TRIPP rentabelli layihədir

 

Dünyada regionda baş verən qarşıdurmalar, eləcə Rusiya-Ukrayna müharibəsinin təsirləri özünü göstərməkdədir. Bu gün enerji ərzaq bazarlarında sabitliyin pozulması, inflyasiyanın artması yoxsullaşma dünya ölkələrinin öz həyatında yaxından izlədiyi çıxış yollarının arandığı problem olaraq qalır. Qiymətlərin artması qlobal inflyasiyanı da gücləndirdi. Qlobal iqtisadi sistemdə baş verən böhranın Azərbaycanda hansı təsirləri doğurduğu birmənalı deyil. Müsahibimiz Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.

 

- LUKoil-a qarşı ABŞ sanksiyaları bu şirkətin Azərbaycandakı fəaliyyətinə ciddi təsir göstərib. Yanacaqdoldurma məntəqələrində kartla ödəniş mümkün deyil. LUKoil, həm Azəri-Çıraq-Günəşlilayihəsində böyük pay sahibidir. Şirkətin ölkəmizdəki fəaliyyətini gələcəkdə gözləyir bu istiqamətdə hansı addımların atılması gözlənilir?

- Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiya Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar onların fəaliyyətinə birbaşa təsir göstərir. Biz bu kontekstdə Rusiyanın bir sıra şirkətlərinin gəlirlik səviyyəsinin çox aşağı düşməsini müşahidə edirik. LUKoil Rusiyanın aparıcı şirkətlərindən biridir sözsüz ki, Birləşmiş Ştatlar tərəfindən tətbiq edilən sanksiyaların onun fəaliyyətinə təsirləri var.

Digər tərəfdən, Rusiya bütövlükdə Azərbaycanda neft kontraktlarında da paya malik olan ölkələrdəndir. Nəzərə alsaq ki, bu pay Azərbaycan beynəlxalq əməliyyat şirkəti çərçivəsində müəyyənləşdirilmiş standartlara, pay bölgüsünə uyğun həyata keçirilir pay bölgüsü haqqında anlaşma imzalanıb. Təbii ki, şirkətlər bu paya uyğun olaraq da maliyyə əldə edirlər.

Azərbaycan bağladığı müqavilələrdə anlaşmalarda öhdəliklərə sadiq ölkədir. Eyni zamanda region ölkələri ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır. Xarici faktorlar, o cümlədən ABŞ tərəfindən qəbul olunan qərarlar regiona təsirsiz ötüşmür. Bütün hallarda Azərbaycan bu məsələləri müzakirə edib anlaşmalardakı öhdəliklərə uyğun olaraq problemin həllində maraqlıdır.

- Hazırda ən çox müzakirə olunan mövzu TRIPP layihəsidir. Bu məsələdə maraqlı tərəflər - İran, Rusiya, Çin kimi ölkələr ABŞ-nin dominantlığının iqtisadi maraqları toqquşduracağını iddia edirlər. Sizcə, TRIPP iqtisadi cəhətdən özünü doğruldacaqmı?

- TRIPP ya Zəngəzur dəhlizi  iqtisadi baxımdan özünü doğrulda biləcək layihədir. Nəzərə alsaq ki, TRIPP həm Şimal-Cənub, həm Qərb-Şərq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq, o zaman Azərbaycan ərazisindən Ermənistana daşınan mallarla bağlı məhdudiyyətlərin aradan qaldırılmasından sonra Rusiya da öz məhsullarını Azərbaycan üzərindən Ermənistana nəql etmək niyyətini bildirdi. Eləcə Qazaxıstan buğdası Ermənistana çatdı. Bu ondan xəbər verir ki, TRIPP-in istifadəyə verilməsi geniş bazara çıxış imkanlarıdır. Əslində, bu dəhlizin açılması region ölkələri üçün yeni imkanlar deməkdir. Bizim apardığımız təhlillər göstərir ki, Azərbaycan Ermənistan, eyni zamanda 3+3 formatında olan ölkələr məhz bu dəhlizin istifadəyə verilməsindən bəhrələnə biləcəklər. Bu da həmin ölkələr üçün yeni imkanlar deməkdir. Ümumən, TRIPP rentabelli layihədir. Bu, region bir sıra aparıcı ölkələr üçün öz məhsullarını ixrac etmək baxımından yeni bir dəhliz olacaq.

- Rusiya-Ukrayna müharibəsi fonunda dünyadakı mövcud ənənəvi iqtisadi münasibətlər halqası ciddi şəkildə zərər gördü. Dörd ildir ki, dünyada baş verən bahalaşma tendensiyası ölkəmizdə açıq şəkildə hiss edilir insanların sosial rifahına ciddi təsir göstərir. Azərbaycana idxal inflyasiyası qədər davam edəcək önləyici addımlarla bunun zərərini minimallaşdırmaq hazırkı şəraitdə mümkündürmü?

- Azərbaycanda idxal inflyasiyasının daha aktiv olduğu dövr 2022-2023-cü illərdə oldu.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra region bazarlarında kəskin qiymət artımı müşahidə olunmağa başladı. Bu da təbii ki, idxal infilyasiyasına birbaşa təsir göstərdi. Sözsüz ki, idxal infilyasiyasının minimallaşdırılması vacibdir. Bunun üçün ən uyğun yol daxili istehsalın dəstəklənməsi təşviq edilməsidir. Daxili istehsal idxalın azalmasına idxal infilyasiyasının minimallaşdırılmasına gətirib çıxara bilər ki, bununla da regionda baş verənlərin Azərbaycanın istehlak bazarına təsirini azaltmaq olar. Təbii ki, bu gün idxalsız yaşayan ölkə yoxdur. İdxalın minimllaşdırılması əsas prioritetdir. Xüsusən Azərbaycan üçün ərzaq məhsulunun idxalının azaldılması prioritet olaraq qalmaqdadır. Yerli istehsalın genişləndirilməsi nəticədə istehlak bazarında qiymətlərin optimallaşdırılmasına idxal infilyasiyasının təsirlərinin minimallaşdırılmasına gətirib çıxara bilər.

- Azərbaycana valyuta axını daha çox məhz neft-qaz sektoru üzrə daxil olur. Gəlirlərin azalması bu sahədə müəyyən narahatlıqlar yaradır. Necə hesab edirsiniz, dünyada neftin qazın oynayan qiymətləri fonunda qarşıdakı illərdə manatın məzənnəsini indiki səviyyədə saxlamaq mümkün olacaqmı?

- Manatın məzənnəsinə təsir göstərən ən ciddi faktor tədiyə balansının vəziyyətidir. Tədiyə balansına isə neftin bazar qiyməti birbaşa təsir göstərir.

Azərbaycana daxil olan valyutanın əhəmiyyətli hissəsi məhz neft satışından əldə etdiyimiz gəlirlərdir. 2026-cı ildə neftin bazar qiyməti tədiyə balansına birbaşa təsir göstərəcək. Ölkəyə daxil olan valyutanın həcminə məhz növbəti ildə dünya bazarındakı neftin orta qiyməti birbaşa təsir edən faktor olaraq qalacaq.

Azərbaycan məzənnə rejiminə keçməyib.  Azərbaycanda fiks məzənnə rejimi tətbiq olunur. Ona görə 2026-cı ildə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bankın mövqeyi valyuta bazarındakı tarazlığı formalaşdıracaq.

Mərkəzi Bankın son açıqlamalarından aydın olur ki, bank neftin dünya bazar qiymətinin 50 dollaradək azalmasını təhdid olaraq görmür. Amma  sözsüz ki, burada qiymət aşağı düşərsə, müddət çox önəmlidir. Uzunmüddətli dövrdə qiymətin aşağı olması tədiyə balansına mənfi təsir göstərir. Hər halda Mərkəzi Bank bütün iqtisadi, o cümlədən xarici iqtisadi faktoru nəzərə almaqla məzənnə siyasətini növbəti ildə davam etdirəcək.

- Qarabağ İqtisadi Rayonu Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatının inkişafında əhəmiyyətli paya malik olacağına dair proqnozların ilkin nəticələrini hansı müddətdən sonra görməyə başlayacağıq bu, mövcud dinamikada dərəcədə təsirli olacaq?

- Qarabağ Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının 10 faizini formalaşdırmaq imkanına malikdir. Bu o deməkdir ki, işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın formalaşması reinteqrasiyası Azərbaycan iqtisadiyyatında əlavə olaraq təxminən 15 milyarda yaxın dəyər formalaşdıra bilər. Bu baxımdan, Qarabağın Şərqi Zəngəzurun kifayət qədər böyük iqtisadi potensialı var. yalnız, aqrar, turizm, xidmət seferasında deyil, həm sənaye, logistikada böyük potensiala malikdir. Müasir standartlara uyğun infrastrukturun qurulması da bu potensialın reallaşmasına imkan yaradır. O baxımdan təbii ki, bu istiqamətdə potensialın reallaşması ilə bağlı həyata keçirilən layihələr növbəti mərhələdə Qarabağ Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatının drayverlərindən birinə çevrilməsinə imkan yaradacaq.

- İqtisadiyyatda sürətli rəqəmsallaşma özü ilə bərabər işsizlik problemini ön plana çıxarır. Texnoloji yeniliklər ənənəvi yerlərinin azalmasına səbəb olur ki, bu da dövlət qarşısında ciddi çağırışlar deməkdir...

- Rəqəmsallaşma bütün dünya üçün həm çağırış, həm yeni imkanlar deməkdir. Yeni imkanlar yeni innovativ məhsulların istehsalı anlamına gəlir süni intellektdən istifadə etməklə məhsul istehsalının genişlənməsinə imkan yaradır. Çağırışlar da var bu çağırışlar daha çox əmək bazarı ilə bağlıdır. Biz dünyada Azərbaycanda əvvəlki dövrlərdə çox tələb olunan yerlərinin minimumlaşmasını müşahidə edirik. Məsələn, əgər əvvəllər qatara, təyyarəyə bilet almaq üçün növbələrə dayanırdıqsa, bu gün o kassalara ehtiyac azalıb. Vətəndaşlarımız bu xidmətlərdən istifadə etmək üçün əsasən onlayn olaraq biletləri sifariş edir. Poçt, rabitə xidmətlərinə tələb kəskin azalıb, çünki elektronlaşıb, vitruallaşıb. Ona görə ölkələr daha çox sənaye müəssisləri yaratmaqla rəqəmsallaşmanın əmək bazarına təsirini minimallaşdırmağa çalışırlar. Azərbaycan üçün innovativ sənayenin inkişafı vacibdir. Növbəti mərhələdə rəqəmsallaşmanın əmək bazarına məşğulluğa neqativ təsirlərini minimallaşdıra bilər.

 

Vüqar Bayramov

 

Müsahibəni apardı:

Tahirə Qafarlı

 

Həftə içi.- 2025.- 27 noyabr-3 dekabr, ¹45.- S.2.