Azadlıq meydanında dünyanı

titrədən addım səsləri

 

Tarixi Zəfərimizdən beş il sonra dünyanın diqqəti yenidən Azərbaycan paytaxtına, Bakının Azadlıq meydanına yönəldi. O meydanki dünya 1988-ci ildə 70 il əsarətdə olan bir xalqın yenidən müstəqillik dirçəlişinin ilk işartılarına şahidlik etdi. O meydan ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə dövlətçiliyini xilas etmək naminə milyonlarla insanın Ümummilli Liderinin ətrafında yumruq kimi birləşdiyini gördü. O meydan ki, 2020-ci ildə qalib Azərbaycan Ordusunun Zəfər yürüşü ilə bütün Cənübi Qafqaz titrədi.

Budəfəki 8 noyabr Hərbi paradı isə tam başqa idi. Bu dəfə Azadlıq meydanında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə bölgəmizdə sülhün qapılarını minlərlə canı qanı bahasına, xalqından rəhbərindən aldığı güc ilə açan qalib Azərbaycan Silahlı Qüvvələri qürurla addımladı. Artıq əvvəlki illərdən fərqli olaraq bu dəfə Azərbaycan Ordusu ali rəhbərliyin onun qarşısında qoyduğu bütün vəzifələri yüksək peşəkarlıq əzmlə yerinə yetirmişdi. Otuz illik işğal faktı, separatizmin kökünün qazılması ilə suverenliyimizin tam bərpası, sərhədlərimizin bütövlüyünün təmini, 44 günlük müharibədə aldığı yaraları tam sağaldan düşmənlərimizin canına qorxu salan bir Ordu var idi Azadlıq meydanında... 

Bəli, hazırda Cənubi Qafqazda müşahidə edilən real durum məhz Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, Silahlı Qüvvələrinin isə daim dəmir yumruq kimi Ali Baş Komandanının hər bir əmrinə müntəzir olmasının nəticəsidir. Bu gün Azərbaycan Ordusu ölkəmizə qarşı məkrli planlar quranların ən çox qorxduğu, çəkindiyi bir gücdür. Çünki bu Silahlı Qüvvələrin arxasında sarsılmaz rəhbər-xalq-ordu birliyi dayanır.   

Qələbəyə aparan yolda dövlət, xalq Ordu olaraq məqsədimiz heç bir zaman dəyişmədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi: "Biz sülh danışıqlarını apararkən, eyni zamanda, bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək".

2020-ci ilin 44 günlük Vətən müharibəsi 2023-cü ildə reallaşan bir günlük antiterror əməliyyatları Azərbaycanın ali rəhbərliyinin verdiyi sözə sadiqliyinin, Silahlı Qüvvələrin isə Vətəninə, dövlətinə bağlılığınının dünyaya nümayişi idi.

Vaxtilə xaricdəki havadarlarına arxalanaraq "yeni ərazilər üçün yeni müharibə", "Qarabağ Ermənistandır nöqtə", "Tanklarımız Bakı küçələrinə çatacaq, orada Azərbaycan çayı içəcəyik" kimi xam xəyallarla yaşayanlar bu gün öz "arzularına" çatıblar. Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi, bu "arzuları" reallaşdıran məhz biz olmuşuq - Qalib Azərbaycan Ordusu xalqı.

8 noyabr Zəfərinin yaratdığı yeni reallıq indi tamamilə başqadır. Vaxtilə ərazilərimizin işğalını leqallaşdırmağa çalışanlar, "hədə-qorxu" gələnlər indi "Qarabağ Azərbaycandır", "Biz müharibə yox, sülh istəyirik" deyirlər. Bakıda Azərbaycan çayı içmək istəyənlər öz "arzuları"na çatıblar. Ədalət divanında cavab verərək istintaq təcridxanasında Azərbaycan çayı içirlər...

Onları bu xam xəyallara inandıranlar isə bu gün Azərbaycan dövlətinin, ali rəhbərliyinin Silahlı Qüvvələrinin gücünü dərk edərək öz miskin xəyallarından əl çəkmək məcburiyyətində qalırlar.

Lakin təhdidlər çağırışlar hələ mövcuddur. Zəfər yolumuz davam edir. Qarşıda bizləri daha böyük hədəflər gözləməkdədir. Bunun üçün isə güclü olmaq, bir olmaq, dəmir yumruq kimi sarsılmazlığımızı daim qorumalıyıq. Azadlıq meydanı bundan sonra da qalib Azərbaycan Ordusunun dünyanı lərzəyə salan addımları ilə yeni Zəfər müjdələrinə şahidlik edəcək.

 

Ləman Əliyeva

 

Həftə içi.- 2025.- 13-19 noyabr, ¹43.- S.3.