Azərbaycanı Zəfərdən Zəfərə
aparan Lider
Dekabrın 24-də Azərbaycan xalqı qalib Liederinin – Azərbaycan Prezidenti İlham Əliyevin
doğum gününü
böyük sevgi, minnətdarlıq hissilə
qeyd edir. Xalqımız öz sərkərdəsinin həyatını,
fəaliyyətini diqqətlə
izləyir və təhlil edir. Azərbaycanın Prezidenti
öz dövləti və xalqı üçün nəyi ifadə edir?..
Prezident İlham Əliyev ölkəyə
rəhbər seçildiyi
ilk gündən Azərbaycanı
dünyanın ən güclü dövlətlərindən
birinə çevirəcəyinə
söz verdi və bunun üçün
bütün gücünü
səfərbər edəcəyini
söylədi.
Ulu Öndərin özü qədər inandığı
Müzəffər Ali Baş
Komandan 44 günlük
savaşda ölkə
ictimaiyyəti qarşısında
verdiyi sözü tutmaqla, həm də ata vəsiyyətini
böyük qürur və ləyaqət hissi ilə icra etmiş oldu. Heç şübhəsiz, Azərbaycan
xalqının özünə
rəhbər seçdiyi
Prezident, Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı
dövlətimizin ərazi
bütövlüyünün təmin olunması istiqamətində atdığı
hər bir addımla – ictimai, siyasi, diplomatik gedişləri ilə
imperialist güclərin erməni
maşası ilə
200 illik tarixin müəyyən mərhələlərində
ölkəmizə qarşı
apardığı işğal,
istila, deportasiya, qətliamlar, bir sözlə, bütün zülmlərin damarını
kəsdi və bu xalqın, bu dövlətin bir daha ədalətsizliyə
boyun əyməyəcəyini
dünyaya bəyan etdi. Bu xalq rəhbərini
öz sözünü
tutan, onu xarici təhlükələrdən
qoruyan, beynəlxalq platformalarda, arenalarda cəsarətlə haqqını
tələb edən bir lider kimi
görür və inanır.
Prezidentin
ölkəmizə qarşı
yönələn qərəzli
dalğaların içərisində
dayanaraq, nəyi, necə, nə vaxt edəcəyini bildiyini deməsi və bu kəlamın
ictimai-siyasi sferada bir trend olduğu əbəs deyildir.
İti zəkaya sahib olan dövlət rəhbəri
məhz, ilk növbədə,
daxili sabitliyi təmin edərək, xalqımızı milli hədəflərə,
ideallara çatmaq naminə öz ətrafında daha sıx birləşdirməyi
bacardı, xalqın özünəinamını yenidən
yaratdı. Müdrik strateq, praqmatik lider olan Prezident
İlham Əliyev dövlətin
davamlı inkişafını
və təhlükəsizliyini
uğurla təmin etməyi bacardı.
Son 200 il ərzində ilk dəfə
olaraq Ermənistanın
işğalçı qüvvələri
Azərbaycan torpaqlarından
tamamilə çıxarıldı.
Prezident İlham Əliyevin
Ali Baş Komandanlığı
altında Azərbaycan
Silahlı Qüvvələri
44 günlük Vətən
müharibəsi zamanı
300-dən artıq yaşayış
məntəqəsini, o cümlədən
Cəbrayıl, Füzuli,
Zəngilan, Qubadlı
rayonlarını, Şuşa
şəhərini və
çoxsaylı strateji
yüksəklikləri işğaldan
azad etdi. Şuşanın azad olunması müharibənin
taleyini həll edən əsas məqam oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Şuşanın
işğaldan azad edildiyi gün Prezident İlham Əliyev tərəfindən tariximizə
Zəfər Günü
kimi həkk olundu. Azərbaycan, Rusiya liderləri və Ermənistanın Baş naziri tərəfindən imzalanmış
üçtərəfli bəyanata
əsasən isə Kəlbəcər, Ağdam
və Laçın rayonları danışıqlar
yolu ilə Azərbaycana qaytarıldı.
Prezidentimizin rəhbərliyi altında
Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının
illərdir, yerinə yetirilməyən dörd qətnaməsini təkbaşına
icra edərək, Qarabağımızı qısa
müddətdə azad
etdi. Beləliklə, Vətən müharibəsi
10 noyabrda tarixi Qələbə ilə başa çatdı və Azərbaycanın ərazi bütövlüyü
tam bərpa olundu. Prezident İlham Əliyev düşmənlər üzərində
qazanılan Zəfərin
Memarı kimi Azərbaycanın
tarixinə qızıl
imzasını atdı.
Tarixi faktlara əsasən söyləməliyik ki, Qərbi
Zəngəzurun vaxtilə
Azərbaycandan qoparılaraq
Ermənistana birləşdirilməsi
türk dünyasının
coğrafi baxımdan parçalanmasına səbəb
olmuşdu. Prezident
İlham Əliyev bu tarixi ədalətsizliyin aradan qaldırılması
istiqamətində mühüm
addımlar ataraq, Naxçıvanla Azərbaycanın
əsas hissəsini birləşdirən nəqliyyat
yolunun açılması
ilə bağlı razılaşmaya nail oldu.
Şübhəsiz, Ulu Öndər Heydər
Əliyevin və Vətən uğrunda canlarından keçmiş
şəhidlərimizin ruhu
şaddır. Prezident
İlham Əliyev dahi
Heydər Əliyev dövlətçilik məktəbinin
yetirməsidir. O, bu böyük siyasi məktəbdə məğlubedilməzlik
dərsi almış,
dövlət idarəçiliyinin
və siyasi strategiyanın bütün
incəliklərinə dərindən
yiyələnmişdir.
Azərbaycan qonşu ölkələrlə
balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdür. Azərbaycan–Türkiyə münasibətləri
“bir millət, iki dövlət” prinsipi əsasında uğurla inkişaf edir və bunun
bariz nümunəsi qardaş Türkiyənin Vətən müharibəsi
dövründə ölkəmizə
göstərdiyi yüksək
mənəvi və siyasi dəstəyi qeyd etmək olar.
Prezidentimizin uğurlu xarici siyasəti nəticəsində
Vətən müharibəsi
zamanı Türkiyə,
Pakistan, Əfqanıstan və
bir sıra digər ölkələr
Azərbaycana açıq
mənəvi-siyasi dəstək
göstərdilər. Qoşulmama
Hərəkatı da ilk gündən
ölkəmizin yanında
oldu.
2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi
ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi
üzv seçildi. Bu
fakt ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir. Azərbaycan milli maraqlara əsaslanan, praqmatik və çevik xarici siyasət həyata keçirir. Bu siyasət sürətlə
dəyişən dünyada
ölkəmiz üçün
həyati əhəmiyyət
daşıyır.
Prezident
İlham Əliyev müasir,
çevik və strateji düşüncəyə
malik dövlət xadimi
kimi qlobal prosesləri dəqiq qiymətləndirir, beynəlxalq
münasibətlərdə baş verən dəyişikliklərdən Azərbaycan
xalqının və dövlətinin xeyrinə
ustalıqla istifadə
edir, ölkəni gözlənilən və
gözlənilməz çağırışlardan
qoruyur.
Dünya
tarixində nadir hallarda
rast gəlinir ki, bir lider cəmiyyətin
görmək istədiyi
bütün keyfiyyətləri
— güclü siyasi lider, mahir sərkərdə,
bacarıqlı diplomat, çevik
idarəçi və
qurucu rəhbər obrazını özündə
bu qədər aydın şəkildə
birləşdirsin. Azərbaycan
cəmiyyəti və
dünya bu liderlik keyfiyyətlərinin
şahidi 44 günlük
Vətən müharibəsi
zamanı oldu.
Məhz
Prezident İlham Əliyev
Azərbaycan tarixində
bütün sosial təbəqələri vahid
məqsəd ətrafında
birləşdirərək, cəmiyyəti yumruq kimi toparlamağa nail oldu. Bu birlik onun liderlik gücünün
ən parlaq göstəricisidir. Cənab
İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
hələ çox qələbələrə və
uğurlara imza atacaq.
Azərbaycan xalqı zəfər
qazanmış xalq, Azərbaycan dövləti
isə qalib dövlət kimi yaşayır. Biz bu statusu əbədi qoruyacağıq. Bu tarixi haqqı bizə qaytaran Ali Baş Komandanımıza, qəhrəman
Azərbaycan Ordusuna və müdrik xalqımıza sonsuz minnətdarlıq borcumuz
var.
Qürurla deyirik: rəhbərimizə,
qəhrəman ordumuza
və səbirli xalqımıza eşq olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Bu günü bizə yaşadan Ali Baş Komandan, doğum gününüz mübarək!
Tahirə Qafarlı
Həftə
içi.- 2025.- 25 dekabr, ¹49.- S.2.