların zəhmət salnaməsidir.

 Bu salnamədə Naxçıvan mətbuatının öz yeri öz imzası var. Uzun illər Naxçıvan mətbuatında çalışmış, jurnalistika sahəsində zəngin təcrübəyə sahib olan Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist, Prezident mükafatçısı Hüseyn Əsgərov yenə yorulmadan qələmin müqəddəs vəzifəsinə xidmət edir: yazır-yaradır bu yaradıcılıq onun gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Suya, havaya ehtiyacı olduğu kimi, yazmağa da təşnə olan qələm sahibi  söz xəzinəsindən incilərini bir-bir xırdalayır.

Yazdığım kitablar keçdiyim yolların salnaməsidir”, - deyən Hüseyn Əsgərov bu dəfə oxucuları ilə görüşə  Mədinənin bəlalı məhəbbətiadlanan yeni kitabı ilə gəlib. Kitabda yazıçının ayrı-ayrı vaxtlarda dövri mətbuata verdiyi müsahibələr, yeni yaradıcılıq məhsulu olan hekayələri, publisistik yazıları, tərcümələri, həyat lövhələri, hətta lətifələri   yer alıb. Fəal vətəndaşlıq mövqeyi, cəmiyyət hadisələrinə aydın cəsarətli münasibəti yazıçının yeni kitabında da bariz təcəssüm olunur. Ənənə, yoxsa mafiyanın cazibəli tələsi kimi günümüzün aktual mövzularından biri olan toy yas mərasimlərinə öz münasibətini bildirən yazıçı əsas hədəfi olan kiçik məmurların obrazlarının böyük ədəbi uğurların açarı olduğunu publisistik yazıları ilə bir daha təsdiqləyib. Bu kitab da müəllifin digər kitabları kimi, axıcı dili, maraqlı üslubu ilə seçilir.

Göründüyü kimi, Hüseyn Əsgərov  fikir düşüncələrini  kitablarında bioqrafik janrda əks etdirməyə üstünlük verən yazarlardandır. Burada gülüş var, qəm , sevgi var, qəzəb . Şən zarafat notları içərisində gizlənmiş nifrət var, xüsusən bürokratizmlə rastlaşdığımız neqativ hallara nifrət var. Müəllif bu neqativ halları, cəmiyyətin inkişafına təsir göstərən nöqsanları elə səmimiyyətlə tənqid atəşinə tutur ki, bir anlığa düşünürsən: budur, qərəzsiz tənqid, budur, jurnalist operativliyi, peşəyə məsuliyyət hissi... Öz təbirincə desək, vicdandan kənar hisslər daşıyan insanın jurnalistikada yeri yoxdur.

Uzun illər Naxçıvan MR-nin mühüm dövlət strukturlarında çalışan, bu qurumlarda da sevdiyi peşəsinin ləyaqətli təmsilçisi olan Hüseyn Əsgərov hazırda  MR-nin  Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır, yenə öz peşəsinin sadiq əsgəri kimi fəaliyyət göstərir. Hələlik, sonuncu olan   Mədinənin bəlalı məhəbbətikitabı isə onun yaradıcılıq fəaliyyətinin 40 illik dövrü üçün daha bir hesabatdır. Yeni kitabının işıq üzü görməsi münasibətilə Hüseyn Əsgərovu təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Həftə içi.- 2025.- 25 dekabr, ¹49.- S.7.