"D-8” ölkələri yeni inkişaf
modeli yaratmağı hədəfləyir
Müsahib
Tarixən Şərqlə Qərbi birləşdirən, islam
dünyasının mədəni
və sivilizasiya mərkəzlərindən olan
Azərbaycanın D-8 İqtisadi
Əməkdaşlıq Təşkilatına
üzvlüyünun əhəmiyyəti
bir ildir ki, xüsusi vurğu ilə qeyd olunur. Bu,
islam həmrəyliyinin,
dəyərlərinin möhkəmlənməsində,
təbliğində, eləcə
də islamofobiya ilə mübarizə sahəsində dünyaya verilən böyük töhfə kimi də dəyərləndirlir.
D-8 təşkilatının mahiyyəti və əhəmiyyəti nədir? Bu istiqamətdə Hafta.az-a siyasi
ekspert Bəhruz Quliyev danışıb.
– D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı
necə bir qurumdur və onun miqyası, böyüklüyü, potensialı
nədən ibarətdir?
– Əvvəlcə qeyd edim ki, D-8, yaxud “İnkişaf etməkdə olan Səkkizlər” təşkilatı dünyanın sürətlə inkişaf edən müsəlman ölkələrini bir araya gətirən strateji iqtisadi platformadır. Türkiyə, Pakistan, İran, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi böyük nüfuz sahibi olan dövlətlər bu təşkilatın üzvüdür. Bu ölkələr həm coğrafi baxımdan geniş ərazini əhatə edir, həm də dünya əhalisinin böyük hissəsini təmsil edir. Təşkilatın birgə iqtisadi potensialı 1 trilyonlarla ölçülən ticarət həcmi, geniş sənaye infrastrukturu və sürətlə artan istehsal imkanları var. Ən vacibi isə D-8 ölkələri birgə əməkdaşlıqla yeni inkişaf modeli yaratmağı hədəfləyirlər. Bu baxımdan təşkilat həm iqtisadi, həm də siyasi baxımdan böyük geosiyasi güc mərkəzi hesab olunur.
Səkkiz müsəlman ölkəni birləşdirən Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. Birliyin bayrağındakı altı ulduz onun əsas prinsiplərini simvollaşdırır: - müharibə deyil, sülh; münaqişə deyil, dialoq; ikili standartlar deyil, ədalət; üstünlük deyil, bərabərlik; müstəmləkə deyil, ədalətli düzən; zülm və hökmranlıq deyil, insan haqları, azadlıq və demokratiya.
“İslam Səkkizliyi” adlanan D-8-in üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir və böyük iqtisadi potensiala malikdir. D-8 indiyədək 11 zirvə toplantısı keçirib. Təşkilat qurulanda üzv ölkələrin adambaşına düşən gəliri 872 dollar idisə hazırda 1500 dollar civarındadır, ixracat 239 milyard dollardan 600 milyard dollara yaxınlaşıb, idxalat 235 milyard dollardan təxminən 500 milyard dollara yüksəlib.
D-8
regional deyil, qlobal mahiyyətli təşkilatdır.
O, qrupun məqsədlərini,
prinsiplərini qəbul
edən və ümumi əlaqələri
paylaşan inkişaf etməkdə olan başqa ölkələr
üçün də
açıqdır. Təşkilat
regional və beynəlxalq
təşkilatlara üzvlükdən
irəli gələn ikitərəfli və çoxtərəfli öhdəliklərinə
heç bir mənfi təsir göstərməyən bir
forumdur.
Ölkəmiz ilk dəfə Prezident
İlham Əliyevin xüsusi
qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə
görüşündə təmsil olunub.
Qahirə
şəhərində keçirilən
XI Sammitdə ölkəmizi
Baş nazir Əli Əsədovun rəhbərlik
etdiyi nümayəndə
heyəti təmsil edib.
2024-cü
il dekabrın 19-da Misirin
paytaxtı Qahirə şəhərində İnkişaf
etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq
Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası
yekdilliklə D-8 təşkilatının
üzvü seçilib.
D-8-ə ölkəmizin üzvlüyü
Azərbaycanın beynəlxalq
aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir.
– D-8 ölkələrinin media və
informasiya sahəsində
potensialını necə
qiymətləndirmək olar?
– D-8 ölkələrinin əslində
çox böyük,
amma hələ tam reallaşdırılmamış media potensialı var. Bu ölkələr
böyük auditoriya,
çoxdilli informasiya
mühiti və dinamik media bazarı ilə seçilir. Bura həm ənənəvi
media strukturları, həm
də çox sürətlə böyüyən
rəqəmsal media ekosistemi
daxildir. Bu dövlətlərdə
sosial media istifadəçilərinin
sayı yüz milyonlarla ölçülür,
regional informasiya şəbəkələrinin
genişlənməsi isə
yeni əməkdaşlıq imkanları açır.
Eyni zamanda, bu ölkələri
birləşdirən ortaq
kommunikasiya maraqları
da var. Hesab edirəm
ki, informasiya təhlükəsizliyi,
dezinformasiya ilə mübarizə, qlobal informasiya mühitində ədalətli təmsilçilik
kimi məsələlərdə
vahid mövqeyə ehtiyac var. D-8 çərçivəsində
media əməkdaşlığının
gücləndirilməsi həm
də bu ölkələrin dünya
informasiya məkanında
öz sözünü
daha güclü deməsi deməkdir.
– Prezident İlham Əliyevin
təşəbbüsü ilə Bakıda Media Mərkəzinin yaradılması
və beynəlxalq
media forumunun keçirilməsini
necə şərh edərdiniz?
– Bu təşəbbüs əslində
Azərbaycanın regional deyil,
artıq qlobal informasiya siyasətində
önəmli oyunçuya
çevrildiyinin göstəricisidir.
Prezident İlham Əliyevin
media sahəsinə yanaşması,
mövqeyi əslində
strateji xarakter daşıyır və Bakıdakı Media Mərkəzinin
yaradılması bunun
ən bariz nümunəsidir. Bu mərkəz
informasiya mübadiləsi,
media bacarıqlarının inkişafı, beynəlxalq
əməkdaşlıq və
kommunikasiya siyasətinin
gücləndirilməsi üçün
yeni bir platformadır.
Onun Bakıda yerləşməsi isə
Azərbaycanın artan
nüfuzundan xəbər
verir. Bakı artıq regionun enerji, iqtisadi və təhlükəsizlik
mərkəzi olduğu
kimi, informasiya diplomatiyasında da əsas
paytaxta çevrilməkdədir.
Beynəlxalq Media Forumunun keçirilməsi
isə Azərbaycanın
qapılarını bütün
dünyaya açması,
media dialoqu və əməkdaşlığı üçün etibarlı
meydan yaratması mənasına gəlir. Bu
tədbir ölkəmizin
informasiya müharibələri
dövründə öz
sözünü daha güclü deməsinə,
həqiqətlərin dünyaya
çatdırılmasına xidmət edir.
Bu təşəbbüs Azərbaycanın
media gücünün sistemli
şəkildə qurulması
və regional liderlikdən
qlobal liderliyə doğru addım atması kimi qiymətləndirilə bilər.
Düşünürəm ki, bu platforma dünya
üçün yeni çağırış,
yeni mesajdır.
Bəhruz Quliyev
Müsahibəni apardı:
Tahirə Qafarlı
Həftə içi.- 2025.- 27 noyabr-3 dekabr,
¹45.- S.5.