Mədəniyyət təkcə

büdcədən asılı olmamalıdır

 

Cəmiyyətin mədəni intellekt səviyyəsi, sosial-ictimai, məişət həyatına təsir edən amillər, onun milli adət-ənənələr, ədəbiyyat, televiziya, media vasitəsi ilə düzgün təbliği prosesində əsas prioritetlər olaraq daim müzakirə olunur, araşdırılır. Sosial -ictimai, məişət sferasinda mövcud, yaxud yaranan eybəcərliklərə qarşı ictimai qınağın yaranmaması da məhz təhsilsizlik, düzgün təbliğat sisteminin qurulmaması ilə əlaqələndirilir. Cəmiyyətin münasibətlər sistemində gedən proseslər, xüsusilə mədəniyyət sahəsində özünü bir çox amillərlə büruzə verir. Nə baş verir? Mövcud sahədəki  problemlərdən necə azad olmaq mümkündür? Bu istiqamətdə Hafta.az-ın suallarını Milli Məclisin deputatı Fazil Mustafa cavablandırır.

 

Son günlərdə sənət adamlarının bir sıra narazılıqları gündəmi zəbt edib. İddia olunur ki, onlar Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirlərində iştiraka dəvət olunmurlar. Bu məsələ ciddi rezonans doğurdu. Sizin mövqeyinizi bilmək maraqlıdır.

Təbii ki, bu sahədə hər zaman problemlər olur. Hər hansı bir tədbirə 10 müğənni seçsən, yenə 40-ı narazı qalır. Hər halda, burada bir ədalətli mexanizm qurulmalıdır, yaxud mərhələli şəkildə hamının iştirakını təmin edən bir yanaşma ortaya qoyulmalıdır. Müəyyən səfərlərə getmək, hansısa tədbirlərdə iştirak etmək üçün bir çox sənətkarların xüsusilə seçilməsi tələb olunur.

Hansısa bir xarici auditoriayada Azərbaycanın tanıdılması üçün məhz brend sənətkarın olması məqbul sayılır. Ona görə burada mübahisə açmağın yeri yoxdur. Bununla yanaşı, konkret olaraq ümumixarakterli tədbirlərdə bu sahədə fəaliyyət göstərən insanların həssas təbəqə olduğunu nəzərə almaq lazımdır. Bu məsələdə yenə narazılar olacaq. Musiqi sahəsində çox sayda insanların arasında rəqabət var bir-birindən xüsusi fərqlənən sənət adamlarının sayı da çox deyil. Bu sənət adamları arasında daha çox bir bərabərlik görüntüsü var. Bunu təmin etmək elə asan məsələ deyildir. Hər halda, hər hansı subyektiv, qərəzli amil varsa onu ortadan qaldırmağa çalışmaq lazımdır. Hesab edirəm, indiki mədəniyyət naziri bu proseslərə kifayət qədər həssas yanaşan şəxsdir. Bu kimi məsələlərdə hansısa bir ədalətsizlik baş verəcəksə, buna da ciddi diqqət yönəldəcəkdir. İnsanların yaradıcılıq həssaslığını nəzərə almaq vacibdir.

Necə fikirləşirsiniz, sənətçilərin dövlət tədbirlərində iştirakı ilə bağlı seçim mexanizmi necə olmalıdır? Hansı məqamlara üstünlük verilməlidir?

Seçim,konkret tədbirlərin mahiyyətinə uyğun olmalıdır. Əgər beynəlxalq tədbirdirsə burada söhbət  Azərbaycanın adından, imicindən, auditoriyanın ölkəmizə rəğbətindən gedir. Əgər ölkədaxili kiçik bir tədbirdirsə, ona yanaşma fərqli olmalıdır. Ən başlıca məqam odur ki, burada layiq olan sənət adamını tamaşaçı fərqləndirə bilir. Ona görə bunu diqqətdə saxlamaq lazımdır. Birinci növbədə, sənət adamlarının sosial tələblərindən söhbət gedir. Hər hansı tədbirdə iştirak etmək, səfərə getmək, pul qazanmaq, reputasiya əldə etməklə bağlı məqamları diqqətdə saxlamaq lazımdır. Bütün bunların mexanizmlərinin hazırlanmasını peşəkarlarla məsləhətli şəkildə həll etmək olar.

Gələn ilin dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsaitlərlə bağlı da geniş müzakirələr aparıldı. Hansı yeniliklər var bu istiqamətdə? Prioritet istiqamətlər hansılar olacaq?

Əslində, mədəniyyət sahəsinə ənənəvi baxış var. Büdcədə bu baxış dəyişməyib. Burada müəyyən mədəniyyət müəssisələrinin saxlanmasında, onların ümumi xərclərində müəyyən azalmalar var. Ortada kitabxanaların sayının azalması, mədəniyyət rentabelli olmayan müəssisələrin birləşdirilməsi, yaxud da bağlanması digər amillər var. Mədəniyyət elə bir sahədir ki, dövlətin gəlir gözləmək imkanı yoxdur. Burada onun xərc əziyyəti var bu, çəkilməlidir. Ölkədə mədəni səviyyənin yüksək olması insanların dövlətə daha çox bağlılığı, daha çox cəmiyyət həyatında münasibətlərin sağlam zəmində qurulması deməkdir. Bu baxımdan da həmin sahədə hər hansı bir şəkildə xüsusi bir artım nəzərdə tutulmasa da, ənənəvi sistem pozulmayıb. Mədəniyyət sahələrinin saxlanması, tarixi, mədəniyət abidlərinin qorunması ilə bağlı müəyən irəliləyişlər var. Bütövlükdə mədəniyyət sferasında bir istehsal xarakterli addımların təşviq olunmasına vəsait xərclənməsi vacibdir. Mədəni irs, həm bu gün müəyyən dərəcədə bir bazarlama tələb edən mahiyyətdədir.  Kimlərsə öz mədəni irsini pula çevirə bilirlərsə bunun beynəlxalq səviyyədə alıcılarını tapırlarsa onlar daha çox qazanc əldə edir ölkənin imicini qaldıra bilirlər. Ona görə mədəniyyətdediyin nəsnə başqa cəmiyyətlərə öz kültüründən verdiyin hissə, dəyər deməkdir. Bu dəyəri qaldırmaq lazımdır ki, onun izləyicisi, alıcısı çox olsun. Əgər sənin dünya çapında nəhəng müğənnin, yaxud da bir ədəbiyyat əsərin varsa bu sənin həm gəlirin deməkdir. Biz hələ onu yarada bilməmişik. Ona görə mədəniyyət sahəsində yatırımı yaradıcı insana qoymalıyıq. Yaradıcı insanın istedadını aça bilmək üçün bir mühit yaratmalıyıq. Bu mühitin olmaması yaradıcı insanlar üçün ciddi narazılıq yaradır. Ona görə hansısa bir şəkildə büdcəyə bağlı mədəniyyət anlayışı ola bilməz. Büdcədən verilən vəsait ayaqda qalmaq, yaşamaq üçündür. Mədəniyyəti, həm yaradıcı sfera olaraq istehsalat , müəyyən qədər gəlir gətirə biləcək yerə, rentabelliyə yönəltmək vacibdir.

Fəxri adlar məsələsi yenidən gündəmə gətirilir. Bəziləri bunun sənət adamları üçün heç bir əhəmiyyət daşımadığını, digərləri isə əksini iddia edir. Sizcə, fəxri adlara ehtiyac varmı?

Fəxri adlar məsələsi, artıq kifayət qədər ucuzlaşdığına bir az da subyektiv amillərə görə həqiqətən ciddi əhəmiyyəti qalmayıb. Bu, sadəcə, daxili rəqabətdə insanlara lazım olur. İnsanlar fəxri adlara ona layiq olduğu, yaxud ona sənəti ilə adekvat olduğu düşüncəsi ilə yanaşmırlar. “Başqasıəməkdardırsa”, mən niyə olmayım?”, yaxudFilankəs Xalq artistidirsə, mən nəyə olmayım?” düşüncəsi ilə yanaşırlar. Əslində, bunu Qarabağ müharibəsində gördük. Bir çoxundaBaşqasına bu ad verilibsə, mənə niyə verilməyibtələbi yaranmışdı. Adları vaxtilə kütləvi şəkildə paylayanda düşünülməliydi ki, bu, əvvəl-axır insanlar arasında inciklik doğura bilər. Ona görə indiki vəziyyətdə fəxri adların verilməməsi, yaxud nadir hallarda verilməsi problemin həlli deyil. Vaxtilə adlar verilən şəxslərdən daha qabiliyyətli, istedadlı şəxslər ortaya çıxıbsa onların əməyi qiymətləndirilmirsə, onlar da öz narazılıqlarını bildirəcəklər. Ona görə müəyyən sənət nominasiyaları meydana çıxmalıdır. Elə etməliyik ki, sənət nominasiyalarının, hansısa festivalın obyektiv şəkildə seçilmiş qalibi xalq artistindən daha dəyərli olsun. Xalq o ada, dəyərə önəm versin. Biz dövlətin verdiyi titulları sənətin titullarından önə çəkmişik. Ona görə sənətlə əlaqəsi olmayan adamların da müəyyən adlar alması eyni narazılıq doğuran problemləri artırmağa başlayır. Bu baxımdan da məncə, bunu dayandırmaq kifayət deyil. Bunun alternativi sənətlə bağlı nominasiyaların keçirilməsi orada sənət adamlarının qiymətləndirilməsidir.  

Telekanallarda mədəniyyət sənət adamları, şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunan verilişlər hər zaman ciddi müzakirə olunur hətta sərt tənqidlərin şahidi oluruq. Mövcud tendensiya ilə bağlı sizin fikirləriniz maraqlıdır...

Əslində, telekanallarda belə bir tendensiyanın olması alternativlərin məhdudiyyəti ilə bağlıdır. Məsələn, ARB televiziyasında xarici siyasətlə bağlı ekspertlərin, siyasətçilərin müzakirəsi aparılır. Bu müsbət bir görüntü verir. Yaxud Real TV- qida təhlükəsizliyi, ekoloji vəziyyətlə bağlı müxtəlif müzakirələr gedir. Bütün bunlar hamısı müəyyən sahəvi problemlərə diqqət yönəltmək üçün önəmlidir. Eyni zamanda, Baku TV- hansısa bir din, ekoloji, təhsil mövzusunda müzakirələr gedir. Belə müzakirələri artırmaq lazımdır. Say artdıqca azadlıqlar genişləndikcə, fikir plüralizmi artıq olanda insanların diqqəti daha çox bu istiqamətə yönəlməyə başlayır. Əks halda, bunların boşluğunda şou yaranır. Düzdür, şou proqramların da izləyicisi var. Bu izləyicinin istəyinə görə addımların atılması yanlışdır. Təbii ki, reklam gəlirləri başqa məsələlər televiziyaları düşündürür. O istiqamətdə addım atılmalıdır. Bu reklam gəlirləri hansısa bir spirtli içkinin təbliği, yaxud soyunmuş müğənninin bədəni formatında olmamalıdır. Bu ona bənzəyir ki, sən alimdən tələb edirsən ki, xalqın istədiyini desin. Yaxud da bir zəlzələ mütəxəssisi çıxıb deyə bilər ki, zəlzələ gözlənilmir. Bu, xalqı qane edə bilər. Birdən-birə çıxıb desə ki, zəlzələ olacaq, ağır fəlakət gözlənilir, onda da insanlar qorxuya düşər, narahat ola bilərlər. Bu, insanların xoşuna gəlməyə bilər.  Bu da o demək deyil ki, alim mütləq insanların xoşuna gələn tərzdə danışmalıdır. Televiziyalar da bu cürdür. Ola bilsini, reklam isə gəlir gətirə bilir. Məsələ bununla yekunlaşmır. Bu, o demək deyil ki, müğənni səsini bir kənara qoyub, sinəsini camaata göstərməlidir. Hesab edirəm ki, şounun da mədəni, faydalı tərəflərini cəmiyyətə təqdim etmək lazımdır. Nümunəvi həyat, nümunəvi ailə yaşamı başqa məsələlərin təbliği hansısa müğənninin tərəfdarında, azarkeşində yaxşı mənada stimul yaradır, həyata baxışını dəyişir. Ona görə danışdığımız məsələlərə, ancaq alternativ verilişlərin çoxaldılması ilə çarə tapmaq mümkündür.

 

Fazil Mustafa

 

Müsahibəni apardı:

Tahirə Qafarlı

 

Həftə içi.- 2025.-20-26 noyabr, ¹44.- S.5.