Əbu-Dabidən dünyaya sülh mesajı

 

Bu mükafat münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. Dövlət başçısı səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb, birgə hərbi təlimləri izləyib. Həmçinin Prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla da müzakirələri reallaşıb. Dövlət başçısınaZayed İnsan Qardaşlığı Mükafatıtəqdim edilib.

Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana BƏƏ- qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib.

Fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilənSülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.

Yaşayış məntəqəsi, dağlıq ərazi dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Prezident İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.

Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar.

Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfli ticarət iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Onlar, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezident İlham Əliyev Baş nazir Nikol Paşinyan TRIPP digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Azərbaycan Prezidenti Ermənistanın Baş naziri iki ölkə arasında sülhün sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Dövlət başçısının BƏƏ səfəri bir neçə məqamı ilə xüsusilə diqqət çəkir. Bu məqamların hər biri ekspertlər tərəfindən geniş təhlil edilməkdədir.

Deputat Aydın Mirzəzadə ilk növbədə, mükafatın dünyada sülhü, qlobal nizamı, eləcə xeyriyyəçiliyi, dözümlülüyü, dürüstlüyü təşviq edən insanlara, bu istiqamətlərdə xüsusi rol oynayan ictimai-siyasi xadimlərə verildiyinə diqqət çəkib.

A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu beynəlxalq miqyasda yüksək dəyərə malik mükafatına layiq görülməsi, ilk növbədə, onun dünya siyasi arenasında qazandığı böyük hörmətin, etimadın liderlik nüfuzunun bariz göstəricisidir. O, hesab edir ki, bu mükafat təkcə bir şəxsə deyil, bütövlükdə Azərbaycan dövlətinə xalqına verilən qiymət kimi qəbul olunmalıdır.

Prezidentin həyata keçirdiyi məqsədyönlü daxili xarici siyasət kursu yalnız Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, ölkəmizin sosial-iqtisadi inkişafına milli maraqlarının qorunmasına xidmət etmir, eyni zamanda regionda sülhün, sabitliyin əmin-amanlığın təmin olunmasına mühüm töhfələr verir. Onun uzaqgörən praqmatik siyasəti əməkdaşlıq, qarşılıqlı hörmət etimad prinsiplərinə əsaslanaraq beynəlxalq münasibətlərdə yeni bir model formalaşdırır.

Cənab Prezidentin fəaliyyəti, xüsusilə Şərq müsəlman dünyasında həmrəyliyin güclənməsinə, dövlətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulmasına, mövcud problemlərin dialoq qarşılıqlı anlaşma yolu ilə həllinə xidmət edir. Bu baxımdan Azərbaycan artıq bir çox ölkələr üçün sabitlik, inkişaf müstəqil siyasət nümunəsinə çevrilmişdir”, – A.Mirzəzadə deyib.

Deputat bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirilən səfər iki dost qardaş ölkə arasında mövcud olan möhkəm əlaqələrin daha da dərinləşdirilməsinə, siyasi, iqtisadi humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar açır. Onun fikrincə, bu görüşlər müzakirələr tərəfdaşlığın gələcək perspektivlərini müəyyənləşdirir, birgə layihələrin həyata keçirilməsinə təkan verir.

Təqdim olunan bu mükafat, əslində, iki dövlət arasındakı sarsılmaz dostluğun, qarşılıqlı ehtiramın strateji tərəfdaşlığın rəmzinə çevrilərək münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.Bu hadisə eyni zamanda sübut edir ki, düşünülmüş, ardıcıl məqsədyönlü siyasət beynəlxalq aləmdə böyük uğurların əldə olunmasına aparan ən doğru yoldur”, A.Mirzəzadə deyib.

 

Tahirə

 

Həftə içi.- 2026.- 5-11 fevral, ¹5.- S.1-2.